Modern.az

Şagirdlərin yerdəyişməsi dayandırıldı

Şagirdlərin yerdəyişməsi dayandırıldı

12 Sentyabr 2021, 20:04

Şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu bu gün saat 20:00-dan müvəqqəti olaraq dayandırılır.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, sorğuların qəbulunun müvəqqəti dayandırılması yeni tədris ili ilə əlaqədar siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

 

Qeyd edək ki, 16 sentyabr saat 20:00-dan etibarən isə portalda ümumi təhsil müəssisələri tərəfindən sorğuların təsdiqi funksiyası müvəqqəti işləməyəcək.

 

Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?