Modern.az

Sumqayıtda qumarxana aşkarlanıb

Sumqayıtda qumarxana aşkarlanıb

31 Oktyabr 2012, 13:10

Sumqayıt şəhəri ərazisində qumarxana və qanunsuz totalizator oyunları təşkil edilməsi müəyyən edilib. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisində, şəhər sakini Şamil Quliyevin icarəyə götürdüyü müəssisədə qumarxana və qanunsuz totalizator oyunlarını təşkil etməsi müəyyən edilib.

Qumarxanaya baxış zamanı 8 ədəd kompyuter dəsti, 3 ədəd noutbuk, 158 manat uduşa qoyulmuş pul, 200 ədəd hesab kuponu və digər əşyalar aşkar edilərək götürülüb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?