Arxiv
15 Fevral 2010, 20:21 | TƏHSİL
Mehriban Əliyeva Fransanın "Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva Fransa Respublikası Prezidentinin Sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib.

Fransa dövlətinin başçısı Nikola Sarkozi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda bu barədə məlumat verərək bildirib ki, Mehriban xanım Əliyeva bu ali mükafata Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə layiq görülüb.
Bu xoş xəbəri dövlətimizin başçısına çatdırmaqdan məmnun olduğunu bildirən Nikola Sarkozi Prezident İlham Əliyevə xüsusi hörmət və ehtiramı olduğunu vurğulayıb.

Dünyanın məşhur ictimai-siyasi, dövlət, mədəniyyət və elm xadimlərinə, sərkərdələrə verilən “Şərəf Legionu” ordeni 1802-ci ildə imperator Napoleon Bonapart tərəfindən təsis edilib. Fransanın ən yüksək dövlət mükafatı olan “Şərəf Legionu” ordeninin 5 dərəcəsi var. On bir nəfərdən ibarət çox nüfuzlu Mükafat Komissiyası ordenə təqdim olunmuş şəxslər barədə məlumatları araşdırdıqdan sonra onun təqdim edilməsinə icazə verilir.
Fransa Respublikası və onun xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərə verilən “Şərəf Legionu” ordeninin zabit dərəcəsinə indiyədək dünyanın bir çox görkəmli insanları layiq görülüb.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Fransanın ali ordeninə layiq görülməsi bir daha sübut edir ki, Azərbaycanın birinci xanımının ictimai, mesenatlıq fəaliyyəti, təhsil və mədəniyyət sahələrinin inkişafına verdiyi əvəzsiz töhfələr təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də sonsuz hörmət və ehtiram qazanıb. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə daha 62 nəfər koronavirusdan öldü 18 Sentyabr 2020, 21:44 Azərbaycanın Tatarıstandakı Diasporunun sədri vəfat edib 18 Sentyabr 2020, 21:27 Əfsanəvi astronom vəfat etdi 18 Sentyabr 2020, 21:14 Məhkumların müraciətləri dinlənildi 18 Sentyabr 2020, 20:58 Aeroport yolunda qəza sıxlıq yaratdı 18 Sentyabr 2020, 20:46 AQTİ laboratoriyalarında növbəti mediatur keçirilib 18 Sentyabr 2020, 20:36 “Azərenerji”nin işçisi bədbəxt hadisənin qurbanı oldu 18 Sentyabr 2020, 20:18 Ceyhun Bayramov Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasından danışdı 18 Sentyabr 2020, 20:04 DTX rəhbərliyi yüksək bal toplayan kursantlarla görüşdü 18 Sentyabr 2020, 19:34 Bakı metrosu yenidən bağlanır   18 Sentyabr 2020, 19:25 Məhkəmələrə ayrılan xidməti avtomobillərin sayı artırıldı - QƏRAR 18 Sentyabr 2020, 19:16 Bu il bir milyondan çox ağac əkiləcək 18 Sentyabr 2020, 19:07 “Qızılqum” sanatoriyasında müvəqqəti məskunlaşmış ailələrə yeni mənzillərə köçmək təklif olundu 18 Sentyabr 2020, 18:59 Bakıda tikiş sexi və ona bitişik anbarda YANĞIN 18 Sentyabr 2020, 18:50 Qaçqınlara BMT qarşısında çadır şəhərciyi salınır 18 Sentyabr 2020, 18:41 Səyyar “ASAN xidmət” davam edir 18 Sentyabr 2020, 18:33 Müəllimlərin əlavə yerləşdirmə mərhələsi başladı 18 Sentyabr 2020, 18:24 Ceyhun Bayramov və Avropa İttifaqının komissarı müzakirə apardılar 18 Sentyabr 2020, 18:15 XIX əsrin bəxş etdiyi 40 nəhəng 18 Sentyabr 2020, 18:06 Rezidenturaya qəbul imtahanı başa çatdı 18 Sentyabr 2020, 18:02 Məcburi köçkünlərin uçot və qeydiyyatı elektronlaşdırıldı 18 Sentyabr 2020, 17:56 Elman Paşayev vəkillik statusundan məhrum edildi 18 Sentyabr 2020, 17:50 YAP-çı deputatdan Tofiq Yaqublunun buraxılmasına REAKSİYA 18 Sentyabr 2020, 17:44 Qayınata və qayınananı öldürən kürəkən tutuldu 18 Sentyabr 2020, 17:41 Siyavuş Novruzov iclas keçirdi 18 Sentyabr 2020, 17:35 Dolların bu həftəyə olan məzənnəsi 18 Sentyabr 2020, 17:30 Nazir əmr verdi: Qızıl və gümüş medal alanların sayı... 18 Sentyabr 2020, 17:24 Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı - FOTO 18 Sentyabr 2020, 17:18 4 ay sonra sərt karantin rejimi qaytarıldı – İsraildə 18 Sentyabr 2020, 17:18 Məktəbəhazırlıqda qeydiyyatdan keçən uşaqların sayı açıqlandı 18 Sentyabr 2020, 17:16 Meşələrin qırılması ən çox bu rayonlardadır - SİYAHI 18 Sentyabr 2020, 17:10 Penitensiar Xidmətdən Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA 18 Sentyabr 2020, 17:05 Tramp Assancın əfv olunması üçün şərt İRƏLİ SÜRDÜ 18 Sentyabr 2020, 17:00 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı azaldı 18 Sentyabr 2020, 16:54 Meşələrin qorunması polisə həvalə olunur? - Nazirlikdən cavab 18 Sentyabr 2020, 16:48