Arxiv
28 Sentyabr 2021, 10:00 | AKTUAL
UNEC-də XIX Beynəlxalq Türk Dünyası Sosial Elmlər konfransı keçirilib

Sentyabrın 27-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Türk Dünyası Araşdırmaları Vəqfinin dəstəyi ilə XIX Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konfransı keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirin açılışından öncə konfrans iştirakçıları ümummilli lider Heydəri Əliyevin məzarını ziyarət edərək, ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər, məzarı önünə əklil və gül dəstələri düzüblər.

 

UNEC-in ev sahibliyi ilə keçirilən beynəlxalq konfransda Türkiyənin elm və təhsil sahəsi üzrə bir sıra rəsmiləri, Türk dövlətlərinin aparıcı universitetlərinin rektorları və nüfuzlu alimləri iştirak ediblər.

 

Tədbirin açılış mərasimində çıxış edən UNEC rektoru, professor Ədalət Muradov qonaqları salamlayaraq, konfransın işinə uğurlar arzulayıb. Rektor sosial elmlərin öyrənilməsinin əhəmiyyətinə diqqət çəkərək, konfransda bu istiqamətdə geniş müzakirələrin aparılacağından və faydalı nəticələrin ortaya qoyulacağından əminliyini ifadə edib. Bu ilin post-sovet məkanında yerləşən Türk Respublikalarının dövlət müstəqilliklərinin bərpasının 30-cu ildönümünə təsadüf etdiyini deyən rektor, həmin ölkələrin müstəqilliyinin qorunub saxlanılması, iqtisadi inkişafı və qarşılıqlı inteqrasiyası baxımından konfransda aparılacaq müzakirələrin əhəmiyyətli olacağını deyib.

 

Rektor Qarabağ zəfərinin Türk Dünyası üçün yaratdığı yeni iqtisadi perspektivlərdən də söz açıb. Türk Dünyasında ali təhsil əlaqələrinin inkişafının daim diqqət mərkəzində saxlanmalı olduğunu, təhsildə rəqəmsallaşmanın artmasının post-COVİD dövründə bu əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirib.

 

 Konfransda çıxış edən Türk Dünyası Araşdırmaları Vəqfinin sədri Közhan Yazgan konfransın Türk dünyasının aydın və çağdaş gələcəyinə vəsilə olacağından əminliyini bildirib. Dünyada elm və texnologiyalar sahəsində durmadan strateji dəyişikliklər müşahidə edildiyini diqqətə çatdıran TDAV sədri, Türk Dünyası ölkələrinin texnoloji və elmi inkişaf baxımından birgə əməkdaşlıqlarının vacibliyini vurğulayıb, konfransda əldə ediləcək nəticələrin bu baxımdan faydalı olacağını deyib.

 

Türkiyə səfirliyinin müşaviri Barış Sayqın Azərbaycan-Türkiyə arasında bütün sahələrdə olduğu kimi, sosial elmlər sahəsində də uğurlu əməkdaşlığın aparıldığını, özəlliklə hər iki xalqın birlik və bərabərliyinin inkişaf etdirilməsi istiqamətində məqsədyönlü addımların atıldığını deyib. B.Sayqın konfransın elm və təhsil sahəsində əməkdaşlıqla bağlı  yeni imkanların açılmasında mühüm rol oynayacağını bildirib.

 

Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzinin sədri, professor Halis Aygün konfransın Türk Dünyasını 19 ildir bir araya gətirməklə bərabər, Türk elm adamlarının da iş birliyinə böyük imkanlar yaratdığını vurğulayıb. Türk Dünyasında təhsil sahəsindəki əməkdaşlığın səmərəliliyinin artırılmasının əsas hədəflərdən olduğunu deyən prof.Halis Aygün bu istiqamətdə qarşıda duran vəzifələrdən danışıb.

 

Türkiyə-Qırğızıstan Manas Universitetinin rektoru, professor Alpaslan Ceylan konfransın Anım Gününə təsadüf etdiyini diqqətə çatdıraraq, şəhidlərə rəhmət diləyib, Qarabağ Zəfərinin bütün Türk Dünyasının zəfəri olduğunu deyib. Rektor iştirakçılara Manas Universitetinin reallaşdırdığı Türk Dünyasının rəqəmsal vətəndaşlıq layihəsi barədə də məlumat verib.

 

Sonra Qazaxıstanın Miras Universitetinin rektoru, professor Bolat Mirzaliyev çıxış edərək, konfransın milli türk fəlsəfəsinin ortaya qoyulmasında və gələcək nəsillərə ötürülməsində önəmli rol oynadığını, bu istiqamətdə aktual məsələlərin müzakirəsi üçün vacib platforma olduğunu deyib.

 

Türkiyə Strateji Analizlər Mərkəzinin direktoru professor Sinan Oğan UNEC-də şəhidlər üçün ucaldılan Memorial Xatirə Kompleksinin açılışından duyğulandığını, Qarabağ zəfərinin Azərbaycanın ərazi bütövlüyünü əldə etməsi ilə yanaşı, Türk Dünyasının birləşməsinə də vəsilə olduğunu deyib. Qarabağın yenidən bərpası istiqamətində ən önəmli yerlərdən birinin məhz təhsil olduğunu bildirən prof. Sinan Oğan Türk  Dünyası ilə ortaq universitetlərin qurulmasının əhəmiyyətindən danışıb, konfransın bu baxımdan faydalı olacağını qeyd edib.

 

Sonra Makedoniyanın Beynəlxalq Vizyon Universitetinin rektoru, professor Fadil Hoca “Qarabağ zəfərinin Türk Dünyası ölkələrinə iqtisadi təsirləri” mövzusunda çıxış edib.

 

Beynəlxalq konfrans plenar çıxışlarla davam edib.

 

Sentyabrın 28-də xarici qonaqlar konfrans çərçivəsində Ağdama səfər edəcəklər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə futbol oyunları ilə bağlı qadağalar ləğv edilir 28 Oktyabr 2021, 21:16 "Türkiyə ilə iqtisadi əlaqələrin genişlənməsi strateji amildir" - Nazir 28 Oktyabr 2021, 20:55 Bayden İtaliyaya gedir 28 Oktyabr 2021, 20:37 Universitet müəllimi vəfat etdi 28 Oktyabr 2021, 20:36 Avropada qazın qiyməti 900 dollardan aşağı DÜŞDÜ 28 Oktyabr 2021, 20:18 Paşinyan rusiyalı generalla regionu müzakirə etdi 28 Oktyabr 2021, 19:51 Ceyhun Bayramov İƏT rəsmisi ilə görüşdü 28 Oktyabr 2021, 19:31 Ronaldu 5-ci dəfə ata olur 28 Oktyabr 2021, 19:20 Türkiyə ilə birgə texnopark yaradılması müzakirə olundu 28 Oktyabr 2021, 19:16 Baş nazirdən Türkiyənin Vitse-prezidentinə MƏKTUB 28 Oktyabr 2021, 18:54 Əli Əsədovla Alparlsan Çakar bank sektorunu müzakirə etdi 28 Oktyabr 2021, 18:49 AMEA-nın 4 İnstitutuna baş direktor seçildi 28 Oktyabr 2021, 18:36 Moskvadan dəhliz AÇIQLAMASI: “Razılaşmaya sadiq qalmalıyıq” 28 Oktyabr 2021, 18:29 Ukrayna paytaxtı qapanmaya gedir 28 Oktyabr 2021, 18:18 Qazlaşdırılmayan yaşayış məntəqələrinin SAYI 28 Oktyabr 2021, 18:10 Niderlanddan Ağdama: 28 il sonra Vətənə dönüş - VİDEO 28 Oktyabr 2021, 18:01 “Zəngəzur dəhlizilə bağlı siyasi qərar olmalıdır” - VİDEO 28 Oktyabr 2021, 17:55 Dilçilik İnstitutunda yeni direktor TƏYİNATI 28 Oktyabr 2021, 17:54 Ermənistan hərbçilərinin yaralanmasını TƏSDİQLƏDİ 28 Oktyabr 2021, 17:48 Bu gün peyvənd olunanlar 28 Oktyabr 2021, 17:42 Yoluxma kəskin ARTDI 28 Oktyabr 2021, 17:36 Avtobusun şüşələri sıxlıqdan sınıb? - Rəsmi cavab 28 Oktyabr 2021, 17:30 "Azəriqaz" rəsmiləri Siyəzəndə 28 Oktyabr 2021, 17:25 “Azərbaycanın tarixi zəfəri” - Videokonfrans 28 Oktyabr 2021, 17:20 Amerikalı dindarlar Ağdam və Şuşada 28 Oktyabr 2021, 17:16 Universitetin 10 qrupunda əyani dərslər DAYANDIRILDI 28 Oktyabr 2021, 17:10 Texniki baxış mərkəzlərində YENİLİK 28 Oktyabr 2021, 17:05 Komitədən İraqdan gətirilən uşaqlarla bağlı MƏLUMAT 28 Oktyabr 2021, 17:00 Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR 28 Oktyabr 2021, 16:56 Boksçumuz 1/8 finalda 28 Oktyabr 2021, 16:52 İki məhkəmə sədri Şuraya üzv seçildi 28 Oktyabr 2021, 16:47 Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ 28 Oktyabr 2021, 16:41 Hava yenidən pisləşəcək - Yağış, leysan, qar gəlir 28 Oktyabr 2021, 16:35 "Barselona"dan müvəqqəti məşqçi TƏYİNATI 28 Oktyabr 2021, 16:30 Türkiyə ilə Çin arasında SÖZ SAVAŞI 28 Oktyabr 2021, 16:24