Modern.az

Şirkət rəsmisi 15 min manatı MƏNİMSƏYİB

Şirkət rəsmisi 15 min manatı MƏNİMSƏYİB

13 Oktyabr 2021, 12:00

Siyəzən rayonu ərazisində yerləşən “Caspian Coast Winery and Vineyards” MMC-nin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna müraciət daxil olub.

 

Siyəzən Rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən şirkətin bölgələr üzrə satış nümayəndəsi vəzifəsində işləyən Vüqar Səmədzadənin işlədiyi müddət ərzində müəssisənin büdcəsindən ümumilikdə 14 min 89 manat məbləğində pul vəsaitini müxtəlif qanunsuz üsullarla mənimsəməsinə əsaslı şübhələr müəyyənləşib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə- şəxs tərəfindən öz qulluq  mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı