Modern.az

Zaxarova İranın yük maşınlarının saxlanmasından DANIŞDI

Zaxarova İranın yük maşınlarının saxlanmasından DANIŞDI

16 Sentyabr 2021, 19:36

“Azərbaycan-Ermənistan sərhədində, o cümlədən Vorotan kəndi yaxınlığında vəziyyətin inkişafı sərhədlərin delimitasiyası və demorkasiyası prosesinə tezliklə başlanılmasının vacib olduğunu bir daha təsdiqləyir”.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Azərbaycan polisinin İranın yük maşınlarını Gorus-Qafan yolunda saxlamasını şərh edərkən deyib.

 

Onun sözlərinə görə, Rusiya delimitasiya və demarkasiya ilə bağlı təkliflərini həm Bakıya, həm də İrəvana təqdim edib.

 

“Gələcək kursu formalaşdırmaq üçün cavabın tezliklə verilməsini gözləyirik. Paralel olaraq, razılaşmaların ən yüksək səviyyədə yerinə yetirilməsinə uyğun olaraq bölgədəki nəqliyyat və iqtisadi əlaqələrin bərpası üçün birgə səylərimizi davam etdirəcəyik”, - deyə Zaxarova qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir