Arxiv
16 Oktyabr 2021, 23:55 | DÜNYA
Tehranın narkotrafikdəki ortaqları - Koçaryan, Sarkisyan…

Prezident İlham Əliyevin İranın işğal dövründə Qarabağdan narkotrafik marşrutu kimi istifadə etdiyi haqda fikirlərindən sonra Tehran yenə inciyib. Bu ölkənin milli təhlükəsizlik şurasının katibi Əli Şəmxani bunu qəbul etmədiklərini deyib və iddia edib ki, “İran dünyada narkotika ilə mübarizədə qəhrəman ölkədir”.


Daha sonra Azərbaycanı “şeytanların ağır cəzası olan tələlərinə diqqət edin” sözləri ilə təhdid edib.


İran doğrudanmı qəhrəmandır?


Bu ölkədə narkotikdən istifadə gündəlik həyat tərzinə çevrilib. İranlı jurnalist Ramin Mostaqhim “Los Amceles Times” nəşri üçün hazırladığı reportajda yazır:


“İnsanlar tiryəki bükmək üçün kolların və xurma ağaclarının arxasında oturur və açıq şəkildə istifadə edirlər. Hətta həkimlər və tibb bacıları da istifadəçidir”.


İranda narkomaniya problemi milli epidemiyaya çevrilib: rəsmi şəxslər, həkimlər, kasıblar, zənginlər, dindarlar və dünyəvilər heroin də daxil olmaqla müxtəlif narkomaddələrdən istifadə edirlər.


Tehranın qərbində rabilitasiya mərkəzinin direktoru Həsən Rəzəvi deyir ki, narkomaniya cəmiyyətin bütün təbəqələrinə yayılıb: “Din xadimlərinin, ayətullahların övladları belə bizim klinikada müalicə olunurlar”.


O, son bir neçə ildə narkomaniyadan əziyyət çəkən 250 xəstəsinin olduğunu deyir: xəstələri arasında cərrahlar, sənətçilər, aktyorlar, müəllimlər, dövlət şirkətlərinin menecerləri və digər əməkdaşları da var.


Narkomaniya probleminin əsas səbəbi İranın Əfqanıstandan Avropaya tiryək və heroin daşınmasında əsas marşrut olmasıdır. İranlı həkimlər bildirir ki, sanksiyaların tətbiqindən sonra ölkədə narkomanların sayı daha da artıb: iqtisadi durğunluq insanların məyusluğunu artırır və bütün çətinlikləri unutmaq üçün narkotikdən istifadə edirlər.


Hətta kef məclislərində narkotikdən açıq şəkildə istifadə olunur. Skripkaçı Şabanəli Mirşəkər deyir ki, ilk dəfə 12 yaşında bir məclisə ifa etmək üçün gedəndə onu tiryəkdən istifadə etməyə məcbur ediblər. Ondan sonra asılılıq yaranıb.


BMT-nin Narkotiklərlə Mübarizə İdarəsi İranın ən böyük problemlərindən birinin nakomaniya olduğunu bildirir. Rəsmi məlumatlara görə, ölkədə 3 milyona yaxın narkotikdən istifadə edən var, lakin reabilitasiya mərkəzlərinin həkimləri real rəqəmlərin daha çox olduğunu bildirir.


Əfqanıstandan narkotiklərin gətirilməsi, istehsalı və Avropa bazarına çıxarılması işini İranın yüksəkçinli şəxsləri himayə edirlər.


İndi Şəmxani deyir ki, “İran narkotiklər mübarizədə qəhrəman ölkədir”.


Və işğal dövründə Qarabağdan narkotrafik kimi istifadə etdiklərini təkzib edir.


İran Qarabağdan iki məqsədlə istifadə edirdi:


Birincisi, narkotik daşınmasında marşrut kimi;


İkincisi, xammalın istehsalı üçün laboratoriya kimi.


Amerikalı diplomatların Ağ Evə göndərdikləri məxfi qrifli hesabatlarını yayan “Vikiliks” saytında da

İranın Qarabağda narkotrafik və istehsal mərkəzi olaraq istifadə etdiyi haqda məlumatlar var idi.

Tehranın ortaqları isə keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan olub. İstisna deyil ki, Paşinyan da sələflərinin mirasını davam etdirir.


Asif Nərimanlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyəli həkimlər Saleh Rüstəmovu müayinə etdilər - vəziyyəti ağırlaşıb 9 Dekabr 2021, 15:45 Keçmiş MTN polkovnikinin ölüm SƏBƏBİ 9 Dekabr 2021, 15:38 Türkiyədə hərbçi şəhid oldu 9 Dekabr 2021, 15:26 “ASAN müraciət”in Əsasnaməsi TƏSDİQLƏNDİ   9 Dekabr 2021, 15:20 Vidadi Muradov çayçını şirkət direktoru təyin edib - MƏHKƏMƏ 9 Dekabr 2021, 15:14 Nazirlikdəki islahatlar davamlı olacaq 9 Dekabr 2021, 15:10 Spiker Mustafa Şentopla görüşüb 9 Dekabr 2021, 15:06 Aşıq Ələsgərin nəvəsinin təklifinə metropolitendən REAKSİYA 9 Dekabr 2021, 15:00 Nizami rayonuna su verilməyəcək 9 Dekabr 2021, 14:55 Ruslan Əliyev sualları cavablandıracaq 9 Dekabr 2021, 14:50 Müştərilərə qəlyan təklif edən şəxs həbs olundu 9 Dekabr 2021, 14:45 Azərbaycan hər zaman zəfərlərə yol açacaq 9 Dekabr 2021, 14:40 İranda 78 nəfər koronavirusdan öldü 9 Dekabr 2021, 14:36 Tovuz çayı üzərində körpü tikilir - FOTOLAR 9 Dekabr 2021, 14:32 Azərbaycanda daha bir qadağa LƏĞV OLUNUR 9 Dekabr 2021, 14:28 Xəzər sahilində təyyarə yerə çırpılıb - Xəsarət alanlar var 9 Dekabr 2021, 14:23 Lerikdə dağ-meşə ərazisində yanğın olub 9 Dekabr 2021, 14:20 Bu jurnalistlərə vahid vəsiqə veriləcək 9 Dekabr 2021, 14:16 Bəzi jurnalistlərə güzəşt və imtiyazlar veriləcək 9 Dekabr 2021, 14:12 Dövlət Komitəsində britaniyalı analitiklərlə GÖRÜŞ 9 Dekabr 2021, 14:08 Mərkəzi Bank banklara vaxt verdi  9 Dekabr 2021, 14:05 Bir ildə 189 vətəndaşımız minaya düşüb - RƏSMİ 9 Dekabr 2021, 14:03 Almaniyanın "İşıqfor hökuməti” nə vəd edir? - ŞƏRH 9 Dekabr 2021, 14:00 Aşıq Ələsgərin nəvəsi - Metrostansiyalardan birinə babamın adı verilsin! 9 Dekabr 2021, 13:58 Onlayn medianın təsisi üçün icazə tələb olunmayacaq 9 Dekabr 2021, 13:54 “Beşiktaş”ın baş məşqçisi istefa verdi 9 Dekabr 2021, 13:50 Media orqanlarının bir-birindən xəbər “oğurlaması” qadağan edilir 9 Dekabr 2021, 13:47 Şuşadakı mina partlayışı ilə bağlı cinayət işi AÇILDI 9 Dekabr 2021, 13:43 ANAMA Daşaltıda minaya düşən şəxslərlə bağlı məlumat YAYDI 9 Dekabr 2021, 13:40 Misir Mərdanov: “Müsahibə verdim, qalmaqal yarandı, daha danışmıram...” 9 Dekabr 2021, 13:35 Şuşada məktəb tikintisinə BAŞLANILIR 9 Dekabr 2021, 13:29 İstanbulda Heydər Əliyevin Anım Günü keçirilib 9 Dekabr 2021, 13:24 Ağalı kəndində təhsil distant olacaq - Nazir 9 Dekabr 2021, 13:20 200 şəhid portreti çəkən lerikli rəssam - VİDEO 9 Dekabr 2021, 13:15 Prokuror Rasim Quliyevə 6 il iş istədi 9 Dekabr 2021, 13:12
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?