Modern.az

Çində güclü zəlzələ: Ölənlər və yaralılar var  

Çində güclü zəlzələ: Ölənlər və yaralılar var  

Dünya

16 Sentyabr 2021, 07:25

Çinin Siçuan vilayətində 6 bal gücündə zəlzələ olub.

 

Modern.az xəbər verir ki, yeraltı təkanlar Lucou şəhərinin Lusien rayonunda qeydə alınıb. 

 

Məlumata görə, inzibati və sosial binalarla yanaşı, 200-ə yaxın fərdi evə ciddi zərər dəyib.

 

Dağıntılar nəticəsində 4 nəfər ölüb, 60 nəfər müxtəlif dərəcəli xəsarət alıb. 

 

Lucou şəhərində fövqəladə vəziyyət elan edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi