Arxiv
7 Sentyabr 2021, 20:12 | PARLAMENT
Sahibə Qafarova Azərbaycanın COVID-19-la mübarizəsindən danışdı

Milli Məclisin sədri Sahibə Qafarova Avstriyanın Vyana şəhərində keçirilən parlament spikerlərinin 5-ci dünya konfransında "COVID-19 pandemiyasına qlobal cavab multilateralizmin insanlara yardımını çətinləşdirir" mövzusunda müzakirələrdə çıxış edib.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin səylərinin artırılmasına böyük ehtiyac olduğunu bildirən spiker Sahibə Qafarova ölkəmizin bu pandemiyaya qarşı mübarizədə qlobal miqyasda irəli sürdüyü təşəbbüslər və həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

 

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan COVID-19 pandemiyasının fəsadlarının aradan qaldırılması istiqamətində qlobal səylərə töhfə vermək məqsədilə Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin mayında Hərəkatın COVID-19-a qarşı Təmas Qrupunun videokonfrans formatında Zirvə görüşünü təşkil etmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyanın keçirilməsini təklif etmişdir. Həmin təşəbbüs ümumilikdə BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənmiş və 2020-ci ilin dekabrında Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası baş tutmuşdur.


Spiker Sahibə Qafarova bildirib ki, ölkəmiz bəzi ölkələrin ehtiyaclarından qat-qat artıq peyvənd tədarük etməsini açıq şəkildə qınamışdır. Azərbaycan bu məsələni gündəmdə saxlamaq məqsədilə BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər çıxışının təmin edilməsinə dair qətnamə layihəsi irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilmişdir. Eyni zamanda, biz hər fürsətdə, inkişaf etmiş ölkələri, habelə beynəlxalq donor təşkilatlarını ehtiyacı olan ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etməyə çağırırıq.


S.Qafarova nəzərə çatdırıb ki, Azərbaycan pandemiya ilə mübarizə sahəsində 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib.


Sahibə Qafarova xatırladıb ki, COVİD-19 pandemiyası qlobal təchizat zəncirinə görünməmiş dərəcədə təsir göstərmişdir. Nəqliyyat və ticarətin asanlanlaşdırılması vasitəsi ilə, o cümlədən rəqəmsal texnologiyalardan istifadə etməklə bağlılığın təşviqi və multi-modal nəqliyyat dəhlizlərinin inkişafı qlobal təchizat zəncirinin dayanıqlılığını möhkəmləndirəcək və COVİD-19 sonrası bərpa səylərində dövlətlərə kömək edəcəkdir. Spiker deyib ki, Azərbaycanın trans-regional nəqliyyat layihələri bu məqsədlərə öz töhfəsini verəcək.


Azərbaycanın postpandemiya dövrü üçün güclü, məqsədyönlü və əlaqələndirilmiş addımların atılması istiqamətində bir sıra təkliflər irəli sürdüyünü xatırladan Milli Məclisin sədri deyib ki, Qoşulmama Hərəkatının pandemiyadan sonra bərpa dövrünə dair mövqeyinin formalaşdırılması məqsədilə Hərəkata üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsi bunlardan biridir. Azərbaycan həmçinin Qoşulmama Hərəkatı tərəfindən COVID-19-dan sonra qlobal bərpaya dair BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təşəbbüsü ilə çıxış edilməsini də məqsədəmüvafiq hesab edir. Həmin panel dünyanın pandemiyadan daha uğurlu və tez çıxması üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya bilər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Üzeyir Hacıbəylinin Şuşadakı ev muzeyinin bərpası layihəsi təsdiqləndi 20 Sentyabr 2021, 09:50 Kürəkən qayınata və qayınanasının üzərinə benzin töküb yandırdı 20 Sentyabr 2021, 09:44 Ermənilərin 10 zirehli texnikasını məhv edən Milli Qəhrəman 20 Sentyabr 2021, 09:38 Xəstə yaxını xəstəxanada dava saldı  20 Sentyabr 2021, 09:36 Alimlər koronavirusun daha qədim mənşəyini tapıblar 20 Sentyabr 2021, 09:30 Neftin qiyməti ucuzlaşdı 20 Sentyabr 2021, 09:25 COVID-19 pasportu olmayan valideynlər məktəblərə buraxılmır 20 Sentyabr 2021, 09:19 Azərbaycanda ötən il 16 nəfər cəzaçəkmə müəssisələrindən QAÇIB 20 Sentyabr 2021, 09:14 Yaponiyada yaşlı əhalinin sayı rekord həddə çatıb 20 Sentyabr 2021, 09:10 Xarici valyutaların manata qarşı məzənnələri 20 Sentyabr 2021, 09:05 Bakının əsas yollarında tıxac var - SİYAHI 20 Sentyabr 2021, 09:00 Ərdoğan ABŞ-da türk və Azərbaycan icmalarının üzvləri ilə görüşdü 20 Sentyabr 2021, 08:50 Başını Ermənistana əyən İran “səyasətbazları” indiyədək nə din tanıyıb, nə iman...  20 Sentyabr 2021, 08:43 Bulvarda gənc qız özünü dənizə atdı 20 Sentyabr 2021, 08:00 Dünyada koronavirusa yoluxanların sayı 229 milyonu ötdü 20 Sentyabr 2021, 07:53 Azərbaycan ərazisinə keçmiş ermənilər geri qaytarıldı 20 Sentyabr 2021, 07:42 Ərdoğan ABŞ-da səfərdədir 20 Sentyabr 2021, 07:30 Britaniyada 29.6 min yoluxma qeydə alındı 20 Sentyabr 2021, 00:46 Məşhur boksçu prezident olmaq istəyir 20 Sentyabr 2021, 00:37 Çoxmərtəbəli yaşayış binasında yanğın oldu 20 Sentyabr 2021, 00:22 “Əsrin müqaviləsi”nin 27 ili tamamlandı 20 Sentyabr 2021, 00:07 Şahmatçılarımız Moldova yığmasına qalib gəldi   19 Sentyabr 2021, 23:51 Bodibildinqçimiz tarixi uğura imza atdı 19 Sentyabr 2021, 23:38 Makron İsveçrə səfərini ləğv etdi - SƏBƏB 19 Sentyabr 2021, 23:24 “Çelsi” səfərdə “Tottenhem”i məğub etdi 19 Sentyabr 2021, 23:01 Batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edildi 19 Sentyabr 2021, 22:54 Vahid Rusiya partiyası seçkilərdə öndə gedir   19 Sentyabr 2021, 22:35 "BMT Qarabağ məsələnin həll edilməsində istəksizlik göstərdi" - Koffi 19 Sentyabr 2021, 22:30 Mahir Emrelidən “Legiya”da növbəti qol 19 Sentyabr 2021, 22:14 ABŞ-da hərbi təyyarə qəzaya uğradı 19 Sentyabr 2021, 21:51 Deputatlar Rusiyada seçkiləri müşahidə etdilər 19 Sentyabr 2021, 21:40 Türkiyə əhalisinin 67.7% tam peyvəndlənib 19 Sentyabr 2021, 21:34 Rusiyada parlament seçkiləri başa çatdı 19 Sentyabr 2021, 21:17 Baş nazir vulkana görə ABŞ səfərini təxirə saldı 19 Sentyabr 2021, 21:06 İsraildə sutkalık 7 mindən artıq yoluxma 19 Sentyabr 2021, 20:54
SORĞU Hansı vaksinə etibar edirsiniz?