Arxiv
17 Sentyabr 2021, 11:26 | MEDİA
Jurnalistlər üçün yeni müsabiqə elan olundu

Dövlət Turizm Agentliyi və Medianın İnkişafı Agentliyi (MEDİA) KİV nümayəndələri və peşəkar fotoqraflar arasında müsabiqə elan edir.
 
Agentlikdən Modern.az-a verilən məlumata görə, “Azərbaycanın turizm potensialını tanıt” mövzusunda keçirilən müsabiqə 20 sentyabr – 20 oktyabr 2021-ci il tarixlərini əhatə edəcək.

Müsabiqədə iştirak edən yazı, TV süjet və fotolar 5 nəfərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Hər nominasiya üzrə 1-ci yerin sahibləri cari ilin noyabr ayında BƏƏ-nin Dubay şəhərində keçiriləcək “EXPO 2020 Dubai” tədbirində Azərbaycan pavilyonunun ziyarət etmək üçün 3 günlük iştirak haqqı qazanacaq. 2-ci yerin sahibləri Şuşaya 3 günlük səfər (“Xarı Bülbül” hoteli),  3-cü yerin sahibləri isə “Şahdağ” Turizm Mərkəzinə (“Şahdağ Hotel və Spa”) 3 günlük səfər haqqı qazanacaq.
 
Müsabiqənin şərtləri:

- Təqdim edilən məqalələrdə, fotolarda və televiziya süjetlərində mövzu tam əks etdirilməlidir;
- Məqalələr, fotolar və televiziya süjetləri yeni olmalıdır, müsabiqənin qüvvədəolma müddətinədək olan dövrü (20 sentyabr – 20 oktyabr 2021-ci il) əhatə etməlidir və əvvəllər hər hansı müsabiqəyə təqdim edilməməlidir;
- Müsabiqədə Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-lərin nümayəndələri və müstəqil jurnalistlər iştirak edə bilərlər;
- Hər bir jurnalist, müxbir və fotoqraf müsabiqəyə yalnız bir məqalə, süjet və ya  foto təqdim edə bilər;
- Müsabiqəyə təqdim ediləcək məqalənin həcmi 8 min çap işarəsindən, televiziya süjeti 3 dəqiqədən, fotolar isə peşəkara fotokamera ilə çəkilməklə 3000 piksel-ə qədər ölçüdən və JPEG formatında 5 meqabayt (MB) ölçüdən az olmadan göndərilməlidir;
- Məqalə və televiziya süjeti Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-də çap olunmalı və ya yayımlanmalıdır;
- Materialın sonunda “Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş müsabiqəyə təqdim edilir” sözlərindən ibarət titr qeyd olunmalıdır;
- Material qəzetdə və ya jurnalda dərc edilərsə, onun 1 nüsxəsi, elektron portalda yerləşdirilərsə, A4 formatlı vərəqdə (Arial, 12 şrift) çap olunmalı və link əlavə edilməlidir.
- Fotolar orijinal formatda, ad, soyad, əlaqə vasitəsi və aid olduğu mövzu qeyd edilməklə “[email protected]” ünvanına göndərilməlidir.
- Televiziya süjeti DVD-də olmaqla, KİV nümayəndəsinin vəsiqəsinin surəti ilə birlikdə 20 oktyabr 2021-ci il tarixinədək Dövlət Turizm Agentliyinə (Ünvan: Nizami küçəsi 96E, Landmark 1, AZ1010), materialın elektron versiyası isə həmin tarixədək “[email protected]” poçt ünvanına göndərilməlidir.
 
Müsabiqə ilə bağlı əlavə məlumatı Dövlət Turizm Agentliyinin məsul əlaqələndiricisindən almaq olar: (tel: +994512296043, Fikrət Təhməzov).
 
Materialların qiymətləndirilmə meyarları:
 
- Aid olduğu mövzunu əhatə etməsi, jurnalist araşdırması,
- Əsaslandırma və faktların əlaqələndirilməsi;
- Materialın informasiyalılıq səviyyəsi;
- Yazının və reportajın dil və üslub xüsusiyyətləri;
- Jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi;
- Müqayisəli təhlil üslubu;
- İctimai maraqların müdafiəsi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə ordusunun hərbçisi ŞƏHİD OLDU 28 Oktyabr 2021, 22:11 Tanınmış jurnalistin oğlunun meyiti evdən tapıldı 28 Oktyabr 2021, 22:11 Şahmatçılarımızın üçündən QƏLƏBƏ 28 Oktyabr 2021, 21:50 “Qardaşlarımız işğalın ardından öz torpaqlarına qovuşdu” - Ərdoğan 28 Oktyabr 2021, 21:32 Futbolla bağlı qadağalar LƏĞV EDİLİR 28 Oktyabr 2021, 21:16 "Türkiyə ilə iqtisadi əlaqələrin genişlənməsi strateji amildir" - Nazir 28 Oktyabr 2021, 20:55 Bayden İtaliyaya gedir 28 Oktyabr 2021, 20:37 Universitet müəllimi vəfat etdi 28 Oktyabr 2021, 20:36 Avropada qazın qiyməti 900 dollardan aşağı DÜŞDÜ 28 Oktyabr 2021, 20:18 Paşinyan rusiyalı generalla regionu müzakirə etdi 28 Oktyabr 2021, 19:51 Ceyhun Bayramov İƏT rəsmisi ilə görüşdü 28 Oktyabr 2021, 19:31 Ronaldu 5-ci dəfə ata olur 28 Oktyabr 2021, 19:20 Türkiyə ilə birgə texnopark yaradılması müzakirə olundu 28 Oktyabr 2021, 19:16 Baş nazirdən Türkiyənin Vitse-prezidentinə MƏKTUB 28 Oktyabr 2021, 18:54 Əli Əsədovla Alparlsan Çakar bank sektorunu müzakirə etdi 28 Oktyabr 2021, 18:49 AMEA-nın 4 İnstitutuna baş direktor seçildi 28 Oktyabr 2021, 18:36 Moskvadan dəhliz AÇIQLAMASI: “Razılaşmaya sadiq qalmalıyıq” 28 Oktyabr 2021, 18:29 Ukrayna paytaxtı qapanmaya gedir 28 Oktyabr 2021, 18:18 Qazlaşdırılmayan yaşayış məntəqələrinin SAYI 28 Oktyabr 2021, 18:10 Niderlanddan Ağdama: 28 il sonra Vətənə dönüş - VİDEO 28 Oktyabr 2021, 18:01 “Zəngəzur dəhlizilə bağlı siyasi qərar olmalıdır” - VİDEO 28 Oktyabr 2021, 17:55 Dilçilik İnstitutunda yeni direktor TƏYİNATI 28 Oktyabr 2021, 17:54 Ermənistan hərbçilərinin yaralanmasını TƏSDİQLƏDİ 28 Oktyabr 2021, 17:48 Bu gün peyvənd olunanlar 28 Oktyabr 2021, 17:42 Yoluxma kəskin ARTDI 28 Oktyabr 2021, 17:36 Avtobusun şüşələri sıxlıqdan sınıb? - Rəsmi cavab 28 Oktyabr 2021, 17:30 "Azəriqaz" rəsmiləri Siyəzəndə 28 Oktyabr 2021, 17:25 “Azərbaycanın tarixi zəfəri” - Videokonfrans 28 Oktyabr 2021, 17:20 Amerikalı dindarlar Ağdam və Şuşada 28 Oktyabr 2021, 17:16 Universitetin 10 qrupunda əyani dərslər DAYANDIRILDI 28 Oktyabr 2021, 17:10 Texniki baxış mərkəzlərində YENİLİK 28 Oktyabr 2021, 17:05 Komitədən İraqdan gətirilən uşaqlarla bağlı MƏLUMAT 28 Oktyabr 2021, 17:00 Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR 28 Oktyabr 2021, 16:56 Boksçumuz 1/8 finalda 28 Oktyabr 2021, 16:52 İki məhkəmə sədri Şuraya üzv seçildi 28 Oktyabr 2021, 16:47