Modern.az

Azərbaycan Ermənistana şərtini açıqladı

Azərbaycan Ermənistana şərtini açıqladı

19 Oktyabr 2021, 13:39

“Azərbaycan üçün prioritet məsələlərdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və həmin yerlərdən olan vətəndaşlarımızın ata-baba yurdlarına qaytarılmasıdır. Azərbaycan bu sahədə sistemli addımlar atır”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 19-da Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok ilə keçirdikləri birgə mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır:

 

“Bunun üçün Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatların icrası tələb olunur. Azərbaycan öz öhdəliklərinə əməl edir və edəcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı