Arxiv
23 Sentyabr 2021, 17:28 | AKTUAL
Deputatlar Baş Prokurorluqda olub

Sentyabrın 23-də Azərbaycan Prokurorluğunun yaradılmasının 103-cü ildönümü, habelə 1 oktyabr “Prokurorluq işçilərinin peşə bayramı günü” münasibətilə prokurorluq əməkdaşlarını təbrik məqsədilə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri paytaxtın Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsində yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni inzibati bina kompleksində olublar.

 

Bu barədə Modern.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

 

Tədbir çərçivəsində qonaqlar inzibati bina kompleksində prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, tədris auditoriyaları və iclas zalları, kitabxana, kriminalistika və istintaq otaqları ilə tanış olmuşlar.

 

Daha sonra Baş prokurorun müavini Elmar Camalovun rəhbərlik etdiyi heyətlə qonaqlar arasında qarşılıqlı ikitərəfli görüş keçirilmişdir.

 

Görüş zamanı qonaqlara Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəal hüquq mühafizə siyasəti və yüksək dövlət qayğısı nəticəsində prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirildiyi, infrastrukturunun yaxşılaşdırıldığı vurğulanmış, prokurorluq orqanlarında həyata keçirilən müasir məzmunlu islahatlar, əməkdaşların peşə hazırlığının təkmilləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verilmişdir.

 

Mərasim zamanı çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə görülən işlərdən məmnunluğunu bildirmiş, 1 oktyabr “Prokurorluq işçilərinin peşə bayramı günü” münasibətilə bütün prokurorluq əməkdaşlarına uğurlar arzu etmişdir.

 

Daha sonra görüşdə qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədən yeni əl qumbaraatanı 17 Oktyabr 2021, 13:51 Ukraynalı deputat Gəncə dəhşətindən danışdı 17 Oktyabr 2021, 13:46 İrəvanda ATIŞMA 17 Oktyabr 2021, 13:36 Ata oğlunu sağaltmaq üçün DƏRMAN yaratdı 17 Oktyabr 2021, 13:30 Vəkilin avtomobili YANDI 17 Oktyabr 2021, 13:23 18 Oktyabr marafonunun QALİBLƏRİ 17 Oktyabr 2021, 13:13 Şimal qonşumuzda COVID-19 REKORDU 17 Oktyabr 2021, 13:10 Ermənilərin təşvişdə olduğu Arazdəyən kəndi - FOTOLAR 17 Oktyabr 2021, 13:08 Rusiyada uşaqların ölkədən çıxarılması qaydası SƏRTLƏŞDİRİLDİ 17 Oktyabr 2021, 12:59 Ukraynalı deputatlar Gəncədə - FOTO 17 Oktyabr 2021, 12:49 Sabahın havası: yağış, qar... 17 Oktyabr 2021, 12:43 Bakının bəzi ərazilərində içməli su kəsiləcək    17 Oktyabr 2021, 12:39 Çində gəmi BATDI 17 Oktyabr 2021, 12:29 Deputat şəhidin ailəsini ziyarət etdi 17 Oktyabr 2021, 12:18 Gürcüstanda koronavirus STATİSTİKASI 17 Oktyabr 2021, 12:15 Müdafiə Nazirliyindən azad edilən ərazilərlə bağlı yeni VİDEO  17 Oktyabr 2021, 11:58 Şadlıq sarayının sahibi cərimələndi 17 Oktyabr 2021, 11:51 "Ermənilərin ...əsas qalası darmadağın edildi" - Hikmət Hacıyev 17 Oktyabr 2021, 11:45 Ermənistanda virusa yoluxanların yeni sayı 17 Oktyabr 2021, 11:39 Dünya şöhrətli incəsənət xadimi Azərbaycan xalqına təbrik ünvanladı 17 Oktyabr 2021, 11:30 Tiflisdə 18 Oktyabr marafonu: bizim üçün qaçacaqlar 17 Oktyabr 2021, 11:25 Yaralı yoldaşını döyüş meydanından çıxararkən şəhidliyə ucalan snayper 17 Oktyabr 2021, 11:15 Mahir Əmrəli məhşur Avropa klublarının hədəfində  17 Oktyabr 2021, 11:08 Zaqatalada minik avtomobili yandı 17 Oktyabr 2021, 10:59 Saakaşvili: "Polislər yaxınlaşmağa cürət eləmirdilər" 17 Oktyabr 2021, 10:51 Tanınmış azərbaycanlı karikaturaçıdan nazirə etiraz - Türkiyəni təmsil etməyə qərar verdi 17 Oktyabr 2021, 10:45 Müstəqilliyimizi ilk dəfə olaraq ərazi bütövlüyü şəraitində qeyd edirik 17 Oktyabr 2021, 10:45 Rusiyada ilk: atalar günü qeyd edilir 17 Oktyabr 2021, 10:39 Gürcüstandakı soydaşlarımızdan 18 oktyabr təbriki - FOTO 17 Oktyabr 2021, 10:29 17 oktyabrın SAVAŞ XRONİKASI: Füzuli alındı, Gəncə vuruldu 17 Oktyabr 2021, 10:24 Gürcüstanda seçkilərin ikinci turu: vaxt açıqlandı 17 Oktyabr 2021, 10:14 Şəhid anaları və xanımları üçün aksiya keçirilib 17 Oktyabr 2021, 10:10 Türkiyədə kurs keçən hərbçilərimizdən daha bir uğur 17 Oktyabr 2021, 10:09 Britaniyalı deputatın qatilinın adı açıqlandı  17 Oktyabr 2021, 10:05 Rusiyada qatar arabada olan körpəni vurub öldürdü 17 Oktyabr 2021, 09:59