Modern.az

Ermənistanın Baş Qərargah rəisi: “Gorus Qafan yolu ilə şəxsən getmişəm”

Ermənistanın Baş Qərargah rəisi: “Gorus Qafan yolu ilə şəxsən getmişəm”

Dünya

21 Sentyabr 2021, 16:08

Ermənistanın Baş Qərargah rəisi Artak Davtyan Gorus-Qafan yolunda yaranmış vəziyyətə toxunub.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, yolda vəziyyətin təhlükəsiz olduğunu əlavə edib.

“Mən şəxsən Gorus-Qafan yolu ilə getmişəm, hər şey normaldır. Mən təhlükəsizlik haqqında bütöv mühazirə oxuya bilərəm...və öz sahəmə aid bütün suallara cavab verdim” - deyə Davtyan söyləyib.

 

O, yolun təhlükəli olması ilə bağlı mətbuatda yer alan xəbərləri də əsassız adlandırıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı