Modern.az

ABŞ-da “Türk evi”nin açılışı oldu

ABŞ-da “Türk evi”nin açılışı oldu

20 Sentyabr 2021, 22:41

ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda “Türk evi”nin açılışını edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

 

Açılışda BMT-nin Baş katibi Antonio Quterreş, Latviya və Litva prezidentləri, eləcə də digər ölkələrin təmsilçiləri iştirak edib.

 

“Türkevi binamızın qapılarının hər kəsə açıq olduğunu bir daha vurğulamaq istəyirəm. Nyu-Yorkun nümunəvi binalarından olacaq Türkevinin millətimizə, ABŞ-a xeyirli olmasını diləyirəm. Bu binanın inşasında əməyi keçən hər kəsə təşəkkür edirəm”, - deyə Ərdoğan çıxışı zamanı bildirib.

 

Prezident binanın BMT-nin mərkəzi qərargahı ilə üz-üzə yerləşməsinin xüsusi əhəmiyyət daşıdığını deyib

 

Xatırladaq ki, binanın təməli 2017-ci ildə qoyulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi