Modern.az

Bu dəfə yoluxma azaldı - 35 nəfər öldü

Bu dəfə yoluxma azaldı - 35 nəfər öldü

9 Sentyabr 2021, 18:40

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2254 yeni yoluxma faktı qeydə alınıb, 3655 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 452536 nəfər koronavirus infeksiyasına yoluxub.

 

Onlardan 397224 nəfər müalicə olunaraq sağalıb, 5994 nəfər vəfat edib, aktiv xəstə sayı 49318 nəfərdir.

 

Ölkədə son sutka ərzində 14753 hazırkı dövrədək isə 4608573 test aparılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir