26 Oktyabr 2021, Çərşənbə axşamı
Arxiv
24 Sentyabr 2021, 10:40 | AKTUAL
Ceyhun Bayramov nazirlərin illik toplantısında çıxış etdi 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupunun ((Landlocked Developing Countries (LLDCs)) 20-ci illik nazirlər toplantısında iştirak edib.



Modern.az xəbər verir ki, iclasın açılışında BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahid və BMT Baş katibinin müavini, ən az inkişaf etmiş ölkələr, Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan kiçik ada ölkələri üzrə Ali Nümayəndəsi Kourteni Ratrey çıxış ediblər. İclasda sözügedən qrupun üzv ölkələrinin xarici işlər nazirləri və digər səlahiyyətli nümayəndələri, habelə beynəlxalq təşkilatların təmsilçiləri olmaqla ümumilikdə 36 rəsmi şəxs iştirak edib. İclasın nəticəsi olaraq Nazirlər Bəyannaməsi qəbul edilib.



Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tileuberdinin sədrliyi ilə keçirilmiş tədbirdə nazir Ceyhun Bayramov nitqlə çıxış edib. Ceyhun Bayramov çıxışında səmərəli və dayanıqlı tranzit marşrutlarının inkişafının nəqliyyat dəhlizlərinin keçdiyi ölkələr arasında sıx əməkdaşlıq tələb etdiyini vurğulayaraq ölkəmizin sözügedən qrup çərçivəsində əməkdaşlığın təşviqində maraqlı olduğunu diqqətə çatdırıb. Bu xüsusda, ölkəmizin təşəbbüskarı olduğu və təşviq etdiyi irimiqyaslı nəqliyyat infrastrukturu layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və Bakı beynəlxalq dəniz ticarət limanının, habelə Xəzər ticarət donanmasının imkanları barədə iştirakçılara məlumat verən nazir ölkəmizin beynəlxalq logistika və tranzit qovşağına çevrilməsi üçün zəruri infrastrukturun yaradılmasında davamlı səylər göstərdiyini bəyan edib.



Nazir çıxışında keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllinin regional əməkdaşlıq və inkişaf, o cümlədən bölgədə kommunikasiya xətlərinin açılması üçün yeni perspektivlər yaratdığına toxunub. Bu xüsusda, azad olunmuş ərazilərimizdə təşəkkül tapan yeni nəqliyyat qovşağının Trans-Avrasiya nəqliyyat layihələri kontekstində bütün Cənubi Qafqazın rolunu gücləndirəcəyini, Azərbaycan və Türkiyə arasında yeni quru nəqliyyatı marşrutu olan Zəngəzur dəhlizinin mövcud ticarət və nəqliyyat bağlantılarına əlavə olunacağını diqqətə çatdırıb.



Qeyd edək ki, LLDC qrupu açıq dənizə birbaşa çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin səmərəli tranzit əməkdaşlığını təşviq etmək, bununla da onların dünya iqtisadiyyatına inteqrasiyasına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına töhfə vermək məqsədilə yaradılıb.



LLDC qrupu əsasən Asiya və Afrika qitələrini, qismən də Avropa və Cənubi Amerikanı təmsil edən müxtəlif inkişaf səviyyəsinə malik 32 ölkəni birləşdirir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan Prezidenti Səudiyəyə səfər etdi 27 Oktyabr 2021, 00:30 Ermənistanın Qarayusifli kəndində törətdiyi terrordan 1 İL KEÇİR   27 Oktyabr 2021, 00:11 Boksçumuz çempionatda erməni ilə üz-üzə gələcək 26 Oktyabr 2021, 23:49 Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM 26 Oktyabr 2021, 23:21 Makron Çin lideri ilə Əfqanıstanı müzakirə etdi 26 Oktyabr 2021, 23:02 Ərdoğanın Azərbaycana rəsmi səfəri BAŞA ÇATDI 26 Oktyabr 2021, 22:36 4 Türk dövləti tələbələri bir arada - VİDEO 26 Oktyabr 2021, 22:25 İlham Əliyev və Ərdoğan Zəngilanda birgə mətbuat konfransı keçirib - YENİLƏNİB 26 Oktyabr 2021, 22:19 Azərbaycan bu gün öz şanlı tarixinin çox əlamətdar dövrünü yaşayır 26 Oktyabr 2021, 22:01 Türkiyənin İraq və Suriyaya qoşun göndərmə müddəti UZADILDI 26 Oktyabr 2021, 21:57 İsmixan Rəhimov kimdir və ya “İstiqlal” ordeni ilk olaraq kimə verilməliydi? 26 Oktyabr 2021, 21:43 Ərdoğandan Ermənistanla münasibətlərin normallaşması üçün ŞƏRTLƏR 26 Oktyabr 2021, 21:39 Bu rayonda qazın verilişində fasilə yaranacaq 26 Oktyabr 2021, 21:36 İlham Əliyev və Ərdoğan Zəngilanda “Dost Aqropark”ın təməlini qoydular - YENİLƏNİB 26 Oktyabr 2021, 21:27 Mehriban Əliyevadan Ərdoğanın səfəri ilə bağlı PAYLAŞIM 26 Oktyabr 2021, 21:21 “Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik” - Ərdoğan 26 Oktyabr 2021, 20:56 “Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək” 26 Oktyabr 2021, 20:36 Ərdoğan: “Azərbaycana hər cür dəstəyi verməyə davam edəcəyik" 26 Oktyabr 2021, 20:23 “Füzuli Beynəlxalq Hava Limanı bizim birgə uğurumuzdur” - İlham Əliyev 26 Oktyabr 2021, 20:16 "Şərq" 25 yaşını qeyd etməyə hazırlaşır - FOTOLAR 26 Oktyabr 2021, 20:13 Prezident: “Şuşa Bəyannaməsi əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırdı” 26 Oktyabr 2021, 20:07 Türkiyə Azərbaycanda mövqelərini möhkəmləndirir - ŞƏRH 26 Oktyabr 2021, 20:07 Türkdilli dövlətlərin təhsil nazirləri görüşəcək 26 Oktyabr 2021, 19:51 Toplanışa çağırılan hərbçilər hərbi hissədə - VİDEO 26 Oktyabr 2021, 19:46 Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi TARİX 26 Oktyabr 2021, 19:42 Dövlət başçıları “Ağıllı kənd” layihəsində görülən işlərlə tanış olublar - YENİLƏNİB 26 Oktyabr 2021, 19:37 Ərdoğan Zəngəzur dəhlizi barədə: "Daha irəli gedəcəksiniz" 26 Oktyabr 2021, 19:27 XİN-dən Avstriyaya TƏBRİK 26 Oktyabr 2021, 19:15 Azərbaycan və Türkiyə liderləri arasında görüş - FOTO 26 Oktyabr 2021, 19:13 Prezidentlər Zəngəzur dəhlizinin təməlini qoydular - YENİLƏNİB 26 Oktyabr 2021, 19:11 Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb 26 Oktyabr 2021, 18:57 Ərdoğandan İlham Əliyevə özəl hədiyyə - FOTO 26 Oktyabr 2021, 18:44 Metroda sərnişin sıxlığına qarşı nəzarət qrupları yaradıldı 26 Oktyabr 2021, 18:37 ADA-da müsabiqə YEKUNLAŞDI 26 Oktyabr 2021, 18:30 Bayden Makronla görüşəcək 26 Oktyabr 2021, 18:22