Modern.az

Məktəblərdə dərslərin hansı qaydada təşkil olunacağı AÇIQLANDI

Məktəblərdə dərslərin hansı qaydada təşkil olunacağı AÇIQLANDI

Təhsil

16 Sentyabr 2021, 11:08

Tədrisin əyani keçirilməsi ilə bağlı hazırlıq işləri aparılır. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarları var və tədris prosesi bu qərarlara uyğun olaraq həyata keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

 

F.Qurbanov deyib ki, pandemiya dövründə hər bir şagirdin və müəllimin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər həyata keçiriləcək:

 

“İlk növbədə hər bir tədris ocağında dezinfeksiya işləri aparılacaq. Hər bir şagirdin, hər bir müəllimin hərarəti yoxlanılacaq. Məktəblərə daxil olarkən müəllimlərin COVID pasportu yoxlanılacaq. Bununla bağlı Təhsil Nazirliyi tərəfindən tədbirlər görülür. Bununla bağlı tədris müəssisələrinin rəhbərləri ilə görüş keçirilib və müvafiq tapşırıqlar verilib”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər