Arxiv
11 Oktyabr 2021, 15:36 | ZƏNGƏZUR
Rəsmi Tehranın “Qafqaz dəhlizi” “siyasi manevr”dir

İranın yollar və şəhərsalma nazirinin müavini Xeyrullah Xademi Tehranın Ermənistan vasitəsilə Gürcüstana yeni tranzit yolunun tikintisində ermənilərlə birgə iştirak etməyə hazır olduqlarını bildirib: “Ən qısa zamanda alternativ marşrut yaratmaq lazımdır ki, yol artıq Azərbaycan ərazisindən keçməsin, bu da ermənilər üçün çox vacibdir və onların ehtiyaclarını ödəyir”.

 

Söhbət İran və Ermənistanın “Qafqaz Dəhlizi” adlandırdığı dəhlizin salınmasından gedir. İran “Qafqaz Dəhlizi” ilə Ermənistan və daha sonra Gürcüstan ərazisiylə Rusiya və Avropaya çıxmağı hədəfləyir. Amma bu dəhliz nə dərəcədə səmərəlidir?

 

Bu barədə Modern.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, regionda yeni alternativ dəhlizin inşa edilməsi xüsusi xərc tələb edir:

 

“Mövcud maliyyə imkanlarını nəzərə aldıqda Ermənistan nəqliyyat və logistikaya böyük sərmayə qoyuluşu həyata keçirmək gücündə deyil. Uzun müddət sanksiyalara məruz qalan İranın da bu istiqamətdə resursları güclü hesab olunmur.

İkincisi, İran və Ermənistanın bəhs etdiyi ərazinin relyefi yeni dəhliz formalaşdırmaq baxımından cəlbedici deyil. Hətta buna cəhd olunsa da belə, bu, müəyyən zaman alacaq.

Üçüncüsü, “Zəngəzur Dəhlizi” istifadəyə veriləndən sonra Qərb və Şərqin Azərbaycan üzərindən beynəlalq yükdaşımaları artıracağı gözlənilir. “Şərq-Qərb” Nəqliyyat Dəhlizinin genişlənməsi digər potensial alternativlərinin iqtisadi rentabelliyini ciddi şəkildə azaldacaq.

 

Dördüncüsü, Qərb və eləcə də Şərq sanksiyaların tətbiq olunduğu dövlətin iştirak etdiyi beynəlxalq nəqliyyat dəhlizindən daha geniş şəkildə istifadə maraqlı deyil. Eyni zamanda, “bir istiqamətdə yükdaşımalar” da belə dəhlizlərin iqtisadi səmərəlliyini azaldır”.

 

 

Parlamentari deyib ki, Azərbaycan regionda nəqliyyat “HAB”ına çevrilməkdədir:

 

“Azərbaycan beynəlxalq nəqliyat dəhlizlərinə digər infrastruktur, o cümlədən yeni beynəlxalq hava limanları və Bakı-Tbilisi-Qars kimi dəmiryolu şəbəkəsi ilə inteqrasiya olunur. Bu da ölkəmizin regionda Nəqliyyat Habına çevrilməsinə imkan verir.

Göründüyü kimi, rəsmi Tehranın axtardığı alternativlər iqtisadi baxımdan rentabelli olmamaqla yanaşı, daha çox “siyasi manevr” məqsədi daşıyır”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yük maşını təyyarə ilə toqquşdu 7 Dekabr 2021, 00:49 Eşşəyə sillə vurdu, həbs edildi 7 Dekabr 2021, 00:41 İlon Maska böyük rəqib 7 Dekabr 2021, 00:22 Türkiyə-Qətər: Regional tərəfdaşlıqdan strateji əməkdaşlığa 6 Dekabr 2021, 23:50 Finlandiya F-35-i seçdi 6 Dekabr 2021, 23:44 ABŞ Pekin Olimpiadasını boykot etdi - YENİLƏNİB 6 Dekabr 2021, 23:27 İtaliyada vaksinlə bağlı “super yaşıl passport” 6 Dekabr 2021, 23:13 Türkiyədə koronavirusla bağlı son vəziyyət 6 Dekabr 2021, 22:48 Rusiyada hər 5 nəfərdən 1-i SSRİ-nin açılışını bilmir 6 Dekabr 2021, 22:36 Türk Dövlətləri Təşkilatı Afrika ölkələrinə peyvənd BAĞIŞLADI 6 Dekabr 2021, 22:17 XİN rəhbərinin müavini IFRC Baş katibini qəbul etdi 6 Dekabr 2021, 22:01 Koronavirus xəstəsi KÜÇƏDƏ 6 Dekabr 2021, 21:43 Rusiya Tacikistandakı bazaya yeni tanklar göndərir 6 Dekabr 2021, 21:12 Ceyhun Bayramov Dövlət Katibinin köməkçisi ilə DANIŞDI 6 Dekabr 2021, 21:02 İlham Əliyev: “Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq” 6 Dekabr 2021, 20:46 “Bizim şərtlərimizi qəbul etməlidirlər” - Prezident 6 Dekabr 2021, 20:42 Qubanın Qonaqkənd qəsəbəsində yeni Mədəniyyət Evi inşa olunub 6 Dekabr 2021, 20:29 Yaponiyadan müdafiə ilə bağlı yeni addım 6 Dekabr 2021, 20:13 Zakir Həsənovdan Pakistana BAŞSAĞLIĞI 6 Dekabr 2021, 19:58 İham Əliyev Quba-Qonaqkənd yolunun açılışında 6 Dekabr 2021, 19:56 Müdafiə nazirinin müavini Moskvaya getdi 6 Dekabr 2021, 19:52 Heydər Əliyev Fondu Qubada yeni məktəb tikdi - FOTO 6 Dekabr 2021, 19:40 Qeyri-neft ixracı 44 faiz ARTIB 6 Dekabr 2021, 19:33 “Quba ABAD Factory” müəssisəsi açıldı - FOTOLAR 6 Dekabr 2021, 19:23 Ukraynada silahlı qüvvələr günü 6 Dekabr 2021, 19:16 Prezident və ailəsi Quba Olimpiya İdman Kompleksində - FOTOLAR 6 Dekabr 2021, 19:08 Rusiya və Hindistan arasında hərbi saziş 6 Dekabr 2021, 18:55 AŞPA rəsmiləri Gürcüstana gəlir 6 Dekabr 2021, 18:46 Sahibə Qafarova Kobitski ilə GÖRÜŞDÜ 6 Dekabr 2021, 18:35 Pakistanda helikopter qəzası - İki zabit öldü 6 Dekabr 2021, 18:24 Prezident və ailə üzvləri Qubada - YENİLƏNİB (FOTOLAR) 6 Dekabr 2021, 18:23 Almaniyada koalisiya müqaviləsi imzalanacaq 6 Dekabr 2021, 18:19 Nazir qalmaqallı müavinindən danışdı: "Yüksək təcrübəyə malik mütəxəssisdir" 6 Dekabr 2021, 18:14 DİN adından istifadə edən dələduza hökm oxundu 6 Dekabr 2021, 18:09 "İdeal"ın keçmiş sahibi məhkəməyə etiraz etdi 6 Dekabr 2021, 18:04
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?