Arxiv
9 Sentyabr 2021, 11:40 | PARLAMENT
Deputatların yeni nazirdən gözləntiləri nədir...

Azərbaycanın yeni gənclər və idman naziri Fərid Qayıbov artıq işə başlayıb. Ötən gün kollektivə təqdim olunan nazir ilk çıxışında rəhbərlik edəcəyi qurumda yeniliklərin olacağının anonsunu verib, hazırki nəticələrlə kifayətlənməyəcəyini söyləyib.

 

“Qarşımıza qoyulan vəzifələri yerinə yetirməli və çətinlikləri aradan qaldırmalıyıq. Mən bu nəticələrlə kifayətlənməyəcəyəm, Azərbaycan idmanının inkişafı üçün əlimdən gələni edəcəyəm”, - F.Qayıbov dünən kollektiv qarşısında çıxışında deyib.

 

Bəs 42 yaşlı nazirdən gözləntilər nədir? O hansı yeniliklərə imza ata bilər?

 

Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri Fərid Qayıbovdan gözləntilərini Modern.az-a açıqlayıblar.

 

 

Deputat Könül Nurullayeva əvvəlcə xatırladıb ki, Azərbaycanda dövlət səviyyəsində hər zaman gənclər və idman sektorunun inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilib. Onun sözlərinə görə, bu gün idman və gənclər sektorunun inkişafı istiqamətində yeni mərhələ başlayır:

 

“Yeni təyin olunan nazir Fərid Qayıbov idman ictimaiyyətində kifayət qədər nüfuzu olan şəxsdir. Qəbul zamanı dövlət başçımızın da söylədiyi kimi, Fərid müəllim uzun illədir idman sahəsində fəaliyyət göstərir, eyni zamanda Avropa Gimnastikasının Prezidenti kimi həm də beynəlxalq arenada böyük nüfuz qazanıb. Hesab edirəm ki, bu təcrübə nazirlik qarşısında duran başlıca vəzifələrin - idman və gənclər siyasəti sahəsində yaxşı nəticələrin əldə olunmasına imkan yaradacaq. Azərbaycan idman ölkəsi kimi mövqeyini bundan sonra da gücləndirəcək. Bunun üçün dövlətimizin kifayət qədər potensialı var. Dövlət başçımız idman sahəsində müəyyən çatışmazlıqların olduğunu da diqqətə çatdırdı. Yeni mərhələdə bütün səylər həm də bu nöqsanların aradan qaldırılmasına yönələcək”.

 

 

 

Gənclər sektoruna gəlincə, deputatın sözlərinə görə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil bu ruhda tərbiyə almalıdır:

 

“Milli ruh, vətənpərvərlik ruhunda tərbiyə alan gənc nəsil mənfi xarici təsirdən uzaq olmalıdır. Təbii ki, bunun üçün ilk növbədə düzgün tərbiyə işləri aparılmalı, gənclərin yüksək biliklərə, intellektə yiyələnərək, cəmiyyətdə öz yerini tapmaları təmin olunmalıdır. Bu məsələdə hər bir vətəndaş məsuliyyət daşıyır. Qloballaşma proseslərinin mənfi fəsadlarına toxunmaqla dövlət başçımız bu təhlükənin mövcudluğunu bir daha diqqətə çatdırdı. Təcrübə göstərir ki, yalnız intellektual, sağlam düşüncəli gəncləri təsir altına salmaq mümkün deyil. Təbii ki, burada vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq başlıca şərtdir. Biz 44 günlük Vətən müharibəsində bunun bir daha şahidi olduq. Döyüşlərdə canından keçən gənc şəhidlərimiz vətənpərvər, təəssübkeş Azərbaycan gənci obrazını yaradıblar. Azərbaycan gənci deyəndə bu gün ilk olaraq Xudayar, Cəbrayıl, Muxtar kimi yüzlərlə fədakar, qəhrəman oğullarımız yada düşür. Təsadüfi deyil ki, bu gün müzəffər xalqın gəncləri məhz 44 günlük Vətən müharibəsində tarix yazan qəhrəmanlarımızdan örnək götürür, onların keçdiyi qısa, lakin şərəfli həyat yolunu özləri üçün nümunə hesab edirlər.

Prezident İlham Əliyevin söylədiyi kimi, bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər. Həqiqətən də bunun çox böyük mənəvi və psixoloji mənası var. Bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi, qürurlu insanlar kimi yaşayacağıq. Müzəffər xalqın gəncləri olaraq qarşımızda ciddi vəzifələr dayanır. Gənclərimiz bütün fəaliyyət istiqamətlərində milli maraqları nəzərə almalı, yeni mərhələdə Böyük Qələbəni əks etdirən şanlı tariximizi yaşatmalı və qorumalıdır”.

 

 

Deputat Müşfiq Cəfərov isə vurğulayıb ki, Prezident İlham Əliyev yeni naziri qəbul edərkən bir sıra problemlərlə bağlı öz fikirlərini səsləndirib, müvafiq tapşırıqlar verib:

 

“Bu, əsasən idman sahəsi ilə bağlıdır. Sonuncu Yay Olimpiya Oyunlarında əldə edilən nəticələr ürəkaçan olmadığına görə Prezident yeni nazirə tapşırıqlar verdi. Problem araşdırılmalı, təhlil edilməli, səbəbləri aşkarlanmalıdır. Təbii ki, federasiyalarla, klublarla, məşqçilərlər işə yenidən baxılmalıdır. Hesab edirəm ki, yeni təyin edilmiş nazir üçün bu sahə tanışdır. O kifayət qədər təcrübəyə sahibdir. Gimnastika üzrə uğurlarımız çox olub, beynəlxalq turnirlərə ev sahibliyi etmişik. İdmanda mövcud olan problemlərin aradan qaldırılacağına inanıram. Yaxın zamanlarda ilkin addımlar atılacaq. Həm gənclər, həm də idman sahəsi Azərbaycan üçün əhəmiyyətli sahələrdir. Bununla bağlı böyük işlər görülüb və hər iki sahə yenə gündəmdə saxlanılmalıdır. Bunlar Azərbaycan üçün prioritet sahələrdir, bu belə də qalacaq”.

 

 

Deputat Şahin Seyidzadə ilk növbədə Fərid Qayıbovu nazir təyin olunması münasibətilə təbrik edərək, ona işlərində uğurlar arzuladığını deyib:

 

“Azərbaycan müstəqillik qazandıqdan sonra həm gənclər, həm də idman sahəsində əhatəli işlər görülüb. Hər dövrün öz tələbi olduğu kimi, müasir dövrümüzün də yeni hədəfləri, yeni yanaşmaları var. Yeni nazirlə görüş zamanı cənab Prezident İlham Əliyev tərəfindən əsas prioritet və hədəflər ortaya qoyuldu. Yeni təyin olunmuş nazirə òlkə rəhbərliyi tərəfindən böyük etimad göstərilib. Bir daha cənab naziri təbrik edir, işlərində mûvəffəqiyyətlər arzulayıram”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
COVID-19 pasportu olmayan valideynlər məktəbələrə buraxılmır 20 Sentyabr 2021, 09:19 Azərbaycanda ötən il 16 nəfər cəzaçəkmə müəssisələrindən QAÇIB 20 Sentyabr 2021, 09:14 Yaponiyada yaşlı əhalinin sayı rekord həddə çatıb 20 Sentyabr 2021, 09:10 Xarici valyutaların manata qarşı məzənnələri 20 Sentyabr 2021, 09:05 Bakının əsas yollarında tıxac var - SİYAHI 20 Sentyabr 2021, 09:00 Ərdoğan ABŞ-da türk və Azərbaycan icmalarının üzvləri ilə görüşdü 20 Sentyabr 2021, 08:50 Başını Ermənistana əyən İran “səyasətbazları” indiyədək nə din tanıyıb, nə iman...  20 Sentyabr 2021, 08:43 Bulvarda gənc qız özünü dənizə atdı 20 Sentyabr 2021, 08:00 Dünyada koronavirusa yoluxanların sayı 229 milyonu ötdü 20 Sentyabr 2021, 07:53 Azərbaycan ərazisinə keçmiş ermənilər geri qaytarıldı 20 Sentyabr 2021, 07:42 Ərdoğan ABŞ-da səfərdədir 20 Sentyabr 2021, 07:30 Britaniyada 29.6 min yoluxma qeydə alındı 20 Sentyabr 2021, 00:46 Məşhur boksçu prezident olmaq istəyir 20 Sentyabr 2021, 00:37 Çoxmərtəbəli yaşayış binasında yanğın oldu 20 Sentyabr 2021, 00:22 “Əsrin müqaviləsi”nin 27 ili tamamlandı 20 Sentyabr 2021, 00:07 Şahmatçılarımız Moldova yığmasına qalib gəldi   19 Sentyabr 2021, 23:51 Bodibildinqçimiz tarixi uğura imza atdı 19 Sentyabr 2021, 23:38 Makron İsveçrə səfərini ləğv etdi - SƏBƏB 19 Sentyabr 2021, 23:24 “Çelsi” səfərdə “Tottenhem”i məğub etdi 19 Sentyabr 2021, 23:01 Batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edildi 19 Sentyabr 2021, 22:54 Vahid Rusiya partiyası seçkilərdə öndə gedir   19 Sentyabr 2021, 22:35 "BMT Qarabağ məsələnin həll edilməsində istəksizlik göstərdi" - Koffi 19 Sentyabr 2021, 22:30 Mahir Emrelidən “Legiya”da növbəti qol 19 Sentyabr 2021, 22:14 ABŞ-da hərbi təyyarə qəzaya uğradı 19 Sentyabr 2021, 21:51 Deputatlar Rusiyada seçkiləri müşahidə etdilər 19 Sentyabr 2021, 21:40 Türkiyə əhalisinin 67.7% tam peyvəndlənib 19 Sentyabr 2021, 21:34 Rusiyada parlament seçkiləri başa çatdı 19 Sentyabr 2021, 21:17 Baş nazir vulkana görə ABŞ səfərini təxirə saldı 19 Sentyabr 2021, 21:06 İsraildə sutkalık 7 mindən artıq yoluxma 19 Sentyabr 2021, 20:54 Bu ölkədə vulkan püskürdü 19 Sentyabr 2021, 20:46 “Neftçi” “Keşlə”ni darmadağın etdi 19 Sentyabr 2021, 20:33 230-dan çox xarici vətəndaş Kabili tərk etdi 19 Sentyabr 2021, 20:18 “Bursaspor” baş məşqçini istefaya göndərdi 19 Sentyabr 2021, 20:07 Gürcüstan yenidən silkələndi 19 Sentyabr 2021, 19:49 Hindistandan quş və quş əti idxalı dayandırıldı 19 Sentyabr 2021, 19:40
SORĞU Hansı vaksinə etibar edirsiniz?