19 Oktyabr 2021, Çərşənbə axşamı
Arxiv
2 Sentyabr 2021, 15:50 | PARLAMENT
Unudulan deputatlar: YAP-dan küsən PROFESSOR

Modern.az saytı Milli Məclisdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.

Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə parlamentin üzvü olmuş şəxslərdən bəhs edirik.


Rubrikamızda bəhs edəcəyimiz növbəti sabiq deputat Əli Əlirzayevdir.


Əli Əlirzayev vaxtilə Milli Məclisin ən aktiv və tanınmış deputatlarından idi. İqtisadçı ekspert kimi də mətbuatda çıxışlar edir, jurnalistlərin dadına çatırdı.

Əli Qəmbərəli oğlu Əlirzayev 1945-ci il martın 31-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində dünyaya gəlib. Ailədə 9 bacı-qardaş olublar.
1963-cü ildə indiki Azərbaycan Dövlət Politexnik İnstitutunun (indiki Texniki Universitet) Avtomatika və hesablama texnikası fakültəsinə qəbul olunub.

Universitetdə oxuduğu zamanlarda Bünyad Sərdarov adına zavodda bir gün səhər, bir gün axşam olmaqla işləyib, 1968-ci ildə ali məktəbi bitirib.

Müxtəlif illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri işləyib.

1973-cü ildə Moskva Mərkəzi İqtisadi Riyaziyyat İnstitutunda namizədlik, 1985-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib.

1985-1989-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin elmi işlər üzrə prorektoru olub. Sonra Naxçıvan Dövlət Universitetində kafedra müdiri vəzifələrində işləyib.

İqtisad elmləri doktoru, professor, Əməkdar elm xadimidir. BMT yanında Sosial inkişafın tədqiqi komitəsinin üzvüdür. Rus və fransız dillərini bilir.

Əli Əlirzayev iki çağırış Milli Məclisin üzvü olub.

O, ilk dəfə 1997-ci il mayın 27-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə prpoporsional qaydada deputat seçilib. Milli Məclisin Büdcə məsələləri komissiyasının üzvü olub.

O zaman akademik Ziya Bünyadovun qətlə yetirilməsindən sonra YAP onun yerinə Əli Əlirzayevi parlamentə göndərdi.


2000-ci il noyabrın 5-də isə Ə.Əlirzayev Naxçıvandakı 4 saylı Babək-Şahbuz seçki dairəsindən II çağırış parlamentə deputat seçilib. Budəfəki 5 ildə Milli Məclisin İqtisadi siyasət daimi komissiyası sədrinin müavini olub.

2000-ci ildə “Uğur” mükafatına layiq görülüb. 2002-ci ildə ona Əməkdar elm xadimi adı verilib.

Əli Əlirzayev hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri olsa da, sonralar onu bu təşkilatdan incik saldılar.

Mərhum dövlət başçısı Heydər Əliyevin sağlığında Əli Əlirzayev YAP Siyasi Şurasının üzvü olub və bu təşkilatda sözü keçən simalardan sayılıb.

Amma Heydən Əliyevin vəfatından sonra partiyada bəzi klassik YAP-çılar kimi Əli Əlirzayevə də münasibət dəyişdi.

Hətta onun yenidən deputat olmaq istəyi də YAP-da dəstəklənmədi.

II çağırış Milli Məclis fəaliyyətini başa vurandan sonra - 2005-ci ildə Əli Əlirzayev deputatlığa namizədliyini irəli sürmüşdü.
Di gəl ki, təmsil olunduğu partiya eks-deputatı həmin seçkilərdə açıq şəkildə dəstəkləmədi. Doğrudur, 2005-ci ilin parlament seçkilərində Ə.Əlirzayevin namizədliyi YAP tərəfindən Xətai rayonundakı 34 saylı seçki dairəsindən irəli sürülmüşdü.
Amma seçkilərin yekununda onun yox, Müsavat Partiyasının üzvü Nəsib Nəsiblinin qalib elan olunması Ə.Əlirzayevi pərt etdi.

Əli müəllim 2010-cu ildə də seçkiyə getdi. Bu dəfə öz təşəbbüsü ilə yenə həmin dairədən - 34 saylıdan deputatlığa namizədliyini irəli sürdü. Həmin vaxt isə oradan rəsmi qaydada YAP Gülər Əhmədovanın namizədliyini dəstəkləyirdi. Bu dəfə də qalib Əli Əlirzayev deyil, Gülər Əhmədova elan olundu..

2015-ci ildə Əli Əlirzayev yenidən deputatlığa namizəd olmaq istəsə də, sonda bundan vaz keçdi.  

“Axırıncı dəfə artıq mənə pis təsir elədi. Ən az səs mənə verdilər. Təsəvvür edin ki, bir bina tikən “prorab”a məndən çox səs verdilər. Hamı da məni tanıyır, görəndə salam verirlər, “Əli müəllim, sənə səs verdim!” Bəs nə təhər oldu, mən axırıncı yerdə oldum? Xalqın istəyinə qalsa, mən seçilərəm. Xalq istəsə, əlbəttə, seçkiyə gedərəm və seçilərəm də. Özü də mən YAP-çıyam, YAP-ı yaradanlardan biriyəm. YAP-ın yolunda canımı qoymuşam. YAP zəhmət çəkib deməlidir ki, Əli müəllim gəlsin, seçkiyə qatılsın”,- Əli Əlirzayev 2015-ci ildəki müsahibələrinin birində demişdi.

7 iyun 2013-cü il tarixində Bakıdakı “Buta” sarayında YAP-ın V qurultayı keçirilərkən bəzi klassik YAP-çılar “vuruldu”. Həmin qurultayda YAP-ın 90 nəfərdən ibarət yeni Siyasi Şurası seçildi. Və köhnə YAP-çılatrdan 13 nəfər Siyasi Şura üzvlüyündən kənarlaşdırıldı ki, onlardan biri də Əli Əlirzayev idi.

Siyasi Şuradan kənarlaşdırılması Əli müəllimin YAP-dan inciməsinə səbəb oldu.


Sabiq deputat sonradan mətbuata verdiyi müsahibələrində incikliyini açıq şəkildə biruzə vermişdi:


“Mən böyük məktəb keçmişəm. Məktəb keçən adamı götürüb bayıra atanda təbii ki, narazı da ola bilər. Belə adamın xeyri var, ziyanı yoxdur. Amma təbii ki, mən xəstə olsam, əsa ilə gəlib-getsəm, ya dərs deyəndə on dəfə öskürsəm, onda bu, yaxşı deyil. O halda gedib oturaram evdə, memuar yazaram. Ona görə də fiziki cəhətdən individual yanaşmaq lazımdır...

...Mən ayaqyalın, başıaçıq Şahbuzun, Babəkin, Naxçıvanın çöllərində YAP-ı yaradanda, o kəndə, bu kəndə gedib YAP-ın kim olduğunu izah edəndə onlar heç YAP-da yox idilər, başqa partiyalarda idilər. İndi gəliblər, keçiblər qabağa…

…20 il Siyasi Şuranın üzvü olmuşam. 20 il! Yaradılan gündən! Heydər Əliyevin özünün imzası ilə! Zalda oturmuşdum, qabaqda, 3-cü cərgədə. Heydər Əliyev dedi “mən Əli Əlirzayevin adını yazmışam”. Mən o vaxtdan üzv olmuşam. 20 ildən sonra məni Siyasi Şuradan çıxartdılar. İndi Səbael rayon təşkilatının Siyasi Şurasının üzvüyəm. Heç oradakı iclaslara da çağırmırlar...”


Sabiq deputatı YAP-ın iclaslarına çağırmasalar da, o ölənə kimi YAP-çı qalacağını bildirir:

“Mən ömrümün axırına qədər YAP-da qalacağam, dövlətimə və xalqıma qulluq edəcəyəm”. 

Bununla yanaşı, professor Əli Əlirzayev vaxtaşırı üzv olduğu partiyanı tənqid etməkdən çəkinmir.

Məsələn, ötən il “Press Klub”a müsahibəsində Əli müəllim YAP-ı sərt şəkildə ittiham etmişdi:

“...ən pisi odur ki, korrupsiya ilə məşğul olub tutulan icra başçıları həm də bizim əzab-əziyyətlə qurduğumuz Yeni Azərbaycan Partiyasını təmsil edən məmurlardır. Bu, dəhşətdir!

Amma korrupsiya təkcə YAP-ın eyibi və təqsiri deyil ki! YAP-ın ideologiyasında belə şeylərə rəvac verə biləcək bir işartı tapmaq mümkün deyil. Partiyanın iqtisadi islahat platformasını mən yazmışdım və bu işdə Heydər Əliyevin sağ əli idim. Amma indi söhbət ondan gedir ki, bəzi adamlar ondan öz şəxsi məqsədləri üçün istifadə etdilər. YAP-ın qurucuları bu saat partiyadan kənardadırlar, amma sonradan gələnlər indi də vəzifə başındadır. Halbuki onlar YAP-ın üzvlüyünə qəbul ediləndə də, səlahiyyət veriləndə də sovet hökumətinin vaxtında olduğu kimi, düzgün yoxlanılmalı idi. Amma birdən-birə gəlib, partiyaya üzv olmaq üçün ərizə yazıblar və dərhal yüksək vəzifəyə təyin olunublar. Adamlar var ki, 2002-ci ildə YAP-a keçib, 2003-cü ildə yüksək vəzifə alıb. Əslində o adamlar YAP-çı deyillər...

...Mənə elə gəlir ki, indi YAP-ın özündə də çoxlu adamlar var ki, onları heç bir halda icra başçısı qoymaq düzgün deyil. Axı, Biləsuvarın, yaxud da İmişlinin icra baçşılarını hansı keyfiyyətlərinə görə, nə ilə əsaslandırıb bu vəzifəyə irəli çəkmişdilər?!

...Yenə də o fikirdəyəm ki, təqsirkar YAP deyil, YAP-dan istifadə edib, yüksək vəzifələrdə oturan kadrlardır. Bunlar o kadrlardır ki, YAP-a məhz bu məqsədə çatmaq üçün daxil olublar...

...Kadrları prezidentə təqdim edənlər var, YAP-ın rəhbərliyi, Əli Əhmədov da onlardandır. Amma Əli Əhmədovun kimdən xoşu gəlir onu qoyur, xoşu gəlməyənləri qoymur. Orada elə adamlar var ki, nə YAP-ın yaranmasında itirak edib, nə də sonrakı inkişafında hansısa əməyi olub, nə də əqidəsinə görə tanınır...”. 



76 yaşlı professor Əli Əlirzayev hazırda İqtisad Universitetində “Sosial sferanın iqtisadiyyatı və idarə olunması” kafedrasının müdiridir.


500-dən artıq elmi əsə­rin, o cümlədən çoxsaylı monoq­rafi­ya­ların, dərslik və dərs vəsaitinin müəl­lifi­dir. 50 as­pi­ran­ta rəh­bərlik edib, 2 elmlər doktoru yetişdirib.


Qeyd edək ki, Azərbaycan Prezidentinin 24 sentyabr 2020-ci il tarixli sərəncamı ilə İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Əli Əlirzayev “Şöhrət” ordeni ilə təltif edilib.

Bir vaxtlar iqtisadçı kimi jurnalistlərin köməyinə çatan, ekspert qismində müxtəlif məsələlərə münasibət bildirən Əli Əlirzayev son vaxtlar kölgəyə çəkilib.


Ə.Qafarlı

***

Həmçinin oxu:

Unudulan deputatlar - Erməni dilini bilən iqtisadçı...
Unudulan deputatlar - Kabinetində keçinən vitse-spiker - FOTO
Unudulan deputatlar: Qərbi azərbaycanlıların ağsaqqalı... 
Unudulan deputatlar - Fransanı hiddətləndirən professor: “Jak Şirak qudurub!”
Unudulan deputatlar: Həyat yoldaşı və qızı qətlə yetirilən akademik - FOTOLAR 
Unudulan deputatlar - Administrasiyada vəzifə verildi, iki dəfə həbs olundu, Prezident onu əfv etdi 
Unudulan deputatlar: “Çörək Tofiq” və Heydər Əliyevin məşhur müşavirəsində danlanan MƏMURLAR... 
Unudulan deputatlar - Akademikin təzyiqlərinə dözə bilməyən PROFESSOR 
Unudulan deputatlar - Oğul itkisi ilə barışa bilməyən ƏMƏKDAR JURNALİST 
Unudulan deputatlar - Qardaşından prezidentliyə namizəd olduğuna görə küsən məşhur YAZIÇI…
Unudulan deputatlar: Rafael Allahverdiyevin acı sonluğu... - FOTOLAR 
Unudulan deputatlar: Rəsul Quliyevin güdazına gedən AKADEMİK 
Unudulan deputatlar: İdmançı, həkim, prezidentliyə namizədin qəfil ÖLÜMÜ - FOTOLAR

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Slovakiyanın xarici və Avropa işləri naziri Azərbaycana gəlib 19 Oktyabr 2021, 10:09 “Anna Akopyanın yalanlarını ifşa etmək borcum idi” 19 Oktyabr 2021, 10:05 Türkiyədə güclü zəlzələ olub 19 Oktyabr 2021, 10:00 Türk dövlətləri nə vaxt müstəqilliklərinə qovuşub?   19 Oktyabr 2021, 09:55 TÜRK PA baş katibindən ilk açıqlama - VİDEO 19 Oktyabr 2021, 09:50 Azərbaycan nefti ucuzlaşdı 19 Oktyabr 2021, 09:45 Vaşinqton-Ankara GƏRGİNLİYİ: F-35 proqramından çıxarılma Türkiyəyə milyardlarla dollar ziyan vurub 19 Oktyabr 2021, 09:40 Sentyabrda sosial ödəniş ALANLAR 19 Oktyabr 2021, 09:34 ADR Partiyasının təşkilat rəhbəri vəfat edib 19 Oktyabr 2021, 09:28 Ölkədə peyvəndlənənlər 50 faizə çatır  19 Oktyabr 2021, 09:24 Azərbaycan və Türkiyə deputatları Ankarada GÖRÜŞDÜLƏR 19 Oktyabr 2021, 09:20 Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ 19 Oktyabr 2021, 09:16 Bakıda COVID-19-a yoluxma AZALIB 19 Oktyabr 2021, 09:12 Həkimlər xərçəngin qeyri-adi əlamətini açıqladılar 19 Oktyabr 2021, 09:06 Azərbaycanda koronavirusa ən çox və an az yoluxma haralardadı... 19 Oktyabr 2021, 09:00 Vilayət Eyvazov bu rayonlara rəis təyin etdi 19 Oktyabr 2021, 08:58 İran rəsmisi: “Azərbaycandan yaxşı mesajlar aldıq” 19 Oktyabr 2021, 08:51 On ölkənin səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağrıldı 19 Oktyabr 2021, 08:43 Bu gün ÇL-də 8 matç var 19 Oktyabr 2021, 08:33 Dünyada COVID-19-dan ölənlərin sayı 240 milyonu ÖTDÜ 19 Oktyabr 2021, 08:20 Vətən müharibəsi xronikası - Cəbrayılın kəndləri işğaldan azad olundu 19 Oktyabr 2021, 07:52 Azərbaycanda VAR sisteminin tətbiqi ilə bağlı təlim 19 Oktyabr 2021, 00:53 Sahibə Qafarova: "Azərbaycan-Pakistan qardaşlığı əbədi davam edəcək" 19 Oktyabr 2021, 00:07 Pakistanın spikerindən Azərbaycana təbrik 18 Oktyabr 2021, 23:38 Ermənistana daha bir hərbçinin cəsədi təhvil verildi 18 Oktyabr 2021, 23:18 Qərbi Azərbaycan icmasında görüş 18 Oktyabr 2021, 23:16 NATO-dan Azərbaycana təşəkkür 18 Oktyabr 2021, 22:36 Ərdoğandan Müstəqilliyin Bərpası Günü ilə bağlı PAYLAŞIM 18 Oktyabr 2021, 22:10 Dünyanı İraqa müdaxilə etməyə inandıran adam: Kolin Pauell 18 Oktyabr 2021, 21:47 İran Rusiyadan qırıcılar almaq istəyir 18 Oktyabr 2021, 21:30 ASCO gəmiləri Baltik və Şimal dənizlərində 18 Oktyabr 2021, 21:15 Romanovların zinət əşyaları satışa çıxarılır 18 Oktyabr 2021, 20:56 Üç ölkənin parlament komitələri görüşdü 18 Oktyabr 2021, 20:40 Futzalda millimizin rəqibləri bəlli oldu 18 Oktyabr 2021, 20:34 Afrika ölkəsi Türkiyədən dron almaq istəyir 18 Oktyabr 2021, 20:15