Modern.az

Dövlət Komitəsində struktur və kadr dəyişikliyi

Dövlət Komitəsində struktur və kadr dəyişikliyi

14 Sentyabr 2021, 09:35

Diasporla İş üzrə Dövlət Komitəsində struktur və kadr dəyişikliyi olub.

 

Modern.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Fuad Muradov bununla bağlı müvafiq əmr imzalayıb.



Əmrə əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Aqil Əsədov tutduğu vəzifədən azad olunub. Digər əmrlə Dövlət Komitəsinin Mətbuat katibi vəzifəsi ləğv olunaraq, eyni şöbəyə birləşdirilib.

 

Komitənin mətbuat katibi Vəsilə Vahidqızı Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri təyin edilib. 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir