Arxiv
13 Sentyabr 2021, 14:24 | QARABAĞ
Füzuli şəhəri necə qurulacaq? - Deputat detallardan DANIŞDI

Qarabağda və Şərqi Zəngəzurda şəhər və kəndlərin bərpası, yenidən qurulması istiqamətində məqsədyönlü iş aparılır. Prezident İlham Əliyev şəhərsalma sahəsində böyük işlər görüldüyünü qeyd edib. Dövlətimizin başçısı Ağdamın baş planının təsdiqləndiyini, Füzulinin və Cəbrayılın müfəssəl baş planlarının üzərində iş getdiyini və tezliklə ictimaiyyətə təqdim ediləcəyini, Zəngilan şəhərinin baş planının hazırlanması prosesinə başlandığını, Qubadlı, Laçın və Kəlbəcər şəhərlərinin də yenidən qurulacağını bildirib. Ölkə büdcəsi üçün ağır yük olsa da, Azərbaycan hökuməti bərpa və yenidənqurma işlərini sürətlə aparmaq, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirmə əzmini bütün dünyaya nümayiş etdirir.


Füzuli şəhərində görülən işlər haqqında son durumu Modern.az-la bölüşən deputat Vüqar Bayramov azad edilmiş ərazilərə bir neçə dəfə baş çəkdiyini vurğulayıb:


“Rayonumuzun bir hissəsində məskunlaşma həyata keçirilmişdi. Təxminən 60 faiz ərazimiz isə 30 ildən artıq düşmən tapdağında qaldı. Füzulinin işğaldan azad edilmiş hissələrində çox intensiv, genişmiqyaslı  şəkildə infrastruktur işləri davam etdirilir.

 

İlkin infrastruktur işlərinin, hava limanının tikintisinin ilin sonuna qədər tam başa çatacağı gözlənilir. Bu ilin may ayında Füzuli hava limanında olmuşdum. O zaman davam edən quruculuq prosesi artıq yekunlaşmaq üzrədir və bu liman ən qısa müddətdə istifadəyə verilən beynəlxalq hava limanlarından biri oldu.

 

“Zəfər yolu”nda tamamlanma işləri isə yaxın zamanlarda bu yolun açılışını edə biləcəyimizdən xəbər verir. Füzulinin yenidən qurulması prosesinin bir hissəsi Horadizdən başlayır. Horadiz-Cəbrayıl- Zəngilan-Ağbənd avtomobil yolunda da intensiv işlər gedir. Türkiyənin  şirkətləri bu yolların çəkilişində aktiv çalışırlar. Füzuli ilə Hadrut şəhərini birləşdirəcək avtomobil yolunun çəkilişi də başlanacaq. Füzuli şəhərində nəqliyyat və lojistik xidmətlər təklif edən kifayət qədər çox infrastruktur layihələri həyata keçirilir. Bütün layihələrlə bağlı iş həm intensiv, həm də müasir standartlara uyğun davam etdirilir”.



Füzulinin baş planının hələlik təqdim olunmadığını diqqətə çatdıran deputat söyləyib ki, inzibati binaların, yaşayış yerlərinin və istirahət məkanlarının necə qruplaşdırılacağı baş planla aydınlaşacaq:


“Gözlənilir ki, yaxın günlərdə baş plan açıqlansın. Bu plan tam təqdim olunanda biləcəyik ki, inzibati binalar, yaşayış yerləri, parklar, yaşıllıqlar və s. necə müəyyənləşəcək. Füzuli də digər işğaldan azad edilmiş bölgələr kimi “ağıllı şəhər” layihəsi ilə formalaşacaq. Orada infrastruktura uyğun olaraq yaşıllıqların salınması, obyektlərin tikilməsi, şəhərin qurulması ən yeni standartlara uyğun planlanır. Yalnız Füzulinin deyil, digər işğaldan azad edilmiş ərazilərimizin də baş planının yaxın günlərdə təqdim olunması gözlənilir. Ona görə, yaradılacaq infrastruktur haqqında dolğun fikir söyləmək tezdir. Füzuli nəqliyyat-lojistik baxımından digər işğaldan azad edilmiş rayonlara gediş-gəliş üçün əhəmiyyətli mövqedə yerləşir. Orada kifayət qədər tarixi abidə, qədim dövrlərə aid məscidlər var. Böyük qismi dağıdılsa da, tarixin izləri qalmaqdadır. Azıx mağarası Xocavənd rayonunda yerləşir, amma Sovet dövründə Füzulinin qədim yaşayış məntəqəsi kimi təqdim edilirdi.

 

Rayon ərazisində araşdırılmalı kifayət qədər qədim yaşayış məntəqəsi var. Ona görə, hesab edirəm ki, Füzulini digər azad edilmiş rayonlardan fərqləndirən simvol müəyyən ediləcəksə, bu, onun tarixiliyini və qədimliyini ortaya çıxaracaq bir abidə ola bilər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənilərin 10 zirehli texnikasını məhv edən Milli Qəhrəman 20 Sentyabr 2021, 09:38 Xəstə yaxını xəstəxanada dava saldı  20 Sentyabr 2021, 09:36 Alimlər koronavirusun daha qədim mənşəyini tapıblar 20 Sentyabr 2021, 09:30 Neftin qiyməti ucuzlaşdı 20 Sentyabr 2021, 09:25 COVID-19 pasportu olmayan valideynlər məktəblərə buraxılmır 20 Sentyabr 2021, 09:19 Azərbaycanda ötən il 16 nəfər cəzaçəkmə müəssisələrindən QAÇIB 20 Sentyabr 2021, 09:14 Yaponiyada yaşlı əhalinin sayı rekord həddə çatıb 20 Sentyabr 2021, 09:10 Xarici valyutaların manata qarşı məzənnələri 20 Sentyabr 2021, 09:05 Bakının əsas yollarında tıxac var - SİYAHI 20 Sentyabr 2021, 09:00 Ərdoğan ABŞ-da türk və Azərbaycan icmalarının üzvləri ilə görüşdü 20 Sentyabr 2021, 08:50 Başını Ermənistana əyən İran “səyasətbazları” indiyədək nə din tanıyıb, nə iman...  20 Sentyabr 2021, 08:43 Bulvarda gənc qız özünü dənizə atdı 20 Sentyabr 2021, 08:00 Dünyada koronavirusa yoluxanların sayı 229 milyonu ötdü 20 Sentyabr 2021, 07:53 Azərbaycan ərazisinə keçmiş ermənilər geri qaytarıldı 20 Sentyabr 2021, 07:42 Ərdoğan ABŞ-da səfərdədir 20 Sentyabr 2021, 07:30 Britaniyada 29.6 min yoluxma qeydə alındı 20 Sentyabr 2021, 00:46 Məşhur boksçu prezident olmaq istəyir 20 Sentyabr 2021, 00:37 Çoxmərtəbəli yaşayış binasında yanğın oldu 20 Sentyabr 2021, 00:22 “Əsrin müqaviləsi”nin 27 ili tamamlandı 20 Sentyabr 2021, 00:07 Şahmatçılarımız Moldova yığmasına qalib gəldi   19 Sentyabr 2021, 23:51 Bodibildinqçimiz tarixi uğura imza atdı 19 Sentyabr 2021, 23:38 Makron İsveçrə səfərini ləğv etdi - SƏBƏB 19 Sentyabr 2021, 23:24 “Çelsi” səfərdə “Tottenhem”i məğub etdi 19 Sentyabr 2021, 23:01 Batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edildi 19 Sentyabr 2021, 22:54 Vahid Rusiya partiyası seçkilərdə öndə gedir   19 Sentyabr 2021, 22:35 "BMT Qarabağ məsələnin həll edilməsində istəksizlik göstərdi" - Koffi 19 Sentyabr 2021, 22:30 Mahir Emrelidən “Legiya”da növbəti qol 19 Sentyabr 2021, 22:14 ABŞ-da hərbi təyyarə qəzaya uğradı 19 Sentyabr 2021, 21:51 Deputatlar Rusiyada seçkiləri müşahidə etdilər 19 Sentyabr 2021, 21:40 Türkiyə əhalisinin 67.7% tam peyvəndlənib 19 Sentyabr 2021, 21:34 Rusiyada parlament seçkiləri başa çatdı 19 Sentyabr 2021, 21:17 Baş nazir vulkana görə ABŞ səfərini təxirə saldı 19 Sentyabr 2021, 21:06 İsraildə sutkalık 7 mindən artıq yoluxma 19 Sentyabr 2021, 20:54 Bu ölkədə vulkan püskürdü 19 Sentyabr 2021, 20:46 “Neftçi” “Keşlə”ni darmadağın etdi 19 Sentyabr 2021, 20:33
SORĞU Hansı vaksinə etibar edirsiniz?