Modern.az

“Böyük dəbilqə”: Komandamız daha bir medal qazandı

“Böyük dəbilqə”: Komandamız daha bir medal qazandı

Aktual

16 Oktyabr 2021, 22:08

Parisdə keçirilən “Böyük dəbilqə” turnirində komandamızın üzvü Hidayət Heydərov bürünc medal qazanıb.

 

Modern.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz həlledici mərhələdə Guillaume Çaneti (Fransa) məğlub edərək üçüncü yeri tutub.

 

Qeyd edək ki, bundan əvvəl cüdoçumuz Balabəy Ağayev turnirin qızıl medalına layiq görülüb.

 

Oktyabrın 17-dək davam edəcək turnirdə 46 ölkədən 283 cüdoçu iştirak edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı