Arxiv
28 Sentyabr 2021, 11:08 | AKTUAL
Qalib sərkərdənin müraciəti: müdriklik və ədalət, inam və cəsarət

Dünən şəhidlərimizin anım günü idi. Ölkəmizin hər yerində anım mərasimi tədbirləri keçirilirdi. Saat 10.00- da Azərbaycan Respublukasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev anım günü münasibəti ilə xalqa müraciət etdi. Biz cənab Prezidentin müraciətini Gəncənin baş meydanında qurulmuş geniş ekranlı monitordan izlədik, sonra Şəhidlər xiyabanındakı mərasimə yollandıq.

 

Cənab Prezidentin dünənki mürəciəti bir çox aspektləri ilə tarixi xarakter daşıyırdı.

 

Birincisi ona görə ki, Zəfər müharibəsinin başlanmasinin birinci il dönümü münasibəti ilə edilən bu çıxışda həm Qələbəyə aparan uzun, illərin çətin və məqsədyönlü fəaliyyəti təhlil olunur, həm 44 günlük müharibənin qalibiyyətli gedişi şərh edilir, həm də zəfər savaşından ötən bir ilin uğurları və siyasi- diplomatik gərginliyi xalqa tam açıqlığı ilə çatdırıldı.

 

İkincisi bu müraciətdə qalib sərkərdənin qüruru ilə yanaşı, öz xalqının, dövlətinin və bütünlüklə bölgənin gələcək taleyi, inkişafı ilə bağlı bir rəhbər müdrikiliyi və lider məsuliyyəti var idi.

 

Bu müraciətdə bir inam var idi. Öz xalqına, bu xalqın qədimlərdən gələn qədirbilənliyinə, haqsevərliyinə, etibarlılığına, birliyinə inam!

 

Özünün Ali Baş komandan kimi yaratdığı, müasir döyüş qabiliyyətli, qalibiyyət ruhlu, peşəkar və məsuliyyətli ordusuna sarsılmaz güvənc var idi bu çıxışda. Həm də, məhz onun hakimiyyəti illərində böyük vətənpərvərlik tərbiyəsi və milli ruhda boyüyən, Vətənin hər qarışı uğrunda qəhrəmanlıqla döyüşən, doğma torpaqlar üçün şəhidlik şərbətini içməyə hazır olan gənclərimizdən, şəhid oğlunun bayrağa bükülmüş cənazəsini " Təki Vətən sağ olsun" təskinliyi ilə cənnətə yola salan ata- ananın mərdliyindən doğan qürur var idi bu müraciətdə!

 

Bu çıxışda şəhidlərə, qazilərə, onların şücaətinə, qəhrəmanlığına böyük hörmət və ehtiram var idi.

 

Bu çıxışda işıqlı sabaha, xoş gələcəyə böyük inam və çağırış var idi. İşğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi, bərpası, yenidən qurulması, başlanan və böyük əzmlə davam edən infrastruktur layihələri, çəkilən yollar, tikilən hava limanları, salınan körpülər, tunellər, açılacaq kommunikasiyalar, Zəngəzur dəhlizi... Yeni yaşayış şərtləri və geri dönüşü daha yüksək səviyyədə təqdim edəcək ağıllı kəndlər, şəhərlər, ölkəmizi dünyaya yenidən daha inkişaf etmiş, daha zəngin, yeni çağırışlara təkcə cavab verən deyil, həm də yeni çağırışlar təklif edən qüdrətli bir dövlət kimi təqdim etməyə imkanlar yaradacaqdır. Bölgədə ədalətli və davamlı sülh təmin ediləcəkdir, sərhədlərin tanınması prosesi başlayacaqdır, Azərbaycanın və qardaş Türkiyənin təklif etdiyi əməkdaşlıq platforması işə düşəcəkdir. Cənab İlham Əliyev dəqiq bilir ki, öz doğma xalqı ilə birlikdə bunları bacaracaqdlr!
Ali baş komandanın anım günü ilə bağı xalqa müraciətində cəsarətlə söylədiyi fikirlər həm də dünya güclərinə bir çağırış idi: biz hər bir dövlətin ərazi bütövlüyünə, daxili siyasətinə hörmətlə yanaşırıq, iç işlərinə qarışmırıq, buyurun, sizlər də bizə eyni münasibəti sərgiləyin. "Dağlıq Qarabağ adlı ölünü" kim diriltmək istəyirsə, öz ölkəsində diriltsin! Hər kəs Azərbaycanın qəti mövqeyini bilsin, xalqın iradəsini əks etdirən bu mövqeyi anlasın və öz dərsini götürsün! Azərbaycan xalqının and yerinə, birlik simvoluna çevirilmiş şəhidlərimizin müqəddəs qanı bahasına bərpa etdiyimiz ərazi bütövlüyümüzü sarsıtmağa heç kəsə imkan verməyəcəyik!

 

Qarabağ Azərbaycandır!!!

 

Musa Urud, millət vəkili

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İtaliyada TAP boru kəmərindən bəhs edildi 25 Oktyabr 2021, 20:11 Portuqaliyada böhran həll edilmir -  Növbədənkənar seçki ehtimalı 25 Oktyabr 2021, 19:40 Quterreş Sudandakı çevrilişi pislədi 25 Oktyabr 2021, 19:26 Türkiyəyə çağırış edən ölkələrdən GERİ ADDIM 25 Oktyabr 2021, 19:12 Rasim Quliyevin məhkəməsində sənədlər tədqiq edilib 25 Oktyabr 2021, 19:00 Qoşulmama Hərəkatından Azərbaycanla bağlı PAYLAŞIM 25 Oktyabr 2021, 18:54 Alimlər ekzoplanetin fotosunu çəkdilər - FOTO 25 Oktyabr 2021, 18:48 Namiq Abdullayevin qardaşı vəfat etdi 25 Oktyabr 2021, 18:42 Kərim Vəliyev NATO nümayəndəsi ilə görüşüb 25 Oktyabr 2021, 18:36 Fərid Qayıbov federasiyanın fəaliyyəti ilə tanış olub - VİDEO 25 Oktyabr 2021, 18:30 Dolların məzənnəsi sabit qaldı 25 Oktyabr 2021, 18:24 Qubadlı sakinləri də ata ocaqlarına dönəcəklər 25 Oktyabr 2021, 18:18 Düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edən şəhidimiz anılıb - VİDEO 25 Oktyabr 2021, 18:12 Şəhid ailələri və qazilərə daha 50 mənzil verildi 25 Oktyabr 2021, 18:07 Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rektoru ilə görüşüb - FOTO 25 Oktyabr 2021, 18:05 “Şəxsi maşınların şüşəsinə bayraq vurula bilməz!” - Polisdən XƏBƏRDARLIQ 25 Oktyabr 2021, 18:03 FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə ÇAĞIRIŞ 25 Oktyabr 2021, 18:01 1 ölkə, 2 prezident: Tatarıstan Kremlin istəyini RƏDD ETDİ 25 Oktyabr 2021, 17:59 Eldəniz Səlimovun cinayət işi icraata verildi 25 Oktyabr 2021, 17:55 Milli Məclis 12 məsələyə görə iclas ÇAĞIRDI 25 Oktyabr 2021, 17:50 Səfər Mehdiyev Detlef Şröderlə görüşdü - FOTOLAR 25 Oktyabr 2021, 17:45 Qudası Eldar Həsənovun məhkəməsində ifadə verdi 25 Oktyabr 2021, 17:40 Bakıda dini toy karvanı təşkil edənlərin işi məhkəməyə göndərildi - FOTO 25 Oktyabr 2021, 17:34 ABB-dən sahibkarlar üçün TƏLİM 25 Oktyabr 2021, 17:28 Ceyhun Bayramov səfirlə görüşdü 25 Oktyabr 2021, 17:22 Diasporumuz Finlandiya jurnalında - FOTO 25 Oktyabr 2021, 17:16 “Siz bizi Xudavəngə buraxın, biz də sizi Ağdabana” – Erməni kilsəsindən TƏKLİF 25 Oktyabr 2021, 17:10 Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı 25 Oktyabr 2021, 17:05 Amerikalı dini icma rəhbərləri Şeyxin qəbuluna gəldilər - FOTO 25 Oktyabr 2021, 17:00 AccessBank-la əmanətini sərbəst idarə et! 25 Oktyabr 2021, 16:55 Rövşən Rzayev xarici jurnalistlə görüşdü 25 Oktyabr 2021, 16:50 Azad edilmiş ərazilərdə daha 47 mina AŞKARLANDI 25 Oktyabr 2021, 16:46 Sahibə Qafarova Ana Cumaliyeva ilə görüşüb 25 Oktyabr 2021, 16:40 Son sutkada peyvənd OLUNANLAR 25 Oktyabr 2021, 16:35 Yoluxma AZALDI - 21 nəfər öldü 25 Oktyabr 2021, 16:30