Arxiv
8 Sentyabr 2021, 09:04 | TƏHSİL
İlin ən yaşlı tələbəsi: “52 yaşım olsa da, imtahanda stress keçirirdim”

Bu il ali məktəblərə qəbul imtahanlarında iştirak edərək, tələbə adını qazanan ən yaşlı abituriyentin 52 yaşı var. Belə ki, V qrup üzrə qəbul olan 1969-cu il təvəllüdlü Səttarov Mehman Süleyman oğlu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunub. 52 yaşlı tələbə universitetin Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası üzrə əyani təhsil alacaq.

 

Mehman Səttarov bu yaşda tələbə olmağın sevincini Modern.az-la bölüşüb.

 

Qəbul imtahanlarına hazırlaşmaqda heç bir çətinlik çəkmədiyini deyən M.Səttarov özünü şanslı saydığını söyləyib.

 

“Mən ali təhsil almaq haqqında çoxdan düşünürdüm, buna böyük marağım və həvəsim var idi. Çalışırdım ki, imtahanlara hazırlaşım, özümü sınayım. Davamlı imtahanlarla, hazırlıq və dərslərlə maraqlanırdım, çoxlu bədii ədəbiyyat oxuyurdum.

 

Bununla bərabər, həm də işimə görə ali təhsil almağı özümə borc bilirdim. Hazırda Xəzər rayonu, Mərdəkan bələdiyyəsində çalışıram, Gənclər və idman üzrə komissiyanın sədriyəm. Bununla əlaqədar orta təhsilimi aliyə yüksəltməyə qərar verdim”.

 

M.Səttarov imtahan hazırlaşmaq üçün müəllim yanına getmədiyini vurğulayıb:

 

“İmtahanlara öz gücümlə hazırlaşmışam. Çoxlu sayda materiallara internet üzərindən çatmaq olur. Kitablarda məlumatlar var, ən çox Azərbaycan dili, Ədəbiyyat və Rus dilini oxuyurdum, testlərə diqqət edirdim. Riyaziyyat fənnindən bir az zəif idim, buna hazırlaşmağıma oğlum kömək edirdi. Onun köməyi məni çox irəli apardı. Oğlum Milli Aviasiya Akademiyasında təhsil alır, hazırda ikinci kurs tələbəsidir”.

 

Həmsöhbətimiz imtahana gedərkən stress keçirdiyini etiraf edib:

 

“İmtahan keçirilən binanın qarşısında mənim yaşımda valideynlər yığışmışdı, mən uşaqlarla birlikdə içəri keçəndə fərqli hislər yaşadım. İmtahan otağında, hətta binada yaşıdlarım yox idi. Amma təhsilə olan sevgim bu stressi azaldı.

 

Mənə elə gəlir ki, universitetdə oğlum yaşda tələbələrlə bir qrupda təhsil almaq böyük problem olmayacaq. Çünki təhsil almaq üçün yaş həddi yoxdur, insan hər zaman oxumalı, təhsil almalı, öyrənməlidir. Bu fikir elə problemlərdən keçməyə kömək edəcək. Ali təhsil almağım qeyd etdiyim kimi işim üçün də vacib idi. Bundan sonra işimdə daha uğurlu addımlar atmağa, daha perspektivli yol açılmasında kömək edə bilər. İşlə universiteti uyğunlaşdıra bilərəm. Yəqin ki, çətinliyim olmayacaq”.

 

Bundan əlavə, M. Səttarov ali məktəbə hazırlaşan gənclərə məsləhət verməyi də unutmayıb:

 

“Əslində ali məktəbə hazırlaşmağın heç bir çətinliyi yoxdur. Sadəcə oxumaq, oxumaq və yenə də oxumaq lazımdır. Gənclərə tövsiyəm budur”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ və Türkiyə F-35-lə bağlı məsləhətləşmələr apardı 28 Oktyabr 2021, 00:48 Amerikalıların 85%-i siyasi sistemlərindən NARAZIDIR 28 Oktyabr 2021, 00:25 Ermənistanın Bərdədə törətdiyi terror aktından 1 İL KEÇİR 28 Oktyabr 2021, 00:05 Şarl Mişelə Qarabağdakı bərpa işləri barədə məlumat verildi 27 Oktyabr 2021, 23:52 Aida Eyvazlı dövlət mükafatına layiq görüldü - FOTOLAR   27 Oktyabr 2021, 23:44 Notarial sənədlərin təsdiqlənməsi qaydasına dəyişiklik   27 Oktyabr 2021, 23:38 Türkiyədə koronavirusla bağlı son vəziyyət 27 Oktyabr 2021, 23:27 FHN-dən əşyalarını balkondan atan qadınla bağlı MƏLUMAT 27 Oktyabr 2021, 22:51 Maradonanın doğulduğu ev tarixi abidəyə çevrildi 27 Oktyabr 2021, 22:40 Sudanda çevriliş: Afrikada hərbi müdaxilələr niyə artır? 27 Oktyabr 2021, 22:11 Ev əşyalarını balkondan atan qadın müalicə mərkəzinə yerləşdirilir 27 Oktyabr 2021, 21:50 Mediasiyanın həyata keçirilməsi qaydasında DƏYİŞİKLİK 27 Oktyabr 2021, 21:31 Qənirə Paşayevaya Fəxri doktor adı verildi - FOTOLAR 27 Oktyabr 2021, 21:15 “Bayraktar” alan ölkələrin sayı 13-ə ÇATDI 27 Oktyabr 2021, 21:01 Saatlıda ev yandı 27 Oktyabr 2021, 20:37 “Sabah”ın yeni baş məşqçisi məlum oldu 27 Oktyabr 2021, 20:28 Türkiyə PUA-larına embarqo qoyan şirkət MÜFLİS OLDU 27 Oktyabr 2021, 20:16 ABŞ-ın nazirlik binasında partlayış təhlükəsi 27 Oktyabr 2021, 19:50 Aİ-dən Moldovaya 60 milyon avro YARDIM 27 Oktyabr 2021, 19:45 Afrika İttifaqı Sudanın üzvlüyünü DAYANDIRIR 27 Oktyabr 2021, 19:34 İranla nüvə danışıqları BƏRPA OLUNUR 27 Oktyabr 2021, 19:13 Müttəfiqlik rəmzi olan hədiyyə... 27 Oktyabr 2021, 19:07 Məhkəmədə Nərminin əmisi dindirildi 27 Oktyabr 2021, 19:00 Avtobuslarda bank kartı ilə ödəniş REALLAŞIR 27 Oktyabr 2021, 18:54 Azərbaycan və Ermənistan razılaşmaya yaxındır - Baş nazirin müavini 27 Oktyabr 2021, 18:47 Vətən müharibəsinin bir qrup iştirakçısı ehtiyata BURAXILDI 27 Oktyabr 2021, 18:34 Rövşən Əkbərovun Milli Qəhrəman adı ƏLİNDƏN ALINMADI 27 Oktyabr 2021, 18:27 Şəhidin anım günüdür - FOTO 27 Oktyabr 2021, 18:20 Manatın xarici valyutalara qarşı məzənnəsi 27 Oktyabr 2021, 18:14 Üç hakimin səlahiyyətlərinə xitam verildi 27 Oktyabr 2021, 18:07 Azərbaycanda qeydiyyata alınan DİNİ QURUMLAR 27 Oktyabr 2021, 18:00 Koreyalı deputat şəhidlərimizi yad etdi 27 Oktyabr 2021, 17:54 Ermənistan XİN: “Tərəflərin yeni sənəd imzalaması istisna olunmur” 27 Oktyabr 2021, 17:48 Daha bir məktəbdə əyani tədris DAYANDIRILDI 27 Oktyabr 2021, 17:48 Zəfər günü ilə bağlı keçiriləcək tədbirlərin SİYAHISI 27 Oktyabr 2021, 17:42