Arxiv
27 Sentyabr 2021, 16:17 | AKTUAL
Şəmkirdə 27 sentyabr Anım Günü tədbiri keçirilib - FOTOLAR

Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Anım Günü tədbiri keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Şəmkir RİH başçısı Rəşad Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Tədbir iştirakçıları əvvəlcə 50 metr uzunluğunda Şanlı Azərbaycan bayrağını rayon mərkəzindən Şəhidlər Xiyabanına gətiriblər.

 

Daha sonra Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən əsgər və zabitlərimizin xatirəsinə ucaldılmış Abidə Kompleksinin açılışı olub, önünə əklil qoyulub.

 

Açılış mərasimində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bildirib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq İkinci Qarabağ savaşının başlandığı günün - sentyabrın 27-nin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə hər il şəhidlərin əziz xatirəsinin Anım Günü kimi qeyd olunması təsadüfi deyil. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın qətiyyətli mövqeyinin, xalqımızın məğrurluğunun, yenilməzliyinin, torpağa bağlılığının, Vətən sevgisinin təqdimatı oldu.

 

Erməni qəsbkarlarının əzəli torpaqlarımıza göz dikməsinin 200 ildın artıq davam etdiyini bildirən icra başçısı bu illər ərzində mənfur düşmənin törətdiyi qətliamlar haqqında danışıb.

 

Rəşad Tağıyev Prezident cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi ərzində yetişən gənclərin torpaqlarımızın işğaldan azad olunmasında əsas rol oynadıqlarını xüsusi vurğulayıb: “Ali Baş Komandanın rəhbərliyi ilə aparılan Vətən müharibəsində əsas vəzifəni yerinə yetirən gənc nəsil arasında Şəmkir gəncləri də oldu. 44 günlük müharibənin əsas qəhrəmanlarından olan məhz həmin gənclərimiz, gənc hərbçilərimiz fədakarlıq və qəhrəmanlıqları ilə tarix yazıdılar. Hələ Aprel Zəfərində Şəmkirin qəhrəman oğulları canları, qanları ilə tarixi ədalətin bərpa olunması üçün savaşdılar və şəhidlik zirvəsinə ucaldılar. Onların və onlarla çiyin-çiyinə şəhid olan qəhrəman balalarımızın qanı 4 ildən sonra alındı, həm də cəmi 44 günə”.

 

Daha sonra isə şəhid övladlarının təqdimatında şəhidlərin xatirəsinə həsr edilmiş əbədi-bədii kompozisiya təqdim olunub, “Vətən var olsun” flaşmobu təqdim olunub və Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan ağacəkmə aksiyası baş tutub.

 

Eyni zamanda tədbir çərçivəsində sakinlər tərəfindən Şəmkir şəhərinin bəzi küçə və prospektlərində eyvanlardan, həyatyanı evlərin qapılarından bayraqlar asılaraq həmrəylik nümayiş etdirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Haaqada Nizami Gəncəvinin 880 illiyi  17 Oktyabr 2021, 14:30 18 Oktyabrın QƏLƏBƏ QOXUSU: 30 ildə ilk dəfə... 17 Oktyabr 2021, 14:22 Nazirlik 9 ayda 178 icazə verib 17 Oktyabr 2021, 14:10 ABŞ-dan “F-35”-in əvəzinə "F-16" təklifi 17 Oktyabr 2021, 13:59 Türkiyədən yeni əl qumbaraatanı 17 Oktyabr 2021, 13:51 Ukraynalı deputat Gəncə dəhşətindən danışdı 17 Oktyabr 2021, 13:46 İrəvanda ATIŞMA 17 Oktyabr 2021, 13:36 Ata oğlunu sağaltmaq üçün DƏRMAN yaratdı 17 Oktyabr 2021, 13:30 Vəkilin avtomobili YANDI 17 Oktyabr 2021, 13:23 18 Oktyabr marafonunun QALİBLƏRİ 17 Oktyabr 2021, 13:13 Şimal qonşumuzda COVID-19 REKORDU 17 Oktyabr 2021, 13:10 Ermənilərin təşvişdə olduğu Arazdəyən kəndi - FOTOLAR 17 Oktyabr 2021, 13:08 Rusiyada uşaqların ölkədən çıxarılması qaydası SƏRTLƏŞDİRİLDİ 17 Oktyabr 2021, 12:59 Ukraynalı deputatlar Gəncədə - FOTO 17 Oktyabr 2021, 12:49 Sabahın havası: yağış, qar... 17 Oktyabr 2021, 12:43 Bakının bəzi ərazilərində içməli su kəsiləcək    17 Oktyabr 2021, 12:39 Çində gəmi BATDI 17 Oktyabr 2021, 12:29 Deputat şəhidin ailəsini ziyarət etdi 17 Oktyabr 2021, 12:18 Gürcüstanda koronavirus STATİSTİKASI 17 Oktyabr 2021, 12:15 Müdafiə Nazirliyindən azad edilən ərazilərlə bağlı yeni VİDEO  17 Oktyabr 2021, 11:58 Şadlıq sarayının sahibi cərimələndi 17 Oktyabr 2021, 11:51 "Ermənilərin ...əsas qalası darmadağın edildi" - Hikmət Hacıyev 17 Oktyabr 2021, 11:45 Ermənistanda virusa yoluxanlar 17 Oktyabr 2021, 11:39 Dünya şöhrətli incəsənət xadimindən Azərbaycana TƏBRİK 17 Oktyabr 2021, 11:30 Tiflisdə 18 Oktyabr MARAFONU 17 Oktyabr 2021, 11:25 Yaralı yoldaşını döyüş meydanından çıxararkən şəhidliyə ucalan snayper 17 Oktyabr 2021, 11:15 Mahir Əmrəli məhşur Avropa klublarının hədəfində  17 Oktyabr 2021, 11:08 Zaqatalada avtomobil yandı 17 Oktyabr 2021, 10:59 Saakaşvili: "Polislər yaxınlaşmağa cürət eləmirdilər" 17 Oktyabr 2021, 10:51 Tanınmış azərbaycanlı karikaturaçıdan nazirə etiraz - Türkiyəni təmsil etməyə qərar verdi 17 Oktyabr 2021, 10:45 Qalib ölkənin Müstəqilliyini qeyd edirik 17 Oktyabr 2021, 10:45 Rusiyada ilk: atalar günü qeyd edilir 17 Oktyabr 2021, 10:39 Gürcüstandakı soydaşlarımızdan 18 Oktyabr TƏBRİKİ 17 Oktyabr 2021, 10:29 17 oktyabrın SAVAŞ XRONİKASI: Füzuli alındı, Gəncə vuruldu 17 Oktyabr 2021, 10:24 Gürcüstanda seçkilərin ikinci turunun vaxtı 17 Oktyabr 2021, 10:14