Modern.az

Azərbaycan prezidenti Zəngəzur dəhlizi ilə bağlı Ermənistana MESAJ VERDİ

Azərbaycan prezidenti Zəngəzur dəhlizi ilə bağlı Ermənistana MESAJ VERDİ

Qərbi Azərbaycan

27 Sentyabr 2021, 14:26

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” Agentliyinə müsahibə verib.


Modern.az xəbər verir ki, ölkə başçısı türkiyəli jurnalistin Zəngəzur dəhlizinin açılıb-açılmayacağına dair sualını da cabalandırıb:

Ölkə başçısı deyib ki, Zəngəzur dəhlizinin açılması bir tələbdir.

“Çünki bu, 10 noyabr bəyannaməsində də bildirilir. Ermənistan bu öhdəliyi öz üzərinə götürdü. Bu öhdəliyi yerinə yetirməzsə, o zaman hansı normallaşma baş verə bilər...

Ermənistan müharibədən sonrakı dövrü çox dəqiq təhlil etməlidir. İndi vəziyyət tamamilə fərqlidir. Mövcud vəziyyət qüvvələrin nisbətini açıq şəkildə göstərir. İşğal dövründə həm bizim, həm də Ermənistan ordusunun hansı imkanlara malik olduğunu bilirdik. Balansı xeyrimizə dəyişdiyimizi çoxdan bilirdik. İndi bütün dünya görür. Ona görə də indiki vəziyyətdə hesab edirəm ki, Ermənistan Azərbaycanla münasibətlərini normallaşdırmaq üçün daha çox səy göstərməlidir. Çünki bu onlar üçün vacibdir. Biz bunsuz yaşaya bilərik. Necə ki yaşadıq... İndi yaşayırıq və daha yaxşı yaşayacağıq, çünki işğaldakı böyük ərazilərimizi geri qaytardıq. Öz torpağımıza qayıtdıq. Onların vəziyyəti daha da pisləşdi. Ona görə də hər zaman qarşıdurmada olmaq, qonşularla münasibətləri saxta tarixə əsaslanaraq planlaşdırmaq çox yanlış bir addımdır. Hər şeydən əvvəl Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırmağa hazır olmalıdır. Eyni zamanda, Azərbaycanla münasibətləri normallaşdırmalıdır.

Ermənistan Türkiyə və Azərbaycanla sərhədlərini müəyyənləşdirsin. Bu işi bizdən daha çox istəməlidirlər...
İndi Ermənistanda və xaricdəki bəzi siyasətçilər bizi erməni torpaqlarını işğal etməkdə günahlandırırlar. Birincisi, yalandır. İkincisi, Ermənistan bizə hücum edəndə niyə səsini qaldırmadın? Niyə gözlərini yumdun? 30 il ərzində nəinki işğal, bütün tarixi və dini abidələrimiz məhv edildi. Bütün binalar dağılıb. Bunu görmədinmi? Minsk Qrupunun həmsədrləri dəfələrlə orada olublar. Ağdam, Kəlbəcər, Füzuli və Cəbrayılda idilər. Görmədilərmi? 30 illik işğal dövründə yalnız 2 araşdırma missiyası göndərildi və hesabat hazırlandı. Hesabatda ermənilərin törətdikləri bütün cinayətlərdən bəhs edilib. Son missiya təxminən 10 il əvvəl edildi. Missiyaların yenidən göndərilməsi üçün Minsk qrupunun həmsədrlərinə dəfələrlə müraciət etmişik...

Ermənilər Suriya, Livan və digər ölkələrdən gətirilərək Qarabağda məskunlaşdırılıblar. Bu hərbi cinayətdir. Bütün beynəlxalq konvensiyalara görə, bu hərbi cinayətdir.
Bu işğalı 30 ildir görməyən və indi olmayan işğalı görənlər, əlbəttə ki, ya kor, ya da nankor olurlar. Yoxsa o, sadəcə ikiüzlüdürlər. Bu daha dəqiq bir ifadə ola bilər.

 

Dədə -baba yurdumuza qayıtdıq. 30 ildir orada deyildik. Əgər Ermənistan sərhədin oradan keçdiyini deyirsə, niyə orada heç kim yox idi? Sərhəddirsə, gəlin sərhədi qoruyun. Gəldik, o dağlara yerləşdik və xəritələrimizə görə öz torpaqlarımızda məskunlaşdıq. Ermənistan başqa cür düşünürsə, otursun, müzakirə edək və danışıqlar aparaq. 1 il, 5 il, 30 il lazımdır, kim bilir. Yenə bu mövzuya qayıdıram, Ermənistan bu gün sərhədlərlə bağlı reallığı anlamalıdır. Tezliklə şərtlərimizi qəbul etməli və bu məsələni həll etməlidir ki, hər kəs sərhədinin harada olduğunu bilsin”.

İlham Əliyev bildirib ki, müharibənin bitməsindən cəmi 2 ay sonra Moskvada liderlər səviyyəsində üçtərəfli görüş oldu. Sonra baş nazir müavinləri səviyyəsində bir işçi qrupu yaradıldı. Bu qrupda Zəngəzur dəhlizinin açılışı üzərində iş aparıldı, ancaq iyunun əvvəlində Ermənistan seçkilərlə əlaqədar olaraq bu qrupdakı iştirakına son verdi:

“İyun ayında orada seçkilər keçirildi və avqustun ortalarında bu qrup yenidən bir araya gəldi. Gələn ay yenidən görüşəcəklər. Düşünürəm ki, bu qrup vacib bir formatdır, çünki hələ bir nəticə olmasa da, bir əlaqə var. Əlaqə mövcud vəziyyətdə lazımlı bir vasitədir və bir çox məsələlər bu əlaqələrdə həll edilə bilər.

Azərbaycanda Zəngəzur dəhlizinin yaradılması üçün genişmiqyaslı işlərə başladıq. Zəngilanda dəmir yolu və avtomobil yolu tikilir, hava limanları salınır. Ona görə də düşünürəm ki, 2 il ərzində öz torpaqlarımızdakı işləri tamamlayacağıq. Ermənistan ərazisində dəmir yolu və avtomobil yolunun uzunluğu 40 kilometrdir. Bu, 1 il 1,5 il ərzində həll edilə bilər. Gözləyirik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu