Modern.az

Sabahdan ali məktəblərə qeydiyyat BAŞLAYIR

Sabahdan ali məktəblərə qeydiyyat BAŞLAYIR

6 Sentyabr 2021, 12:45

Sentyabrın 7-dən ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin təhsil müəssisələri üzrə onlayn qeydiyyatına başlanılacaq.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, tələbə adını qazanmış şəxslər 20 sentyabr 2021-ci il tarixinədək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

 

Abituriyentin müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü