Arxiv
15 Oktyabr 2021, 09:47 | QARABAĞ
Qarabağdakı ermənilər azalır - Rus sülhməramlıları NARAHATDIR

"Əldə etdiyimiz məlumata görə, Rusiya hakimiyyəti və Qarabağda yerləşən rus sülhməramlıları Qarabağdakı mühacirət dərəcəsindən çox narahatdır”.

Modern.az saytının məlumatına görə, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.

Qəzet qeyd edir ki, Rusiya tərəfi mühacirətin Qarabağın demoqrafik mənzərəsini dəyişə biləcəyinə inanır. Düşünürlər ki, Qarabağ ermənilərinin bu əraziləri tərk etməsi nəticəsində insanların yaşamadığı torpaqların qorunmasına artıq ehtiyac olmayacaq.

 

"Hraparak" qeyd edir ki, sülhməramlıların 5 illik yerləşdirmə müddəti başa çatanda Qarabağdakı ermənilərin sayının kəskin azaldığı fakt olaraq ortaya çıxa bilər ki, bu da Ermənistan üçün ciddi problem sayılmalıdır.

Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yaşayan ermənilərin sayı həm Ermənistan hakimiyyəti, həm də Rusiya tərəfindən şişirdilir. Guya İkinci Qarabağ Müharibəsindən sonra Qarabağda 100 mindən çox erməni yaşayır.

Amma faktlar əksini deyir. Azərbaycan Prezidenti İlham Əliyev də bu günlərdə Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsində Qarabağda məskunlaşdırılan ermənilərin sayının hazırda maksimum 25 min nəfər olduğunu bəyan edib.

İkinci Qarabağ Müharibəsindən sonra ermənilər Qarabağda qalıb yaşamağın onlar üçün çətin olacağını anlayırlar. Erməni mənbələri də onların Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi  ərazilərdən çıxıb getməyin yollarını axtardığı barədə yazır. Qeyd edilir ki, Qarabağ erməniləri daha yaxşı şərait üçün ya Rusiyaya, ya da Ermənistana köç etməyə məqam axtarırlar. Amma Qarabağdakı qanunsuz erməni silahlı dəstələri – separtçı-terrorçu tör-töküntü ciddi cəhdlər mülki şəxslərin ərazilərdən çıxıb getməsinin qarşısını almağa çalışır.

10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən, Qarabağa 2000 nəfərdək rus sülhməramlısı yerləşdirilib.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Koronavirusu çinlilər icad etməyib” - Məşhur alim 6 Dekabr 2021, 12:32 Aziz Sancar İlham Əliyevlə görüşündən danışdı 6 Dekabr 2021, 12:29 Səlim Müslümovun həbs müddəti uzadıldı 6 Dekabr 2021, 12:27 Rusiya sülhməramlılarından Ağdərə AÇIQLAMASI 6 Dekabr 2021, 12:24 Maaş, pensiya və təqaüdlərin nə qədər artacağı AÇIQLANDI 6 Dekabr 2021, 12:20 BirKart hədiyyə qazandırır  6 Dekabr 2021, 12:15 “Azərbaycanlı alimlərlə işləmək planım yoxdu” 6 Dekabr 2021, 12:12 Vətən müharibəsinin qazi müəllimi insultdan öldü 6 Dekabr 2021, 12:10 Prezident Vüqar Gülməmmədovla bağlı sərəncam İMZALADI 6 Dekabr 2021, 12:05 “Vətənpərvərlik qazanc yeri deyil” - Əkrəm Əylisli 6 Dekabr 2021, 12:00 Azad olunmuş ərazilərdə maliyyə-bank xidmətləri yaradılır 6 Dekabr 2021, 12:00 “Qarabağda yıxılmayan bir bina görmədim” 6 Dekabr 2021, 11:58 Azad edilmiş ərazilərdə daha 30 mina AŞKARLANDI 6 Dekabr 2021, 11:55 İlham Əliyev 9 nəfərə fəxri ad verdi - SƏRƏNCAM 6 Dekabr 2021, 11:50 “Türk dünyası güclü olarsa, nə masada, nə də meydanda məğlub olar” – Aziz Sancar   6 Dekabr 2021, 11:45 Prezident bu şəxsləri təltif etdi - SİYAHI 6 Dekabr 2021, 11:40 “Amerikada zəncilər alt təbəqədir” - Nobel mükafatçısı 6 Dekabr 2021, 11:36 Prezident olmaqdan könüllü imtina etdim - Nazarbayev 6 Dekabr 2021, 11:30 Helikopter qəzasında şəhid olan hərbçilərin vərəsələrinə veriləcək sığorta ödənişlərinin həcmi AÇIQLANDI 6 Dekabr 2021, 11:24 “Arzu etmişdim ki, Şuşada namaz qılım” - Aziz Sancar 6 Dekabr 2021, 11:18 426 nəfər xarici vətəndaş Azərbaycanda yaşamaq istəyir 6 Dekabr 2021, 11:12 13 yaşlı oğlan Qusarda dağdan yıxılıb ÖLDÜ 6 Dekabr 2021, 11:06 Azərbaycan daha iki beynəlxalq sənədə qoşulur 6 Dekabr 2021, 11:00 Qarabağda 10 seysmik stansiya qurulacaq 6 Dekabr 2021, 10:55 Qarabağda yaşayıb-işləyəcək şəxslərə vergi güzəştləri olacaq 6 Dekabr 2021, 10:50 Şəhidin övladları himayəyə götürüldü - FOTO 6 Dekabr 2021, 10:44 Gürcüstanda 63 nəfər virusdan öldü 6 Dekabr 2021, 10:38 Şabranda qardaş bacısını BIÇAQLADI 6 Dekabr 2021, 10:32 Evində toy etdi - CƏRİMƏLƏNDİ 6 Dekabr 2021, 10:26 Rəisi Azərbaycan və Türkmənistanla imzalanan müqavilənin əhəmiyyətindən DANIŞDI 6 Dekabr 2021, 10:20 Azərbaycan - Türkiyə birgə universiteti Bakıda yaradılacaq - Gəncədə, Şuşada filialları olacaq 6 Dekabr 2021, 10:15 Bölgələrdə fermerlərə səyyar XİDMƏT 6 Dekabr 2021, 10:10 Messinin oteli sökülür 6 Dekabr 2021, 10:05 Qalmaqallı nazir müavini TƏYİNATINDAN DANIŞDI 6 Dekabr 2021, 10:00 Kəndlisini bıçaqla ÖLDÜRDÜ 6 Dekabr 2021, 09:54
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?