Arxiv
11 Oktyabr 2021, 09:27 | TƏHSİL
Prezident təqaüdçüləri: 672 bal toplayan tələbənin uğura gedən YOLU

Bu il Azərbaycan Respublikasının ali məktəbələrinə qəbul olunan tələbələrdən 102 nəfər Prezident təqaüdünə layiq görülüb.

Onlardan 33 nəfər Bakı Ali Neft Məktəbində təhsil alacaq. Tibb Universitetinə qəbul olunan tələbələrdən 25-i, Bakı Dövlət Universitetində oxuyacaq tələbələrdən isə 15-i Prezident təqaüdçüsüdür.  ADA Universitetindən 12, Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 8, Dövlət İdarəçilik Akademiyasından 4, Azərbaycan-Fransız Universitetində (UFAZ) 2, Xüsusi təyinatlı ali məktəbdən 2, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) 1 nəfər gənc Prezident təqaüdçüsü kimi siyahıya düşüb.

Bu tələbələr 210 manat Prezident təqaüdü alacaqlar.

Modern.az saytı bu gündən başlayaraq “Prezident təqaüdçüləri” adlı rubrikaya start verir. Bu rubrikada 2021-2022-ci dərs ilində Prezident təqaüdünə layiq görülmüş I kurs tələbələrini sizə tanıdacağıq.

Beləliklə, rubrikamızın ilk təqdimatını edirik…

Bakı şəhərindəki 36 nömrəli məktəbin məzunu Vətən Məmmədova bu il Prezident təqaüdünə layiq görülən 102 tələbədən biridir.

Vətən ali məktəblərə keçirilən qəbul imtahanlarında 672 bal toplayaraq, ADA Universitetinə qəbul olunub. O, universitetin Hüquq fakültəsində təhsil almağa başlayıb.

Qazandığı uğurun sirrini Modern.az-la bölüşən Vətən Məmmədova deyib ki, son iki ildə  universitetə hazırlaşmaq üçün böyük əmək sərf edib.

“Dərslərimi hazırlayan zaman əlbəttə ki bəzi problemlərlə rastlaşırdım. Bəzi günlər hansısa səbəblərdən oxumaq həvəsi olmurdu. Buna baxmayaraq, həmişə qarşıma qoyduğum məqsədi xatırlayıb, özümü motivasiya etməyi bacarırdım”.

Prezident təqaüdçüsü deyir ki, hazırlıq müddətində ən böyük dəstəyi təbii olaraq ailəsindən görüb:

“Məncə uğura gedən yolda bu, çox önəmli amildir”.

Müsahibimizin sözlərinə görə, qəbul olunduğu universitet tam da xəyal etdiyi kimidir.

“Tələbə olmaq gözəl bir duyğudur. Tələbə yoldaşlarımla yaxşı münasibətim var. Amma təəssüf ki, pandemiya ilə əlaqədar çox vaxt keçirə bilmirik. Hər kəs kimi mənim də uşaqlıqdan sevdiyim peşə var, hüquqşünas olmaq istəmişəm. Nəhayət hüquqşünaslıq ixtisası üzrə təhsil alacaq. Bu isə o deməkdir ki, məqsədimə nail olmuşam. Prezident təqüdünə layiq görüldüyümü biləndə çox xoşbəxt oldum”.


Vətən Məmmədova ali məktəbə hazırlaşan abituriyentlərə tövsiyə edir ki, özləri üçün müəyyən etdikləri hədəfi – məqsədi heç bir an unutmasınlar.  Onun sözlərinə görə, dərslərə ruh yüksəyliyilə qatılmaq, müəllimlərin tapşırıqlarına diqqətlə yanaşmaq, əyləncələrdən uzaq olmaq vacib şərtlərdi: "Abituryent özünü hazırlığa motivasiya etməyi bacarmalıdır".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Papanı təhqir edən keşiş həbs edildi 5 Dekabr 2021, 18:15 Nazirlərin tualetindən kokain tapıldı 5 Dekabr 2021, 17:58 Səudiyyə Ərəbistanı və Fransa arasında müqavilə 5 Dekabr 2021, 17:45 Tanınmış jurnalist dünyasını dəyişdi 5 Dekabr 2021, 17:30 Minskdən Kiyevə nota 5 Dekabr 2021, 17:17 2 azyaşlı bacı dəm qazından zəhərləndi 5 Dekabr 2021, 17:05 Eltac Səfərli liderlər qrupunda 5 Dekabr 2021, 17:00 III doza vaksin vurduranlar 1 milyonu ÖTDÜ 5 Dekabr 2021, 16:44 Bu gün yoluxanlar: 1791 nəfər sağaldı 5 Dekabr 2021, 16:34 Oğuzda ev yandı  5 Dekabr 2021, 16:33 İlon Mask evsiz qaldı 5 Dekabr 2021, 16:29 Avropa Parlamentindən Kremlə ULTİMATUM 5 Dekabr 2021, 16:25 Türk ordusu 3 terrorçunu məhv etdi 5 Dekabr 2021, 16:18 Fati "Bavariya" ilə oyunu buraxacaq 5 Dekabr 2021, 16:04 İranda virus statistikası 5 Dekabr 2021, 15:55 ABŞ kəşfiyyat təyyarəsi Azərbaycan sərhədi boyunca uçdu 5 Dekabr 2021, 15:47 Brüssel masasında nələr var: Bakı İrəvana nələri DİQTƏ EDƏCƏK? 5 Dekabr 2021, 15:31 Gəncədə ağır qəza: ölənlər var 5 Dekabr 2021, 15:16 Gürcüstandan Ermənistana keçid qaydaları dəyişdi 5 Dekabr 2021, 15:12 Şabranda qardaş bacısını öldürdü 5 Dekabr 2021, 15:02 Federasiyadan seyf OĞURLADILAR 5 Dekabr 2021, 14:58 Göyçayda polis viruslu xəstələri saxladı 5 Dekabr 2021, 14:52 Marş "Leyptsiq"dən ayrıldı 5 Dekabr 2021, 14:44 Tanınmış şair dünyasını dəyişdi 5 Dekabr 2021, 14:35 Rusiyada koronavirus statistikası 5 Dekabr 2021, 14:23 Suriyadakı ABŞ bazasına hücum 5 Dekabr 2021, 14:15 Gəncədə "avtoş"lar saxlanıldı 5 Dekabr 2021, 14:12 Virus xəstəsi məsuliyyətə cəlb edildi 5 Dekabr 2021, 14:08 Nazir ekspertlərlə görüşdü 5 Dekabr 2021, 13:58 Türkiyədə evləri su basdı 5 Dekabr 2021, 13:51 Hindistanda atışma: ölənlər var 5 Dekabr 2021, 13:44 Avstraliya parlamenti bağlandı 5 Dekabr 2021, 13:40 Nur-sultanda xeyriyyə festivalı 5 Dekabr 2021, 13:31 Ramiz Abutalıbovun vəziyyəti AĞIRDI   5 Dekabr 2021, 13:19 İlin ən yaxşı futbol hakimi açıqlandı 5 Dekabr 2021, 13:14
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?