28 Sentyabr 2021, Çərşənbə axşamı
Arxiv
14 Sentyabr 2021, 16:10 | QARABAĞ
Azad edilmiş bölgələrdəki əmlak - ARAŞDIRMA

Ötən ay Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Fərman imzalayıb.

 

Fərmanda Nazirlər Kabinetinə tapşırılıb ki, iki ay müddətində aparılmış inventarlaşdırmanın nəticələri əsasında işğaldan azad olunmuş ərazilərdə tikililərin mövcud vəziyyəti və həmin tikililərdə baş verən dəyişikliklər barədə məlumatların uçotunun aparılması, habelə tikililərin sökülməsi sahəsində dövlət orqanlarının (qurumlarının) çevik əlaqələndirilmiş fəaliyyətinin təmin edilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrini yaratsın.

 

Fərmana əsasən, reyestrin tərtibini və aparılmasını Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək.

 

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə əmlakın, eyni zamanda digər inventarların reyesteri aparılır:

 

“Bununla bağlı xüsusi göstəriş var. Bir tərəfdən, işğaldan əvvəlki dövrlərdə olan məlumatlara əsaslanaraq, yeraltı faydalı qazıntıların həcmi müəyyənləşir. Digər tərəfdən isə, invertarların həm dəyərinin hesablanması, həm reyesterinin aparılması prosesi həyata keçirilir. Məqsəd ondan ibarətdir ki, həmin ərazilərdə olan əmlakın həm reyester qiymətini müəyyənləşdirmək mümkün olsun, eyni zamanda rereyster qiymətinə uyğun olaraq da onların qeydiyyatı aparılsın. Məqsəd ondan ibarətdir ki, istər daşınar, istər daşınmaz əmlakın qeydiyyatı olsun və buna uyğun  olaraq da növbəti mərhələdə, xüsusilə də infrastrukturun formalaşması mərhələsində uyğun qərarların qəbul olunması həyata keçirilsin”.

 

 

Əmlak Məsələləri Dövlət Xidməti yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin məlumatlarına görə, işğaldan azad olunmuş ərazilərdə infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlakın ilkin inventarlaşdırılması işinin təşkili məqsədilə Gəncədə və Füzuli rayonunun Horadiz qəsəbəsində yerli qərargahlar, o cümlədən inventarlaşdırma nəticəsində əldə ediləcək məlumatların kameral qaydada işlənilməsi üçün Bakı şəhərində mərkəzi qərargah yaradılıb.

 

İndiyədək işğaldan azad edilmiş rayonlardan 8-i üzrə ümumilikdə 8618 əmlakın (6911 daşınmaz əmlak və 1707 infrastruktur obyekti) çöl inventarlaşma işləri tamamlanıb, həmçinin infrastruktur obyektləri üzrə 299 km avtomobil yolunun, 115 km elektrik verilişi xəttinin, 35,8 km qaz təchizatı xəttinin, 3 km su təchizatı xəttinin, 31,3 km suvarma şəbəkəsinin və 171.653 ha torpaq sahəsinin inventarlaşdırılması işləri başa çatdırılıb.

 

8 rayon üzrə 102 yaşayış məntəqəsində işlər yekunlaşıb, 11 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir, 273 yaşayış məntəqəsinin isə tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən edilib. 

 

P.S. Əminik ki, bu istiqamətlərdə işlərin sürətli aparılması bəzi neqativlərin qarşısının vaxtında alınmasına da mühüm rol oynayacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sərnişin qatarlarının hərəkəti bərpa olunur 28 Sentyabr 2021, 11:52 Mübariz İbrahimov adına məktəbin şagirdləri Türkiyədə qazilərimizi ziyarət ediblər 28 Sentyabr 2021, 11:50 Ermənistanda Şuşa və Hadrut məğlubiyyətinə görə HƏBSLƏR BAŞLADI 28 Sentyabr 2021, 11:46 Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlandı   28 Sentyabr 2021, 11:44 Şuşa məğlubiyyətinə görə 150 nəfərə ittiham İRƏLİ SÜRÜLÜB 28 Sentyabr 2021, 11:39 Kəlbəcər və Qubadlıda prokurorluq binalarının AÇILIŞI-FOTO 28 Sentyabr 2021, 11:34 Senat Türkiyəni yeni sanksiyalarla HƏDƏLƏDİ 28 Sentyabr 2021, 11:31 TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçdi 28 Sentyabr 2021, 11:28 General: “Düşmən ən çox itkini həmin döyüşlərdə verdi” 28 Sentyabr 2021, 11:25 İranda Vətən müharibəsi şəhidləri anılıb - FOTO 28 Sentyabr 2021, 11:24 Spiker: "Azərbaycan parlamenti TÜRKPA-nın inkişafına xüsusi diqqət ayırıb" 28 Sentyabr 2021, 11:23 Sülhməramlılar Qarabağda dronları havaya qaldırdı 28 Sentyabr 2021, 11:21 “Azəriqaz”ın baş direktorundan istehlakçılara MÜRACİƏT 28 Sentyabr 2021, 11:19 “Şəhidlər və itkinlər xalqımızın seçilmiş övladlarıdır” 28 Sentyabr 2021, 11:17 İctimai TV bu gündən daha bir ilkə imza atdı 28 Sentyabr 2021, 11:14 Qalib sərkərdənin müraciəti: müdriklik və ədalət, inam və cəsarət 28 Sentyabr 2021, 11:08 Qazaxıstanda Nizami Gəncəvi ilə bağlı təqdimat olub 28 Sentyabr 2021, 11:06 Nazirlik kadr potensialını gücləndirir - FOTOLAR 28 Sentyabr 2021, 11:03 Daha bir vaksin maxinasiyası - 6 nəfərə cinayət işi açıldı 28 Sentyabr 2021, 11:00 Protezlə təmin edilən qazilərin SAYI 28 Sentyabr 2021, 10:56 “Yaddaş” kitabı və Memorial.az saytı TƏQDİM OLUNDU 28 Sentyabr 2021, 10:53 Koronavirusun qeydə alınmadığı 5 ÖLKƏ 28 Sentyabr 2021, 10:52 Vilayət Eyvazova ağır itki üz verib 28 Sentyabr 2021, 10:49 Binalarda liftlərin ehtiyat hissələrini oğurlayan dəstə saxlanıldı - VİDEO 28 Sentyabr 2021, 10:44 Dilənçi qadın evdən oğurluq etdi 28 Sentyabr 2021, 10:39 Bakı-Sumqayıt yolunda sıxlıq var 28 Sentyabr 2021, 10:35 Elnur Əşrəfoğlunun anası Birinci vitse-prezidentdən KÖMƏK İSTƏDİ 28 Sentyabr 2021, 10:31 Tovuzda 9 yaşlı məktəblini avtomobil vurub  28 Sentyabr 2021, 10:26 Tanışına 5 bıçaq vurub TƏSLİM OLDU 28 Sentyabr 2021, 10:22 İraqlı nazir Bakı Ali Neft Məktəbində - FOTO 28 Sentyabr 2021, 10:17 Məşhur müğənni insan alverində təqsirləndirilir 28 Sentyabr 2021, 10:13 25 günün qəza statistikası: 45 ölü, 18 yaralı 28 Sentyabr 2021, 10:08 Azərbaycan tarixi ədaləti bərpa etdi 28 Sentyabr 2021, 10:04 UNEC-də XIX Beynəlxalq Türk Dünyası Sosial Elmlər konfransı keçirilib 28 Sentyabr 2021, 10:00 Avqustda qadın pensiyaçılar kişilərdən çox olub 28 Sentyabr 2021, 09:54
SORĞU Hansı vaksinə etibar edirsiniz?