Arxiv
19 Oktyabr 2021, 15:25 | AKTUAL
“Azərsu”dan yeni layihə - FOTO

"Azərsu" ASC çoxmənzilli yaşayış binalarının daxili su təchizatı sistemlərinin yenidən qurulması məqsədilə yeni layihənin icrasına başlayıb.

 

Modern.az bu barədə quruma istinadən xəbər verir.

 

Məlumata görə, hazırda Bakı və Sumqayıt şəhərlərində, həmçinin ətraf qəsəbələrdə icra olunan layihə çərçivəsində binaların daxilində yerləşən dik qayaqlar ləğv edilərək pilləkən qəfəsələrinə çıxarılır, hər bir abunəçi sayğacla təmin olunur.

 

İstehlakçıların suölçən cihazlarla təmin edilməsi məqsədilə həyata keçirilən layihə Bakı şəhərinin Səbail, Nəsimi, Yasamal, Binəqədi, Nərimanov, Xətai və Qaradağ rayonlarında, həmçinin Sumqayıt şəhəri və Abşeron rayonunda sovet dövründə tikilmiş 430 yaşayış binasını və bəzi ərazilərdə fərdi yaşayış evlərini əhatə edir. Bu məqsədlə mənzillərdə və fərdi yaşayış evlərində 28 minədək sayğacın quraşdırılması nəzərdə tutulur. İcrasına cari ilin sentyabr ayında başlanmış layihə çərçivəsində artıq 3 mindən çox sayğac quraşdırılıb.

 

Təsdiqlənmiş layihəyə uyğun olaraq podratçı şirkətlər tərəfindən yeni çəkilmiş su xətləri mənzillərin daxilində mövcud sistemlərə birləşdirilir. Bəzi hallarda vətəndaşlar mənzillərin daxilində layihədə nəzərdə tutulmayan əlavə su xətlərinin çəkilməsi və ya digər işlərin görülməsini tələb edirlər. Belə olan halda vətəndaşlar həmin işləri podratçı təşkilatla qarşılıqlı razılaşma əsasında öz vəsaiti hesabına və ya kənardan usta cəlb etməklə həyata keçirə bilər. Mənzilin daxilində layihədə nəzərdə tutulmayan işlərin görülməsinə və vəsaitin ödənilməsinə görə “Azərsu” heç bir məsuliyyət daşımır.

 

Yeni xətlərin çəkilməsi, sayğacların quraşdırılması və layihəyə uyğun olaraq mənzildaxili birləşmələrin görülməsinə görə abunəçilərdən hər hansı ödəniş tələb olunmur. Vətəndaşlar belə hallarla qarşılaşarsa bu barədə “Azərsu”yun 955 Zəng Mərkəzinə müraciət etmələri xahiş olunur.

 

Sovet dövründə tikilmiş binaların əksəriyyətində daxili su təchizatı sistemləri şaxtalarda quraşdırlıb. Dik dayaqlar uzun müddət istismar olunduğundan bəzi hallarda su sızmaları və axıntılar baş verir. Bu da mənzillərin və zirzəmilərin su ilə dolmasına səbəb olur. Binadaxili su təchizatı sistemlərinin şaxtalardan pilləkən qəfəsələrinə çıxarılması ilə su axıntılarının qarşısını alınacaq, eyni zamanda su xətlərinin istismarı və sayğacların oxunması asanlaşamaqla xidmətin keyfiyyətinin yüksəldilməsinə imkan verəcək. Eyni zamanda hər bir mənzildə sayğacların quraşdırılması və sayğacların pilləkən qəfəsələrinə çıxarılması dəqiq uçotun aparılması, yaranmış borcların vaxtında toplanması və debitor borcların yaranmamasına gətirib çıxaracaq.

 

2013-cü ildən binadaxili su təchizatı sistemləri “Azərsu”yun balansına verilib və ötən dövrdə dövlət investisiyaları hesabına Abşeron yarımadası və regionlarda 6 000-dən artıq çoxmənzilli yaşayış binasıın daxili su təchizatı sistemləri yenidən qurulub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mina axtarışında ilk dəfə itlərdən istifadə olundu 3 Dekabr 2021, 16:46 Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb 3 Dekabr 2021, 16:43 Azərbaycan və Ermənistan arasında vəziyyət həssas olaraq qalmaqdadır  3 Dekabr 2021, 16:40 UNEC İqtisadi Forumu: “Postpandemiya dövründə biznes transformasiyası” 3 Dekabr 2021, 16:35 Xaricdə alınan 67 diplom TANINMADI 3 Dekabr 2021, 16:30 Qubada əl qumbarası tapılıb 3 Dekabr 2021, 16:26 Lirə rekord həddə ucuzlaşdı 3 Dekabr 2021, 16:21 Azərbaycan və Ukrayna XİN başçılarının görüşü olub 3 Dekabr 2021, 16:16 Narkotik satanlar saxlanıldı 3 Dekabr 2021, 16:10 NATO-nun Mobil təlim qrupu Azərbaycanda 3 Dekabr 2021, 16:05 2 ölkə nazirləri görüşdü 3 Dekabr 2021, 16:00 “Tofiq Yaqubluya edilən zorakılığı təxribat hesab edirəm” 3 Dekabr 2021, 15:54 “Addım-addım Vətən”nin BAĞLANIŞI 3 Dekabr 2021, 15:48 Qarabağa mal-qaranın köçürülməsinə hazırlıqlar gedir 3 Dekabr 2021, 15:42 Türkiyə-Azərbaycan birgə universitetin fəaliyyət istiqamətləri AÇIQLANDI 3 Dekabr 2021, 15:36 Kəlbəcərin Tutxun təzahüründə geoloji-axtarış işlərinə başlanılıb - Nazir 3 Dekabr 2021, 15:30 “Pensiya ilə yanaşı, müavinətlər də artacaq” 3 Dekabr 2021, 15:24 Füzulidə karantin nöqtələri yaradılacaq 3 Dekabr 2021, 15:18 Avtomobildən 10 min manatdan artıq pul oğurlandı - VİDEO 3 Dekabr 2021, 15:12 “Elə bil ki, dünyanın başı xarab olub” - Prezidentin müşaviri ilə MÜSAHİBƏ - II HİSSƏ 3 Dekabr 2021, 15:06 Hərbçimizə hücum edən erməni zərərsizləşdirildi 3 Dekabr 2021, 15:00 Naftalanda Beynəlxalq Əlillər Günü 3 Dekabr 2021, 14:56 “Qaraheybət” qəzasındakı helikopterin “qara qutu”su hansı ölkədə DİNLƏNİLƏCƏK? 3 Dekabr 2021, 14:52 GDU-da Elmi Şuranın iclası 3 Dekabr 2021, 14:46 “Hürkuş” təlim təyyarəsi Azərbaycanda sınaqdan keçirildi 3 Dekabr 2021, 14:40 Narkotacirə 15 il həbs cəzası verildi 3 Dekabr 2021, 14:34 Məsud Aşina Türkiyədə beynəlxalq mükafata layiq görüldü 3 Dekabr 2021, 14:28 Məktəb direktoru karantinə alındı 3 Dekabr 2021, 14:23 Aşıq Ələsgər poeziyamızda şərəfli yer tutur 3 Dekabr 2021, 14:18 “Bu təxribatın arxasında kim dayanırsa, tapılmalıdır” - Deputat 3 Dekabr 2021, 14:14 Nazirlə deputat ağac əkdilər   3 Dekabr 2021, 14:08 16 saylı cəzaçəkmə müəssisəsində 14 nəfər azadlığa çıxdı 3 Dekabr 2021, 14:03 Paşinyan iclas keçirib - Bakı ilə imzalanacaq yeni sənədi müzakirə edib 3 Dekabr 2021, 14:00 Gələn ilin büdcəsinə bu dəyişikliklər edildi - SİYAHI 3 Dekabr 2021, 13:57 “AzerGold”un Müşahidə Şurasının iclası keçirilib 3 Dekabr 2021, 13:54
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?