Modern.az

Baş nazirdən Türkiyənin Vitse-prezidentinə MƏKTUB

Baş nazirdən Türkiyənin Vitse-prezidentinə MƏKTUB

27 Sentyabr 2021, 15:30

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Anım Günü münasibətilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb.

 

Modern.az xəbər verir ki, məktubda sentyabrın 27-sinin ölkəmizdə Anım Günü kimi qeyd edildiyi bildirilərək, düz bir il əvvəl Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində mülki şəxslər və hərbi qulluqçular arasında itkilərimizin olduğu vurğulanıb.

 

Bu namərd təxribata cavab olaraq təcavüzə birdəfəlik son qoymaq məqsədilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Qəhrəman Azərbaycan Ordusunun tarixi Zəfər yürüşünə başladığı, 44 gün ərzində düşmən ordusunu məhv edərək əzəli torpaqlarımızı işğaldan azad etdiyi qeyd olunub.

 

Vətən Müharibəsində Azərbaycana verilən böyük dəstəyə görə qardaş Türkiyəyə dərin təşəkkür ifadə edilib.

 

Müharibənin ilk saatlarından Prezient Rəcəb Tayyib Ərdoğan, Vitse-prezident Fuat Oktay da daxil olmaqla Türkiyə rəhbərliyinin və bütün qardaş türk xalqının Azərbaycanla həmrəy olmasının ölkəmizin öz haqq işində yalnız olmadığını dünyaya göstərdiyi bildirilib.

 

Fuat Oktayın çoxsaylı açıq və sərt bəyanatlarının, məsələyə qəti və birmənalı münasibətinin Azərbaycanda böyük minnətdarlıq və iftixar hissi ilə qarşılandığı, əsl qardaşlıq nümunəsi kimi dəyərləndirildiyi vurğulanıb.

 

Bildirilib ki, qardaş Türkiyənin siyasi və mənəvi dəstəyi düşmən üzərində şanlı Qələbənin qazanılmasında önəmli rol oynamış, Azərbaycan ilə Türkiyənin “Bir millət, iki dövlət” şüarı ilə hər zaman bir-birinin yanında olduğunu, birliyimizin və qardaşlığımızın sarsılmazlığını bir daha nümayiş etdirmişdir.

 

Eyni zamanda, Azərbaycanın da, öz növbəsində, həm sevincli, həm də kədərli günlərdə daim Türkiyənin yanında olduğu qeyd edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır