Modern.az

Pedaqoji universitetdə tələbələr arasında kütləvi YOLUXMA

Pedaqoji universitetdə tələbələr arasında kütləvi YOLUXMA

19 Oktyabr 2021, 10:33

Ənənəvi dərslərə start verilən gündən Azərbaycan Dövlət Pedoqoji Universitetinin  (ADPU) 14 qrupunda tələbələr arasında koronavirus aşkarlanıb.

 

Bu barədə Modern.az-a ADPU-nun mətbuat katibi Cavid Hüseynov  məlumat evrib.

 

O qeyd edib ki, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində müxtəlif təhsil pillələrində 20363 nəfər tələbə təhsil alır:

 

“29 sentyabrdan etibarən dərslər ənənəvi qaydada keçirilməyə başlanıb. Dərslər hibrit formada həm onlayn, həm ənənəvi şəkildə təşkil olunur. Nazirlər Kabinetinin və Operativ Qərargahın bütün qaydalarına əməl olunur”.

 

C.Hüseynov koronavirusa yoluxmuş 14 qrupdan 2- nin ənənəvi təhsilə geri döndüyünü söyləyib:

 

“Ötən dövr ərzində 14 qrupda COVID-19 virusuna yoluxma faktı qeydə alınıb. Universitetin poliklinikası və şəhər epidemoloji mərkəzin fəaliyyəti ilə son təmas günü müəyyən edilib və qruplar 14 gün müddətinə distant təhsilə keçirilib. 14 gün bitdikdən sonra yoluxmuş tələbə yenidən test verir və neqativ cavab çıxdıqda dərsə qayıdır. Artıq 2 qrup bu dövrü bitirib ənənəvi təhsilə geri dönüb. Tələbələr arasında virusu ağır keçirən yoxdur. Tədris bu qaydalarla davam etdirilir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir