Modern.az

“Azərbaycana qarşı Ermənistana kömək edirik...” – Jirinovskidən ETİRAZ

“Azərbaycana qarşı Ermənistana kömək edirik...” – Jirinovskidən ETİRAZ

22 Sentyabr 2021, 18:00

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Ermənistana edilən hərbi və iqtisadi yardıma qarşı çıxıb.

 

Modern.az xəbər verir ki, Dövlət Dumasına son seçkilərdə partiyası 3-cü yer tutan Jirinovski xarici ölkələrə təmənnasız yardım göndərilməsinin əleyhinə olduğunu deyib.

 

“İndi Azərbaycana qarşı Ermənistana yardım edirik. Əfqanıstanda aclara yardım üçün artıq təyyarələr hazırlanıb. Liberal Demokratlar Partiyası buna qarşıdır! Və daim buna qarşı çıxacağıq: heç bir ölkəyə bircə qram ərzaq yardımı edilməsin! Heç bir ölkəyə bircə qəpik pul verilməsin! Bircə əsgərimizi də başqa ölkəyə göndərməyək! Öz vətəndaşımıza yardım etməliyik, bax bu düzgün addım olar”, - deyə Jirinovski söyləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi