Arxiv
28 Sentyabr 2021, 11:24 | AKTUAL
İranda Vətən müharibəsi şəhidləri anılıb - FOTO

İranın paytaxtı Tehran şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.

 

Azərbaycanın İrandakı səfirliyindən Modern.az-a verilən xəbərə görə, bu münasibətlə Səfirlikdə təşkil olunmuş Anım Günü mərasimində İran Xarici İşlər Nazirliyinin (XİN) məsul işçiləri, İqtisadi Əməkdaşlıq Təşkilatı Baş katibinin müavini və təşkilatın katibliyinin əməkdaşları, İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pak Ayin, Türkiyənin və Pakistanın Tehrandakı səfirliklərinin əməkdaşları, Tehran ictimaiyyətinin nümayəndələri, ziyalılar və Tehranda yaşayan azərbaycanlılar iştirak edib.

 

Anım Günü münasibətilə səfirliyin həyətində erməni qəsbkarlarının vaxtı ilə işğal etdiyi rayonlarımızda törətdikləri dağıntıları, hərbi cinayətləri, eləcə də 44 günlük Vətən Müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin qəhrəmanlığı və şücaətini əks etdirən “Unutmadıq” adlı foto-sərgi təşkil olunub, iştirakçıların yaxasına anım gününün simvolu olan xarıbülbül emblemi taxılıb, səfirliyin binası və əməkdaşların yaşadığı mənzillərin eyvanından Azərbaycan bayraqları asılıb.

 

Foto-sərgidə Ermənistanın növbəti hərbi təxribatının qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan Silahlı Qüvvələrinin özünü müdafiə hüququ çərçivəsində keçirdiyi uğurlu hərbi əməliyyatlardan da fotolar nümayiş etdirilib.

 

Sərgiyə baxış keçirildikdən sonra Səfirliyin inzibati binasında təşkil olunmuş anım tədbirində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Qurandan ayələr oxunub.

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İrandakı hərbi attaşesi, polkovnik Elvin Qasımov Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində Ermənistanın növbəti hərbi təxribatının qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə özünümüdafiə hüququ çərçivəsində keçirdiyi uğurlu hərbi əməliyyatlarla ərazilərimizi işğaldan azad etdiyini qeyd edib. Ermənistanın silahlı birləşmələrinin 93 nəfər mülki şəxsi, o cümlədən 12 uşaq və 27 qadını qətlə yetirdiyini bildirib. Hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun 2907 hərbi qulluqçusunun şəhid olduğunu, 7 hərbi qulluqçusunun isə itkin düşdüyünü diqqətə çatdırıb.

 

İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pak Ayin çıxış edərək Azərbaycan hər zaman öz torpaqlarını azad etmək uğrunda mübarizə apardığını və buna uğurla nail olduğunu diqqətə çatdırıb. Möhsün Pak Ayin Azərbaycanda səfir işlədiyi müddətdə Qarabağın azad olunmasını arzuladığını, qonşu və dost Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi İranda da sevinclə qarşılandığını, İranın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini hər zaman dəstəklədiyini qeyd edib. Keçmiş səfir İranın yeni seçilən Prezidenti İbrahim Rəisinin qonşularla münasibətlərə xüsusi diqqət yetirdiyini də bildirib və Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olanların xatirəsini hər zaman əziz tutacaqlarını vurğulayıb.

 

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Hüseyn Avni Bıçaqlı çıxış edərək bildirib ki, Azərbaycan öz ərazilərini işğaldan azad etməklə bütün regionda sülhün və əmin-amanlığın qorunmasında maraqlı olduğunu göstərib. O, Azərbaycanın regionda təhlükəsizliyin təmin olunmasına böyük töhfə verdiyini, işğaldan azad edilən rayonlarda həyata keçirilən quruculuq işlərinin, “ağıllı kənd”, “ağıllı şəhər” kimi layihələrin reallaşdırılmasının Azərbaycanın məqsədinin regionda sabitliyi təmin etmək olduğunu göstərdiyini qeyd edib. İƏT Baş katibinin müavini torpaqlarının azad edilməsi münasibətilə Azərbaycan Respublikası Səfirliyinə və xalqına təbriklərini çatdıraraq, şəhidlərin bu anım günündə hörmətlə yad olunduğunu bildirib.

 

Səfirlik tərəfindən təşkil olunmuş “Unutmadıq” adlı foto-sərgi və anım tədbirinə qatıldıqlarına görə iştirakçılara təşəkkür edən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Vətən Müharibəsi şəhidlərinin erməni təcavüzünün qarşısını almaqla 30 ilə yaxın davam etmiş işğala son qoymaq və Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etmək uğrunda canlarını fəda etdiklərini bildirib. Səfir Azərbaycanın sülh yolu ilə münaqişəni həll etmək çağırışlarına məhəl qoymayan Ermənistanın 30 il ərzində müharibə və insanlığa qarşı cinayətlərini davam etdirdiyini, işğal altında qalan bütün şəhər və kəndləri, mədəni və dini abidələri viran qoyaraq yerlə yeksan etdiyini vurğulayıb. Həmin ərazilərdə mövcud olan 67 məsciddən 65-nin ermənilər tərəfindən tam dağıdıldığını, qalan 2 məscidinin isə heyvan saxlancı kimi istifadə etdiklərini bildirən Əli Əlizadə, bunun tək Azərbaycan üçün deyil, bütün müsəlman və islam aləmi üçün təhqir olduğunu diqqətə çatdırıb.

 

Səfir bütün bu erməni vəhşiliklərinə şəhidlərimizin qəhrəmanlığı, canı və qanı bahasına, eləcə də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun şücaəti və əzmi sayəsində son qoyulduğunu, şəhidlərimizin qanının yerdə qalmadığını və Azərbaycan torpaqlarının işğaldan azad edildiyini bildirib. Şəhid ailələrinin dövlətimizin və xalqımızın daim diqqət və qayğısında olduğunu qeyd edən səfir, şəhidlərimizin ölmədiyini, daim Azərbaycan xalqının qəlbində yaşadığını və Prezident İlham Əliyevin sərəncamı ilə təsis olunmuş Anım Gününün buna bariz nümunə olduğunu ifadə edib.

 

Diplomat 30 ilə yaxın davam edən münaqişə dövründə dost və qonşu ölkə olan İran İslam Respublikasının da Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyinə görə təşəkkür edərək, İranla sərhəddə olan 132 kilometr Azərbaycan ərazilərinin də işğaldan azad edildiyini və Azərbaycan Prezidentinin həmin sərhədi dost və əməkdaşlıq sərhədi adlandıraraq İranla əlaqələrdə yeni imkanlar açdığını bildirdiyini xatırladıb. Əli Əlizadə bu sərhəd ərazilərin də İranla əlaqələrin daha da güclənməsinə öz töhfəsini verəcəyinə inandığını və bu istiqamətdə Azərbaycanın əməkdaşlığa hər zaman hazır olduğunu vurğulayıb.

 

Tədbir iştirakçıları 44 günlük Vətən müharibəsindən bəhs edən sənədli filmə də baxıb, eləcə də xatirə dəftərinə ürək sözlərini yazıblar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Taliban" Moskvada iqtisadi və siyasi dəstək istəyəcək 20 Oktyabr 2021, 00:55 Sabirabadda ev yandı 20 Oktyabr 2021, 00:23 Sabiq konsul Elnur Əşrəfoğludan YAZDI 20 Oktyabr 2021, 00:23 XİN-dən Zəngilanla bağlı PAYLAŞIM 20 Oktyabr 2021, 00:19 Zəngilanın işğaldan azad edilməsindən 1 İL ÖTÜR 20 Oktyabr 2021, 00:06 Türkiyədə daha 223 nəfər COVID-in qurbanı oldu 19 Oktyabr 2021, 23:53 Paşinyan Qarabağ məsələsindən yaxa qurtarmaq istəyir - TƏHLİL 19 Oktyabr 2021, 23:31 Bir ailə göbələkdən zəhərləndi: Ölən var 19 Oktyabr 2021, 23:29 Münhen aeroportunda 1,2 ton narkotik müsadirə edildi 19 Oktyabr 2021, 23:00 Koronavirusdan vəfat edən Elnur Əşrəfoğlu kim idi? - DOSYE 19 Oktyabr 2021, 22:52 Afrikada güc mübarizəsi: Türkiyənin mövqeyi 19 Oktyabr 2021, 22:35 Fuad Qəhrəmanlının qızına təcavüzdə ittiham edilən şəxs saxlanılıb 19 Oktyabr 2021, 22:14 ABŞ-da təyyarə qəzası: Yaralılar var 19 Oktyabr 2021, 21:50 Konqoda yük maşını çaya düşdü: 50 ölü 19 Oktyabr 2021, 21:35 BMT KXDR-in raket sınağından narahatdır 19 Oktyabr 2021, 21:21 NATO rəsmisi Gürcüstanın vasitəçilik rolundan danışdı 19 Oktyabr 2021, 20:56 Telman İsmayılovla bağlı materiallar Monteneqroya verildi 19 Oktyabr 2021, 20:51 28 may qeyri-iş, 18 oktyabr iş günü olacaq 19 Oktyabr 2021, 20:34 “Xiaomi” elektromobillərin kütləvi istehsalına başlayır 19 Oktyabr 2021, 20:20 Türk Şurasından Afrika ölkələrinə peyvənd YARDIMI 19 Oktyabr 2021, 19:50 Nazir beynəlxalq konfransda Zəngəzur dəhlizindən danışdı 19 Oktyabr 2021, 19:42 Gülağa Aslanlının ürəyinə stent qoyuldu 19 Oktyabr 2021, 19:33 Azərbaycan daha 5 hərbçini Ermənistana QAYTARDI 19 Oktyabr 2021, 19:28 Elnur Əşrəfoğlu VƏFAT ETDİ 19 Oktyabr 2021, 19:11 Prezident Xorvatiyanın xarici işlər nazirini qəbul etdi 19 Oktyabr 2021, 19:06 Erməniləri təşvişə salan hərbi hissə - VİDEO 19 Oktyabr 2021, 19:00 Daha bir məktəb distant tədrisə keçdi 19 Oktyabr 2021, 18:56 İlham Əliyev Ərdoğana başsağlığı verdi 19 Oktyabr 2021, 18:50 Koronavirusun yeni ştammı aşkarlandı 19 Oktyabr 2021, 18:43 Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir 19 Oktyabr 2021, 18:36 Universitetdə “Özbək dili günü” - FOTOLAR 19 Oktyabr 2021, 18:30 Prokurorluq həkimlə bağlı araşdırmalara BAŞLADI 19 Oktyabr 2021, 18:23 Dolların məzənnəsi sabit qaldı 19 Oktyabr 2021, 18:16 Azyaşlı sığınacağa yerləşdirildi - SƏBƏB  19 Oktyabr 2021, 18:10 Əli Əsədov slovakiyalı nazirlə GÖRÜŞDÜ 19 Oktyabr 2021, 18:05