Arxiv
23 Sentyabr 2021, 12:06 | AKTUAL
Azərbaycanın İrandakı səfiri təşəkkür etdi

Sentyabrın 22-də Azərbaycan Respublikasının İrandakı səfiri, eyni zamanda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi Əli Əlizadə təşkilatın baş katibi Xusrav Noziri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, səfir Azərbaycanın İƏT-lə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini qeyd edərək ölkəmizin təşəbbüsü ilə təşkilat çərçivəsində həyata keçirilən bir sıra mühüm layihələrin bunu bir daha təsdiq etdiyini bildirib. İƏT çərçivəsində ticarət, investisiya, nəqliyyat, enerji, turizm və ətraf mühit sahələri üzrə əməkdaşlığın önəmini vurğulayan səfir Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin, istifadəyə verilmiş liman və azad iqtisadi zonaların, ölkəmizin təşəbbüsü ilə Bakıda fəaliyyət göstərəcək İƏT Tədqiqat Mərkəzinin və digər bu kimi layihələrin regional əməkdaşlığa öz tövhəsini verdiyini qeyd edib.

 

Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi zamanı İƏT-in ölkəmizin ərazi bötüvlüyünə göstərdiyi dəstəyə görə təşəkkür edən və bu dəstəyi yüksək qiymətləndirən səfir, 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarımızın erməni işğaldan azad olunması ilə regionda yeni reallıqların və əməkdaşlıq üçün yeni imkanların yarandığını bildirib. Diplomat təşkilata üzv olan ölkələrin şirkətlinin və biznes dairələrinin bu ərazilərdə də sərmayə qoyuluşu həyata keçirərək təklif edilən imkanlardan yararlana biləcəyini diqqətə çatdırıb. Səfir Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi kimi xidməti müddətində təşkilat çərşivəsində qarşılıqlı səmərəli əməkdaşlığın daha da artırılmasına və müştərək layihələrin həyata keçirilməsinə öz tövhəsini verməyə çalışacağını bildirib.

 

Xusrav Noziri səfir Ə.Əlizadəni Azərbaycan Respublikasının İran İslam Respublikasına səfiri, eyni zamanda İƏT yanında daimi nümayəndə təyin olunması münasibətilə təbrik edib. Baş katib Azərbaycanın İƏT-in vacib ölkələrindən biri olduğunu, təşkilat çərçivəsində əməkdaşlığa göstərdiyi diqqət və aktiv fəaliyyətə görə təşəkkürünü bildirib.  Qarşıdan gələn İƏT-in 15-ci Zirvə toplantısı və 25-ci Nazirlər Şurasının iclasının təşkili istiqamətində gərgin işlərin getdiyini vurğulayan X.Noziri bu tədbirlərin üzv ölkələrin birgə səyləri nəticəsində uğurla başa çatacağına ümidvar olduğunu bildirib və səfir Əli Əlizadəyə fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. 

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistanda yoluxma pik həddə... 5 Dekabr 2021, 12:34 Millimiz beşinci oldu 5 Dekabr 2021, 12:25 İndoneziyada ölənlərin sayı artdı 5 Dekabr 2021, 12:11 Sabahın havası: külək, duman... 5 Dekabr 2021, 12:06 Parlamentin dinamikası: xalqın içindəkilər... 5 Dekabr 2021, 11:59 Fransada koronavirus mənzərəsi 5 Dekabr 2021, 11:48 Lənkəranda qəza 5 Dekabr 2021, 11:45 Şaxta qəzasında son durum 5 Dekabr 2021, 11:30 Mançesterdə Azərbaycan icması ilə görüş - FOTO 5 Dekabr 2021, 11:21 Gürcüstanda yoluxma statistikası 5 Dekabr 2021, 11:12 "Neftçi" "Sumqayıt"a qarşı 5 Dekabr 2021, 11:10 3 səfirin Qarabağa gecikmiş səfərinin PƏRDƏARXASI 5 Dekabr 2021, 11:00 Fin nazir virusa yoluxdu 5 Dekabr 2021, 10:51 İranda PUA qəzası 5 Dekabr 2021, 10:46 Ən yaxşı təqlid edən robot - Video 5 Dekabr 2021, 10:40 Müdafiə Nazirliyinin həftəlik hesabatı - VİDEO 5 Dekabr 2021, 10:30 Makrona qadın "başağrısı": Fransada ilk ola bilər... 5 Dekabr 2021, 10:27 Bakı metrosunda həyəcanlı anlar - Sərnişin qatar yoluna düşdü 5 Dekabr 2021, 10:18 Gəncədə ev yandı 5 Dekabr 2021, 10:17 İtaliyada koronavirus 5 Dekabr 2021, 10:08 Dinozavr sürüsünün qalıqları aşkarlandı 5 Dekabr 2021, 10:00 Blinken və Lavrovdan Ukrayna MÜZAKİRƏSİ 5 Dekabr 2021, 09:51 Koronavirus xəstəsi saxlanıldı 5 Dekabr 2021, 09:44 5 Dekabr - Könüllülər Günüdür 5 Dekabr 2021, 09:37 Özbəkistan beynəlxalq uçuşları dayandırdı 5 Dekabr 2021, 09:27 İndoneziya silkələndi 5 Dekabr 2021, 09:16 Saakaşvilidən azərbaycanlılara MƏKTUB 5 Dekabr 2021, 09:09 Dünyada koronavirus mənzərəsi 5 Dekabr 2021, 09:00 İraqda 5 terrorçu zərərsizləşdirildi 5 Dekabr 2021, 00:44 Hansı Avropa ölkələrində daha çox siqaret çəkilir? 5 Dekabr 2021, 00:28 Bakı və İrəvan arasındakı “barter"də kim qazandı... - TƏHLİL 5 Dekabr 2021, 00:12 Qarabağda daha bir erməni hərbçinin qalıqları TAPILDI 4 Dekabr 2021, 23:50 Dünyanın turizm paytaxtı bu şəhər olacaq 4 Dekabr 2021, 23:31 Zərərsizləşdirilən erməni təxribatçının cəsədi təhvil VERİLDİ 4 Dekabr 2021, 23:15 İranın nüvə obyekti yaxınlığında PARTLAYIŞ 4 Dekabr 2021, 22:59
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?