Arxiv
22 Sentyabr 2021, 11:42 | ÖLKƏ
“Səlimlə bağlı hər şey qaydasındadır” - Sabiq nazirin atası

“Səlimlə bağlı hər şey yaxşıdır, İnşallah daha da yaxşı olacaq. Allah çətində olan hər kəsə kömək olsun”.

Bunu Modern.az-a açıqlamasında hazırda həbsdə olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun atası Yanvar Müslümov bildirib.

 

Oğlu ilə bağlı əksər sualları cavablandırmaqdan yayınan Y.Səlimov ona görə narahat olan hər kəsə təşəkkür edib:

 

“Özüm bir müddət əvvəl xəstə idim, xəstəxanada yatdım. Əməliyyat olunmalı idim. Amma həkimlər bir qədər gözləməli olduğumu dedilər. İndi evdəyəm, özümü yaxşı hiss edirəm”.

 

“Oğlunuz Səlim Müslümovla nə vaxt görüşmüsünüz, səhhəti necədir” sualına cavab olaraq, Y.Müslümov hər şeyin qaydasında olduğunu, sabiq nazirin səhhətində hər hansı ciddi narahatlığın yaranmadığını deyib.

 

S.Müslümov 1995-ci ildən bəri yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib. 2018-ci ilin sentyarında Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müdir vəzifəsinə təyin olunub.


DTX S.Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddəti araşdırıb.

Toplanılan materiallar əsasında onun barəsində cinayət işi başlanıb.

Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 14 sentyabr 2021-ci ildə onun həbs müddəti daha 3 aylıq uzadılıb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədən yeni əl qumbaraatanı 17 Oktyabr 2021, 13:51 Ukraynalı deputat Gəncə dəhşətindən danışdı 17 Oktyabr 2021, 13:46 İrəvanda ATIŞMA 17 Oktyabr 2021, 13:36 Ata oğlunu sağaltmaq üçün DƏRMAN yaratdı 17 Oktyabr 2021, 13:30 Vəkilin avtomobili YANDI 17 Oktyabr 2021, 13:23 18 Oktyabr marafonunun QALİBLƏRİ 17 Oktyabr 2021, 13:13 Şimal qonşumuzda COVID-19 REKORDU 17 Oktyabr 2021, 13:10 Ermənilərin təşvişdə olduğu Arazdəyən kəndi - FOTOLAR 17 Oktyabr 2021, 13:08 Rusiyada uşaqların ölkədən çıxarılması qaydası SƏRTLƏŞDİRİLDİ 17 Oktyabr 2021, 12:59 Ukraynalı deputatlar Gəncədə - FOTO 17 Oktyabr 2021, 12:49 Sabahın havası: yağış, qar... 17 Oktyabr 2021, 12:43 Bakının bəzi ərazilərində içməli su kəsiləcək    17 Oktyabr 2021, 12:39 Çində gəmi BATDI 17 Oktyabr 2021, 12:29 Deputat şəhidin ailəsini ziyarət etdi 17 Oktyabr 2021, 12:18 Gürcüstanda koronavirusa yoluxanların sayı artdı 17 Oktyabr 2021, 12:15 Müdafiə Nazirliyindən azad edilən ərazilərlə bağlı yeni VİDEO  17 Oktyabr 2021, 11:58 Şadlıq sarayının sahibi cərimələndi 17 Oktyabr 2021, 11:51 "Ermənilərin ...əsas qalası darmadağın edildi" - Hikmət Hacıyev 17 Oktyabr 2021, 11:45 Ermənistanda virusa yoluxanların yeni sayı 17 Oktyabr 2021, 11:39 Dünya şöhrətli incəsənət xadimi Azərbaycan xalqına təbrik ünvanladı 17 Oktyabr 2021, 11:30 Tiflisdə 18 Oktyabr marafonu: bizim üçün qaçacaqlar 17 Oktyabr 2021, 11:25 Yaralı yoldaşını döyüş meydanından çıxararkən şəhidliyə ucalan snayper 17 Oktyabr 2021, 11:15 Mahir Əmrəli məhşur Avropa klublarının hədəfində  17 Oktyabr 2021, 11:08 Zaqatalada minik avtomobili yandı 17 Oktyabr 2021, 10:59 Saakaşvili: "Polislər yaxınlaşmağa cürət eləmirdilər" 17 Oktyabr 2021, 10:51 Tanınmış azərbaycanlı karikaturaçıdan nazirə etiraz - Türkiyəni təmsil etməyə qərar verdi 17 Oktyabr 2021, 10:45 Müstəqilliyimizi ilk dəfə olaraq ərazi bütövlüyü şəraitində qeyd edirik 17 Oktyabr 2021, 10:45 Rusiyada ilk: atalar günü qeyd edilir 17 Oktyabr 2021, 10:39 Gürcüstandakı soydaşlarımızdan 18 oktyabr təbriki - FOTO 17 Oktyabr 2021, 10:29 17 oktyabrın SAVAŞ XRONİKASI: Füzuli alındı, Gəncə vuruldu 17 Oktyabr 2021, 10:24 Gürcüstanda seçkilərin ikinci turu: vaxt açıqlandı 17 Oktyabr 2021, 10:14 Şəhid anaları və xanımları üçün aksiya keçirilib 17 Oktyabr 2021, 10:10 Türkiyədə kurs keçən hərbçilərimizdən daha bir uğur 17 Oktyabr 2021, 10:09 Britaniyalı deputatın qatilinın adı açıqlandı  17 Oktyabr 2021, 10:05 Rusiyada qatar arabada olan körpəni vurub öldürdü 17 Oktyabr 2021, 09:59