Arxiv
24 Sentyabr 2021, 13:37 | AKTUAL
“Atamın məzarını ziyarət edəndə ona əsgəri salam verdim” - İlham Əliyev

“Artıq noyabrın 7-də biz əmin idik ki, Şuşa azad ediləcək. Hələ bəzi yerlərdə hərbi əməliyyatlar gedirdi, lakin artıq noyabrın 8-nə keçən gecə biz elan etdik ki, Şuşa azad olunub və səhər mən bu müraciəti etdim. Çünki hər şey hələ çox təzə idi və hisslər qamması aşıb-daşırdı”.

 

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində deyib.

 

İlham Əliyev İqor Korotçenkonun “Hamının yadındadır ki, bu Qələbə qazanılandan sonra, - bu kadrlar hamının yadındadır, - Siz və birinci xanım atanız Heydər Əliyevin məzarını ziyarət etdiniz. Onu Rusiyada, o cümlədən həm Sovet İttifaqının görkəmli dövlət xadimi kimi, həm də Azərbaycanı faktiki olaraq dünyanın siyasi xəritəsindən silinməkdən xilas etmiş insan kimi xatırlayırlar. Əslində, o, hakimiyyətə gələndən sonra Azərbaycan irəliyə doğru hərəkət etmək üçün güclü pozitiv dinamika aldı. Bu kadrlar yadımızdadır - Siz, birinci xanım, Sizin gözləriniz, Sizin çöhrəniz. Həmin anda Siz nə haqda düşünürdünüz, nəyi xatırlayırdınız, hansı hissləri keçirirdiniz?” sualına belə cavab verib:

 

“Əlbəttə, Şəhidlər xiyabanını, atamın məzarını ziyarət edəndə, ilk növbədə, qürur duyurdum, - mən ona əsgəri salam verdim və tarixi missiyamı yerinə yetirməyim, onun vəsiyyətinə əməl etməyim barədə məruzə etdim, qürur hissi keçirirdim, həm də təəssüflənirdim ki, atam bunu görmədi. Lakin məndə bir daxili əminlik vardı ki, yəqin onun ruhu bizimlədir və qəlbən sevinir.

 

Lakin o vaxt hələ tam qələbə yox idi. Mən fikirləşirdim ki, biz hələ çox iş görməliyik, çünki o vaxt güman edə bilməzdim ki, ertəsi gün müharibə qurtaracaq. O vaxt biz erməni tərəfdən siqnal almamışdıq, əksinə, onlar Şuşanı artıq azad etmiş hərbi qarnizonumuzu bombalamaq üçün bəzi silahlardan istifadə edirdilər. Bu, ayın 8-i səhər idi. Buna görə mən həm də düşünürdüm ki, biz hələ vuruşmalı olacağıq, fikirləşirdim ki, sevinmək vaxtı deyil, indi qalan əraziləri də azad etmək üçün əlimizdən gələni etməliyik. Mən bu barədə düşünürdüm və ayın 8-də axşam biz Silahlı Qüvvələrin noyabrın 9-da nə edəcəyini planlaşdırmışdıq. Noyabrın 9-da biz daha bir neçə çox uğurlu əməliyyat keçirdik. Əslində, Şuşanın azad edilməsi Ermənistan ordusunun, necə deyərlər, belini qırdı, o mənəviyyatca tamamilə sarsılmışdı. Aydın idi ki, biz Şuşanı götürəndən sonra Laçın dəhlizində olduğumuz şəraitdə işğal altında qalan digər ərazilərin taleyi, əslində, həll edilib, bu, sadəcə, zaman tələb edir və necə deyərlər, insanların həyatı nahaq yerə yarımçıq qalır. Lakin görünür Ermənistan tərəfi bunu başa düşmüşdü və gec də olsa belə qərar qəbul etdi. Mən atamın məzarını ziyarət edəndə bu cür hisslər keçirirdim – həm onun, həm tarixin, həm də xalqın qarşısında yerinə yetirilmiş borc hissi”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Portuqaliyada böhran həll edilmir -  Növbədənkənar seçki ehtimalı 25 Oktyabr 2021, 19:40 Quterreş Sudandakı çevrilişi pislədi 25 Oktyabr 2021, 19:26 Türkiyəyə çağırış edən ölkələrdən GERİ ADDIM 25 Oktyabr 2021, 19:12 Rasim Quliyevin məhkəməsində sənədlər tədqiq edilib 25 Oktyabr 2021, 19:00 Qoşulmama Hərəkatından Azərbaycanla bağlı PAYLAŞIM 25 Oktyabr 2021, 18:54 Alimlər ekzoplanetin fotosunu çəkdilər - FOTO 25 Oktyabr 2021, 18:48 Namiq Abdullayevin qardaşı vəfat etdi 25 Oktyabr 2021, 18:42 Kərim Vəliyev NATO nümayəndəsi ilə görüşüb 25 Oktyabr 2021, 18:36 Fərid Qayıbov federasiyanın fəaliyyəti ilə tanış olub - VİDEO 25 Oktyabr 2021, 18:30 Dolların məzənnəsi sabit qaldı 25 Oktyabr 2021, 18:24 Qubadlı sakinləri də ata ocaqlarına dönəcəklər 25 Oktyabr 2021, 18:18 Düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edən şəhidimiz anılıb - VİDEO 25 Oktyabr 2021, 18:12 Şəhid ailələri və qazilərə daha 50 mənzil verildi 25 Oktyabr 2021, 18:07 Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rektoru ilə görüşüb - FOTO 25 Oktyabr 2021, 18:05 “Şəxsi maşınların şüşəsinə bayraq vurula bilməz!” - Polisdən XƏBƏRDARLIQ 25 Oktyabr 2021, 18:03 FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə ÇAĞIRIŞ 25 Oktyabr 2021, 18:01 1 ölkə, 2 prezident: Tatarıstan Kremlin istəyini RƏDD ETDİ 25 Oktyabr 2021, 17:59 Eldəniz Səlimovun cinayət işi icraata verildi 25 Oktyabr 2021, 17:55 Milli Məclis 12 məsələyə görə iclas ÇAĞIRDI 25 Oktyabr 2021, 17:50 Səfər Mehdiyev Detlef Şröderlə görüşdü - FOTOLAR 25 Oktyabr 2021, 17:45 Qudası Eldar Həsənovun məhkəməsində ifadə verdi 25 Oktyabr 2021, 17:40 Bakıda dini toy karvanı təşkil edənlərin işi məhkəməyə göndərildi - FOTO 25 Oktyabr 2021, 17:34 ABB-dən sahibkarlar üçün TƏLİM 25 Oktyabr 2021, 17:28 Ceyhun Bayramov səfirlə görüşdü 25 Oktyabr 2021, 17:22 Diasporumuz Finlandiya jurnalında - FOTO 25 Oktyabr 2021, 17:16 “Siz bizi Xudavəngə buraxın, biz də sizi Ağdabana” – Erməni kilsəsindən TƏKLİF 25 Oktyabr 2021, 17:10 Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı 25 Oktyabr 2021, 17:05 Amerikalı dini icma rəhbərləri Şeyxin qəbuluna gəldilər - FOTO 25 Oktyabr 2021, 17:00 AccessBank-la əmanətini sərbəst idarə et! 25 Oktyabr 2021, 16:55 Rövşən Rzayev xarici jurnalistlə görüşdü 25 Oktyabr 2021, 16:50 Azad edilmiş ərazilərdə daha 47 mina AŞKARLANDI 25 Oktyabr 2021, 16:46 Sahibə Qafarova Ana Cumaliyeva ilə görüşüb 25 Oktyabr 2021, 16:40 Son sutkada peyvənd OLUNANLAR 25 Oktyabr 2021, 16:35 Yoluxma AZALDI - 21 nəfər öldü 25 Oktyabr 2021, 16:30 İran Prezidenti Azərbaycan səfirini qəbul etdi 25 Oktyabr 2021, 16:24