Arxiv
18 Oktyabr 2021, 18:28 | AKTUAL
Gəncədə müstəqilliyin bərpasının 30 illiyi qeyd olunub

Gəncə şəhərində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə ulu öndər Heydər Əliyevin şəhərin baş meydanında yerləşən abidəsi ziyarət olunub.

 

Modern.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Kəpəz və Nizami rayon icra hakimiyyətlərinin başçıları Nizami Hacıyev və Eldəniz Xudiyev, millət vəkilləri, Aparatın məsul əməkdaşları, idarə, müəssisə, təşkilat və hüquq-mühafizə orqanları rəhbərləri, ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Gəncədə fəaliyyət göstərən ali təhsil müəssisələrində silsilə tədbirlər keçirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşan tədbirlər onlayn qaydada təşkil olunub. 

 

 

Gəncə Dövlət Universitetində təşkil olunan elmi-praktik konfransda universitetin rektoru, professor Yusif Yusibov çıxış edərək, bu tarixi günün əhəmiyyətindən danışıb. O qeyd edib ki, xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu var. Bəşəriyyətin yetişdirdiyi Heydər Əliyev kimi nadir dühalar isə özləri bütöv bir salnamə tarix yaratmağa qadir olurlar. Məhz bu gün qeyd etdiyimiz Müstəqillin Bərpası Günündə o dahi şəxsiyyəti - Heydər Əliyevi yada salmamaq mümkün deyil. Bütün sahələrdə qazandığımız uğurlara görə Azərbaycan xalqı ona borcludur. 

 

Daha sonra “Heydər Əliyev irsi: müasir dövlətçilik və müasirlik”, “Əbədi və dönməz müstəqilliyimiz-tarixi nailiyyətimizdir”, “Müstəqilliyimizin bərpasından ötən 30 il” və “Milli müstəqilliyimiz ən böyük sərvətimizdir” mövzularında məruzələr dinlənilib. 

 

 

Azərbaycan Texnologiya Universitetində keçirilən tədbirdə universitetin rektoru, professor Akif Süleymanov çıxış edərək, bildirib ki, bu gün Azərbaycanın müstəqilliyini bərpa etməsindən 30 il keçir. Bu tarixi qalib ölkə, bütöv Azərbaycan olaraq qeyd etməyimiz bizi olduqca qürurlandırır. Tədbirdə çıxış edənlər bu günün tarixindən danışaraq qeyd ediblər ki, otuz il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayıb. Nəhayət 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında bu sənəd qəbul edilib. Bu il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqləyib. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olunub.

Sonda Müstəqilliyin Bərpası Gününə həsr edilmiş videoçarx izlənilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Omikron”un daha yoluxucu olması ilə bağlı sübutlar YOXDUR 29 Noyabr 2021, 00:50 Bayden və Putin ilin sonuna qədər danışa bilər 29 Noyabr 2021, 00:42 Polşada Nizami Gəncəvinin 880 illiyi qeyd edildi 29 Noyabr 2021, 00:22 Əliyev Aşqabadda nəyə nail oldu? 29 Noyabr 2021, 00:04 Tovuzda ölümlə nəticələn ağır qəza 28 Noyabr 2021, 23:55 Spiker Ərəb Parlamentinin sədri ilə görüşdü 28 Noyabr 2021, 23:32 Sahibə Qafarova pakistanlı həmkarı ilə GÖRÜŞDÜ 28 Noyabr 2021, 23:18 Taliban avropalı diplomatlarla danışıqlar apardı 28 Noyabr 2021, 22:50 Deputatlar Qırğızıstan seçkilərini İZLƏDİLƏR 28 Noyabr 2021, 22:32 “Omikron”u öyrənmək üç həftə vaxt alacaq 28 Noyabr 2021, 22:08 Prezidentin Türkmənistana səfəri başa çatdı 28 Noyabr 2021, 21:47 Azərbaycan və Tacikistan Prezidentləri arasında görüş - YENİLƏNİB 28 Noyabr 2021, 21:44 İlham Əliyev və Ərdoğan görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:35 İlham Əliyev və Rəisi arasında Zəngəzur dəhlizi müzakirəsi 28 Noyabr 2021, 21:30 Rəisi Qarabağdan DANIŞDI 28 Noyabr 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 28 Noyabr 2021, 21:16 İlham Əliyev və Rəisi görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:00 "Omikron" bu dəfə Danimarkada 28 Noyabr 2021, 20:56 Çexiyada yeni hökumət rəhbəri 28 Noyabr 2021, 20:44 “Qalatasaray”ın sabiq prezidenti vəfat etdi 28 Noyabr 2021, 20:16 Qırğızıstan seçkilərinin ilkin nəticələri 28 Noyabr 2021, 19:52 İran, Azərbaycan və Türkmənistan arasında qaz MÜQAVİLƏSİ 28 Noyabr 2021, 19:45 "Region ölkələri ilə ticarətin inkişafı prioritetidir" - Rəisi 28 Noyabr 2021, 19:25 Ərdoğan Zəngəzur dəhlizindən DANIŞDI 28 Noyabr 2021, 19:11 Tehranın hədəfi 28 Noyabr 2021, 18:45 Rusiyadan "Omicron"la bağlı təkzib - YENİLƏNİB 28 Noyabr 2021, 18:39 Peru silkələndi 28 Noyabr 2021, 18:32 "Zirə" qalib gəldi 28 Noyabr 2021, 18:18 Hökumətlərarası komissiyanın iclası keçiriləcək 28 Noyabr 2021, 18:02 Poroşenko: "Belarus tələ qurub" 28 Noyabr 2021, 17:58 Finalçı gimnastlar müəyyənləşdi 28 Noyabr 2021, 17:50 Ərdoğan Azərbaycanın qələbəsindən söz açdı 28 Noyabr 2021, 17:42 Türkiyə prezidenti Aşqabad Zirvəsinin hədəfini açıqladı 28 Noyabr 2021, 17:17 Ərdoğan və Rəisi Azərbaycanı MÜZAKİRƏ ETDİ 28 Noyabr 2021, 17:12 Kuçava Rusiyanı işğalçı adlandırıldı 28 Noyabr 2021, 16:58
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?