Modern.az

Vergiödəyicilərinin sayı 9,8 faiz artıb

Vergiödəyicilərinin sayı 9,8 faiz artıb

İqtisadiyyat

21 Sentyabr 2021, 21:11

2021-ci il sentyabrın 1-nə respublika üzrə uçotda olan 1 milyon 291 min 565 vergiödəyicisinin 87,8 faizi fiziki şəxs, 12,2 faizi hüquqi şəxs və digər təşkilatlar olub.

 

Dövlət Vergi Xidmətindən Modern.az-a verilən məlumata görə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 9,8 faiz artıb ki, bu artımın 91 faizi fiziki şəxslərin, 9 faizi hüquqi şəxslərin hesabınadır.

 

Hüquqi şəxs kimi uçotda olan vergiödəyicilərinin sayının artması əsasən (98,6 faiz) kommersiya qurumları hesabına baş verib.

 

Kommersiya hüquqi şəxslərin 88,4 faizi MMC, 1,5 faizi səhmdar cəmiyyət, 1,3 faizi kooperativ və sair formalarda yaradılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!