Modern.az

Baş nazirdən yaşı 65-dən yuxarı olan müəllimlərlə bağlı QƏRAR

Baş nazirdən yaşı 65-dən yuxarı olan müəllimlərlə bağlı QƏRAR

Təhsil

22 Sentyabr 2021, 11:12

Təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən yuxarı olan təhsil verənlər də cəlb olunacaq.

 

Modern.az-ın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda əksini tapıb.

 

Qərara əsasən, texniki heyət üzrə yaşı 65-dən yuxarı olan işçilər də işə cəlb olunacaq.

 

Bundan əvvəl təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsil verənlər cəlb olunmalı idi.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi