Modern.az

Gənc müəllim koronavirusdan vəfat etdi

Gənc müəllim koronavirusdan vəfat etdi

9 Sentyabr 2021, 12:52

Balakən şəhər Nizami adına 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Vüqar Həsənov dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə məktəb məlumat yayıb.

 

Qeyd olunub ki, koronavirusa yoluxan müəllim müalicə aldığı xəstəxanada ötən gün vəfat edib.

 

Məktəb rəhbərliyi dünyasını dəyişən gənc müəllimin vaxtsız ölümündən təəssüflənərək yaxınlarına başsağlığı verib:

 

"Bu gün kollektivimizin sadəliyi, işgüzarlığı ilə seçilən, gülərüz, həyat eşqi ilə dolu , şagirdlərinə qayğı ilə yanaşan , səmimi insan , gözəl pedaqoq Həsənov Vüqar dünyasını dəyişib .

 

Vüqar müəllimi həm müəllim , həm də insan olaraq qəlbimizdə dərin izlər qoyub getdi.

 

Ruhun şad, məkanın cənnət olsun.

 

Allahdan ailəsinə və yaxınlarına səbr diləyirik.

 

Allah rəhmət eləsin!"

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?