Modern.az

Bu günün hava proqnozu

Bu günün hava proqnozu

17 Sentyabr 2021, 07:54

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.

 

ETSN-dən Modern.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 21-23° isti, gündüz 25-27° isti, Bakıda gecə 21-23° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 %olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman. Arabir güclənən qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 16-21° isti, gündüz 27-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 14-17° isti olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir