Arxiv
22 Sentyabr 2021, 16:58 |
Almaniya Azərbaycana 300 min tibbi maska göndərdi

Sentyabrın 22-də Almaniya Federativ Respublikası tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinə ianə edilən 300 min tibbi maska Dövlət Gömrük Komitəsinə təhvil verilib.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyindən Modern.az-a verilən məlumata görə, bu yardım Almaniya hökumətinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə koronavirus (COVID-19) pandemiyasının təsirinə məruz qalmış ölkələr üçün ayırdığı 121 milyon maska tədarükünün tərkib hissəsidir. Sözügedən tibbi ləvazimatdan 926 min ədəd tibbi maska Azərbaycana göndərilib.

 

Təhvil-təslim mərasimində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı qeyd edib ki, pandemiya başlayandan COVID-19-a qarşı mübarizədə iştirak edən səhiyyə işçiləri və humanitar təşkilatların, eləcə də hökumət tərəfdaşları və maraqlı tərəflərin təhlükəsizliyinin təmin edilməsi ÜST üçün əsas prioritetə çevrilib. Öz növbəsində, Almaniya hökumətinin yardımı hazırkı şəraitdə ictimai səhiyyə və sosial tədbirləri genişləndirməyə kömək edəcək, səhiyyədə fövqəladə hallara hazırlığın artırılmasında rol oynayacaq.

 

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev göstərilən yardıma görə Almaniya hökuməti və Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyinə təşəkkürünü bildirib, pandemiya başlayandan bəri Azərbaycan Respublikasının Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasda olduğunu vurğulayıb. 

 

Komitə sədri qeyd edib ki, pandemiyanın ilk mərhələsində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün operativ tədbirlər görülüb. Pandemiyanın ilk günlərindən ölkənin bütün gömrük-sərhəd buraxılış məntəqələri gücləndirilmiş iş rejiminə keçirilib, hazırda da sanitar-profilaktik və dezinfeksiya tədbirləri xüsusi rejimdə davam etdirilir. Səfər Mehdiyev Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Hospitalının koronavirusla mübarizədə öz işini tamamilə yenidən quraraq hələ ötən ilin iyunundan yalnız koronaviruslu xəstələri qəbul etməyə başladığını diqqətə çatdırıb. Hazırda pandemiya xəstəxanası kimi fəaliyyət göstərən Mərkəzi Gömrük Hospitalında koronavirusun müalicəsi üçün hərtərəfli şərait yaradıldığı və peşəkar tibbi personalın xidmət göstərdiyi bildirilib.

 

Almaniyanın Azərbaycandakı səfiri Dr. Volfqanq Maniq COVID-19 ilə mübarizədə çoxtərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Almaniya peyvəndlərə, diaqnostikaya və maska kimi tibbi vasitələrə ədalətli, şəffaf və əlverişli şəkildə əlçatanlığı təmin etmək öhdəliyinə sadiqdir. Almaniya bəzi dövlətlərin ikitərəfli vədlərindən fərqli olaraq, bu öhdəliyi siyasi şərtlərlə əlaqələndirmir. Almaniya Federal Hökuməti uzunmüddətli perspektivdə regional sağlamlığı təmin etmək arzusundadır. Qazanılan təcrübəni gələcəkdə istifadə etmək məqsədilə ÜST-nin güclənməsi üçün çağırış edir, deyə o qeyd edib. Almaniya hökuməti dünyada 100 milyon peyvənd dozasının paylanması daxil olmaqla, 2.2 milyard avro dəyərində töhfə verərək pandemiya ilə mübarizə üzrə qlobal səyləri dəstəkləyir.

 

Mərasimdə məlumat verildi ki, tibbi maskalar səhiyyə işçiləri və pandemiya dövründə mübarizənin ön cəbhəsində əhali ilə birbaşa təmasda olan şəxslərin istifadəsi üçün qeyri-hökumət təşkilatları da daxil olmaqla, yerli tərəfdaşlar arasında paylanacaq.

 

ÜST Dövlət Gömrük Komitəsinə 300 min tibbi maska təhvil verib (FOTO) - Gallery Image ÜST Dövlət Gömrük Komitəsinə 300 min tibbi maska təhvil verib (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan hərbçilərinin yaralanmasını TƏSDİQLƏDİ 28 Oktyabr 2021, 17:48 Bu gün peyvənd olunanlar 28 Oktyabr 2021, 17:42 Yoluxma kəskin artdı 28 Oktyabr 2021, 17:36 "Azəriqaz" Siyəzəndə sahibkarları dinləyib 28 Oktyabr 2021, 17:25 “Azərbaycanın tarixi zəfəri” - Videokonfrans 28 Oktyabr 2021, 17:20 Amerikalı dindarlar Ağdam və Şuşada 28 Oktyabr 2021, 17:16 Universitetin 10 qrupunda əyani dərslər DAYANDIRILDI 28 Oktyabr 2021, 17:10 Texniki baxış mərkəzlərində YENİLİK 28 Oktyabr 2021, 17:05 Komitədən İraqdan gətirilən uşaqlarla bağlı MƏLUMAT 28 Oktyabr 2021, 17:00 Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR 28 Oktyabr 2021, 16:56 Boksçumuz 1/8 finalda 28 Oktyabr 2021, 16:52 İki məhkəmə sədri Şuraya üzv seçildi 28 Oktyabr 2021, 16:47 Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ 28 Oktyabr 2021, 16:41 Hava yenidən pisləşəcək - Yağış, leysan, qar gəlir 28 Oktyabr 2021, 16:35 "Barselona" müvəqqəti məşqçi təyin etdi 28 Oktyabr 2021, 16:30 Türkiyə ilə Çin arasında söz savaşı YAŞANDI 28 Oktyabr 2021, 16:24 Mənzildə kişi meyiti tapıldı 28 Oktyabr 2021, 16:20 Sənaya təcavüzdə təqsirləndirilən şəxsin şikayəti rədd edildi 28 Oktyabr 2021, 16:15 Bu lisey koronavirusa görə BAĞLANDI 28 Oktyabr 2021, 16:09 Ötən ay pensiya ALANLAR 28 Oktyabr 2021, 16:04 Qazilərin “polis bizi döydü” ittihamına DİN-dən REAKSİYA 28 Oktyabr 2021, 16:00 UNEC-də beynəlxalq konfrans 28 Oktyabr 2021, 15:58 Deputatlarımız yenidən MDB PA-da vəzifəyə seçildilər 28 Oktyabr 2021, 15:52 Türkiyə Suriyada 2 hərbi əməliyyat HAZIRLAYIR 28 Oktyabr 2021, 15:46 Şəhidin adına profil açıb pul qazananlar TUTULDU 28 Oktyabr 2021, 15:41 Bu tarix birlikdə yazılır! 28 Oktyabr 2021, 15:35 “Nar”dan qazi müəllimlərlə bağlı KİTAB 28 Oktyabr 2021, 15:30 AccessBank-dan qadın sahibkarlara dəstək 28 Oktyabr 2021, 15:26 Bu şəxslər 4-cü doza vaksin vurdura bilər - RƏSMİ 28 Oktyabr 2021, 15:22 Nə kişi, nə də qadın olmayan şəxsə pasport verildi - FOTO 28 Oktyabr 2021, 15:18 Hafiz Hacıyev SAĞALIR 28 Oktyabr 2021, 15:14 Şəhid və qazi ailələrinin su təchizatı yaxşılaşdırıldı 28 Oktyabr 2021, 15:10 1920-ci illərin xəritəsi: Bakı və İrəvan masaya hansı atlasla oturur? 28 Oktyabr 2021, 15:04 “Azərbaycan-NATO əməkdaşlığında Rumıniya mühüm rol oynayır” 28 Oktyabr 2021, 15:00 Yarmarkada ən çox cökə balı SATILIR 28 Oktyabr 2021, 14:55