Modern.az

Hərbi qulluqçularla görüşlərə məhdudiyyət qoyulub - DSX

Hərbi qulluqçularla görüşlərə məhdudiyyət qoyulub - DSX

17 Sentyabr 2021, 10:00

Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi qulluqçularla koronavirusla əlaqədar görüşlərə məhdudiyyət qoyulub.

 

Modern.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

 

Bildirib ki, “Azərbaycan Respublikası ərazisində Koronavirus (COVİD-19) pandemiyasına qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarlarına uyğun olaraq Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə görüşlərin təşkilində tətbiq edilmiş məhdudiyyətlər qüvvədədir."

 

Qeyd olunub ki, sərhəd mühafizə qurumlarında “COVİD-19” infeksiyasının yayılmasının qarşısının alınması üzrə fəaliyyətlər çərçivəsində Dövlət Sərhəd Xidmətinin birləşmələrində hərbi qulluqçularının koronavirus əleyhinə vaksinasiyası davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi