Modern.az

“Vaksin zərərli olsaydı, istifadəsi zəruri hesab edilməzdi” - Deputat

“Vaksin zərərli olsaydı, istifadəsi zəruri hesab edilməzdi” - Deputat

24 Avqust 2021, 12:31

“COVID-19 vaksini sağlamlığa zərər olsaydı, Amerika, Avropa və İsrail kimi ölkələrdə istifadəsi zəruri hesab edilməzdi”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov təhsil işçilərinin vaksinasiyasına həsr olunan onlayn vebinarda söyləyib:

 

“Peyvəndin qısamüddətli əks təsirləri gündəlik istifadə etdiyimiz aspirin, parasetamol, sadə antibiotiklərdən çox deyil. Mən bütün təhsil işçilərini peyvənd olunmağa çağırıram”.

 

Təhsil nazirinin müşaviri Rüstəm Ağayev isə əlavə edib ki, hər iki doza üzrə vaksinasiya prosesində Qazax, Yardımlı, Astara, Neftçala, Gəncə, Zərdab rayon təhsil şöbələri liderdir:

 

“Ümumilikdə 137 min şəxs vaksinasiyaya cəlb olunub, hər iki dozanı vurdurub. Birinci doza vurduran təhsil işçiləri 162 min nəfərdir. Ali təhsil üzrə 33 min heyət sayından hər iki dozanı 16 min, birinci dozanı 20 min nəfər vurdurub. Peşə təhsili üzrə isə 4400 nəfər peyvənd olunub”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!