Arxiv
27 Sentyabr 2021, 18:03 | AKTUAL
Şəhidlər Memorial Abidə Kompleksinin açılışı olub - FOTO

27 sentyabr - Anım Günü ilə bağlı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin inzibati ərazisində Müdafiə Sənayesi Nazirliyinin Vətən müharibəsində şəhid olmuş əməkdaşlarının xatirəsinin əbədiləşdirilməsinə həsr edilmiş Şəhidlər Memorial Abidə Kompleksinin açılış mərasimi keçirilib.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, tədbirdə müdafiə sənayesi naziri Mədət Quliyev, Milli Qəhrəmanlar, Nazirliyin Vətən müharibəsində iştirak etmiş əməkdaşları, şəhid olmuş işçilərin ailə üzvləri və digər rəsmi qonaqlar iştirak ediblər.

Memorial abidə kompleksinin rəsmi açılışından sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən müdafiə sənayesi naziri Mədət Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin erməni təcavüzkarlarının növbəti dəfə atəşkəsi pozmalarına cavab olaraq Azərbaycan Ordusuna “İrəli!” əmrini verdiyi 27 sentyabr tarixinin Azərbaycan xalqının yaddaşına əbədi həkk olunduğunu söyləyib. Nazir bildirib ki, dövlətimizin başçısının xalqa müraciətindən sonra milliyyətindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının Səfərbərlik Xidmətinə üz tutaraq müharibədə könüllü iştirak etmək istəyini bildirməsi təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasətə inamın və etibarın təntənəsi idi. “Mən dünyada ikinci bir xalq tanımıram ki, əlinə silah alıb bu cür ruh yüksəkliyi ilə könüllü müharibəyə getməyə can atsın”, - deyə Mədət Quliyev qeyd edib.

Çıxışı zamanı nazir Ordumuzun şanlı qələbəsi ilə başa çatmış Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrin döyüş hazırlığını daim yüksək səviyyədə saxlamaq məqsədilə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin 72 əməkdaşının böyük şücaət göstərdiyini, onlardan Ağaəmi Heybətov, Nurlan Zeynalov və Nicat Hüseynovun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəldiklərini, 7 əməkdaşın isə yaralanaraq qazi olduğunu nəzərə çatdırıb.
Daha sonra Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşı Nicat Hüseynovun anası Zümrüd Hüseynova və Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Təhməz Əlizadə çıxış ediblər. Onlar torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə igid oğullarımızın göstərdikləri qəhrəmanlıqdan bəhs edərək, İkinci Qarabağ müharibəsindəki qələbəmizin tarixdə əbədi qalacağını fərəh hissi ilə vurğulayıblar. İstər 44 gün ərzində, istərsə də müharibədən sonrakı dövrdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə bütün şəhid və qazi ailələri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya, eləcə də Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyinə minnətdarlıq ifadə olunub.
Vətən müharibəsində şücaət göstərmiş şəhid və qazi əməkdaşlar müdafiə sənayesi nazirinin əmri ilə Fəxri fərman və mükafatlara layiq görülüblər.

Müdafiə Sənayesi Nazirliyində Şəhidlər Memorial Abidə Kompleksinin açılışı olub (FOTO) - Gallery Image Müdafiə Sənayesi Nazirliyində Şəhidlər Memorial Abidə Kompleksinin açılışı olub (FOTO) - Gallery Image Müdafiə Sənayesi Nazirliyində Şəhidlər Memorial Abidə Kompleksinin açılışı olub (FOTO) - Gallery Image Müdafiə Sənayesi Nazirliyində Şəhidlər Memorial Abidə Kompleksinin açılışı olub (FOTO) - Gallery Image Müdafiə Sənayesi Nazirliyində Şəhidlər Memorial Abidə Kompleksinin açılışı olub (FOTO) - Gallery Image Müdafiə Sənayesi Nazirliyində Şəhidlər Memorial Abidə Kompleksinin açılışı olub (FOTO) - Gallery Image Müdafiə Sənayesi Nazirliyində Şəhidlər Memorial Abidə Kompleksinin açılışı olub (FOTO) - Gallery Image Müdafiə Sənayesi Nazirliyində Şəhidlər Memorial Abidə Kompleksinin açılışı olub (FOTO) - Gallery Image Müdafiə Sənayesi Nazirliyində Şəhidlər Memorial Abidə Kompleksinin açılışı olub (FOTO) - Gallery Image Müdafiə Sənayesi Nazirliyində Şəhidlər Memorial Abidə Kompleksinin açılışı olub (FOTO) - Gallery Image Müdafiə Sənayesi Nazirliyində Şəhidlər Memorial Abidə Kompleksinin açılışı olub (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Niderlanddan Ağdama: 28 il sonra Vətənə dönüş - VİDEO 28 Oktyabr 2021, 18:01 “Zəngəzur dəhlizinin açılması ilə bağlı siyasi qərar olmalıdır” - VİDEO 28 Oktyabr 2021, 17:55 Dilçilik İnstitutuna yeni direktor təyin olundu 28 Oktyabr 2021, 17:54 Ermənistan hərbçilərinin yaralanmasını TƏSDİQLƏDİ 28 Oktyabr 2021, 17:48 Bu gün peyvənd olunanlar 28 Oktyabr 2021, 17:42 Yoluxma kəskin artdı 28 Oktyabr 2021, 17:36 Bakıda avtobusun şüşələri adam sıxlığından sınıb? - Rəsmi cavab 28 Oktyabr 2021, 17:30 "Azəriqaz" Siyəzəndə sahibkarlarla 28 Oktyabr 2021, 17:25 “Azərbaycanın tarixi zəfəri” - Videokonfrans 28 Oktyabr 2021, 17:20 Amerikalı dindarlar Ağdam və Şuşada 28 Oktyabr 2021, 17:16 Universitetin 10 qrupunda əyani dərslər DAYANDIRILDI 28 Oktyabr 2021, 17:10 Texniki baxış mərkəzlərində YENİLİK 28 Oktyabr 2021, 17:05 Komitədən İraqdan gətirilən uşaqlarla bağlı MƏLUMAT 28 Oktyabr 2021, 17:00 Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR 28 Oktyabr 2021, 16:56 Boksçumuz 1/8 finalda 28 Oktyabr 2021, 16:52 İki məhkəmə sədri Şuraya üzv seçildi 28 Oktyabr 2021, 16:47 Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ 28 Oktyabr 2021, 16:41 Hava yenidən pisləşəcək - Yağış, leysan, qar gəlir 28 Oktyabr 2021, 16:35 "Barselona" müvəqqəti məşqçi təyin etdi 28 Oktyabr 2021, 16:30 Türkiyə ilə Çin arasında söz savaşı YAŞANDI 28 Oktyabr 2021, 16:24 Mənzildə kişi meyiti tapıldı 28 Oktyabr 2021, 16:20 Sənaya təcavüzdə təqsirləndirilən şəxsin şikayəti rədd edildi 28 Oktyabr 2021, 16:15 Bu lisey koronavirusa görə BAĞLANDI 28 Oktyabr 2021, 16:09 Ötən ay pensiya ALANLAR 28 Oktyabr 2021, 16:04 Qazilərin “polis bizi döydü” ittihamına DİN-dən REAKSİYA 28 Oktyabr 2021, 16:00 UNEC-də beynəlxalq konfrans 28 Oktyabr 2021, 15:58 Deputatlarımız yenidən MDB PA-da vəzifəyə seçildilər 28 Oktyabr 2021, 15:52 Türkiyə Suriyada 2 hərbi əməliyyat HAZIRLAYIR 28 Oktyabr 2021, 15:46 Şəhidin adına profil açıb pul qazananlar TUTULDU 28 Oktyabr 2021, 15:41 Bu tarix birlikdə yazılır! 28 Oktyabr 2021, 15:35 “Nar”dan qazi müəllimlərlə bağlı KİTAB 28 Oktyabr 2021, 15:30 AccessBank-dan qadın sahibkarlara dəstək 28 Oktyabr 2021, 15:26 Bu şəxslər 4-cü doza vaksin vurdura bilər - RƏSMİ 28 Oktyabr 2021, 15:22 Nə kişi, nə də qadın olmayan şəxsə pasport verildi - FOTO 28 Oktyabr 2021, 15:18 Hafiz Hacıyev SAĞALIR 28 Oktyabr 2021, 15:14