Modern.az

Ata Abdullayevin işi məhkəməyə GÖNDƏRİLDİ

Ata Abdullayevin işi məhkəməyə GÖNDƏRİLDİ

Aktual

27 Sentyabr 2021, 18:54

Həbsdə olan bloqer Ata Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Modern.az-ın məlumatına görə, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib.

Cinayət işi üzrə 4 nəfər zərərçəkmiş qismində tanınıb.

 

Qeyd edək ki, A. Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.

O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilib. Barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü