Arxiv
22 Oktyabr 2021, 15:48 | ANALİTİKA
Putinin xəritələri: masada nələr var, tərəflər nədə razılaşmır? - TƏHLİL

Rusiya prezidenti Putinin “Valday” klubunda çıxışı Bakı və İrəvan arasında Moskva vasitəsilə qurulan masadakı prioritetləri aydınlaşdırır:


- Azərbaycan Zəngəzur dəhlizini istəyir: Putin bunun Ermənistan üçün ilkin vəzifələrdən biri olduğunu deyir;


- Ermənistan Azərbaycan və Türkiyə ilə əlaqələr qurmaqda – blokadadan çıxmaqda maraqlıdır.


Bu o deməkdir ki, İrəvana blokadadan çıxmaq üçün əsas şərt kimi Zəngəzur dəhlizinin açılması irəli sürülüb: bu məsələdə Moskva, Ankara və Bakının gündəliyi eynidir; əlaqələrin qurulması həm də bölgədə uzunmüddətli nizamlanma üçün başlanğıcı olacaq.


Lakin öncə sərhədlərin delimitasiyası reallaşmalıdır: Putinin “indi ən vacib məsələ sərhəddəki vəziyyəti nəhayət nizamlamaqdır” açıqlaması da bu yöndədir.


Bu, Bakının uzunmüddətli nizamlamada başlanğıc şərtidir: kommunikasiyanın açılmasının bütün tərəflərin əsas ehtiyacı olması reallığı Azərbaycanın əlini gücləndirir və sərhədlərin müəyyənləşməsi Qarabağ məsələsində də istəyimizə nail olmağa zəmin yaradacaq.


Sərhəd müqaviləsində razılaşdırılmayan məqam nədir?


Xəritələr: Putinin “Sovet respublikaları arasındakı sərhədin sovet dövründə necə olduğunu göstərən xəritələr Rusiya ordusunun Baş Qərargahındadır” sözləri sərhəd məsələsində xəritənin birdən çox olduğunu göstərir. Və tərəflər delimitasiyanın hansı xəritə əsasında aparılması üzərində müzakirə edirlər.


Qeyri-rəsmi məlumatlara görə, delimitasiyada 1975-ci ilin xəritəsi əsas götürülür. Putin bildirir ki, “orada qarşılıqlı güzəşt tələb edən məsələlər var”.


Bakı üçün “böyük itkilərdən” söhbət gedə bilməz: işğal dövründə Ermənistan dövlət sərhədini irəli çəkib və proses yanlış sərhədin düzəlməsi istiqamətində gedir. Hərçənd, tərəflərin razılaşmadığı bir neçə məqam ola bilər.

  • 1. Qaragöl: Ermənistan Azərbaycan ordusunun çıxdığı dövlət sərhədindən geri çəkilməsini istəyir;

  • 2. Ermənistan Kəlbəcər istiqamətində zəbt etdiyi ərazilərdən çəkilmək istəmir;

  • 3. Qazaxın 7 kəndi, Naxçıvanın Kərki kəndi: Bakının tələbi işğal altındakı bu ərazilərin təhvil verilməsidir;

  • 4. Gədəbəyin Başkənd kəndi: Ermənistan 7+1 kəndə qarşı SSRİ-də “erməni anklavı” hesab edilən bu kəndi istəyir; Azərbaycan qalib tərəf kimi razılaşmır, yaxud başqa həll yolu təklif edir;

  • O da istisna deyil ki, Bakı delimitasiyanın 1975-ci ildən öncəki xəritələrə əsasən aparılmasını istəyir.

    Bakının Avropa İttifaqını, İrəvanın Minsk qrupunu sərhəd məsələsinə cəlb etmək istəyi də masada alternativ təqdim etmək və əlini gücləndirməyə hesablanmış gediş kimi görünür. Və Putinin “proses Rusiyasız qeyri-mümkündür, burada bəlkə də bizə heç kim lazım deyil” açıqlaması da həm tərəflərə, həm də üçüncü ölkələrə ünvanlanmış mesaj idi.

    Lakin Putinin açıqlaması da göstərir ki, kommunikasiyanın bərpası üçün cari prioritet olaraq sərhədin delimitasiyası həyata keçiriləcək və bu, strateji baxımdan Azərbaycanın maraqlarına uyğundur.

     

    Asif Nərimanlı 

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Putin Hindistana gedəcək 5 Dekabr 2021, 18:46 "Neftçi" "sülh"ə razılaşdı 5 Dekabr 2021, 18:36 Azərbaycanda Türkiyə vətəndaşları dəm qazından zəhərləndi 5 Dekabr 2021, 18:20 Papanı təhqir edən keşiş həbs edildi 5 Dekabr 2021, 18:15 Nazirlərin tualetindən kokain tapıldı 5 Dekabr 2021, 17:58 Səudiyyə Ərəbistanı və Fransa arasında müqavilə 5 Dekabr 2021, 17:45 Tanınmış jurnalist dünyasını dəyişdi 5 Dekabr 2021, 17:30 Minskdən Kiyevə nota 5 Dekabr 2021, 17:17 2 azyaşlı bacı dəm qazından zəhərləndi 5 Dekabr 2021, 17:05 Eltac Səfərli liderlər qrupunda 5 Dekabr 2021, 17:00 III doza vaksin vurduranlar 1 milyonu ÖTDÜ 5 Dekabr 2021, 16:44 Bu gün yoluxanlar: 1791 nəfər sağaldı 5 Dekabr 2021, 16:34 Oğuzda ev yandı  5 Dekabr 2021, 16:33 İlon Mask evsiz qaldı 5 Dekabr 2021, 16:29 Avropa Parlamentindən Kremlə ULTİMATUM 5 Dekabr 2021, 16:25 Türk ordusu 3 terrorçunu məhv etdi 5 Dekabr 2021, 16:18 Fati "Bavariya" ilə oyunu buraxacaq 5 Dekabr 2021, 16:04 İranda virus statistikası 5 Dekabr 2021, 15:55 ABŞ kəşfiyyat təyyarəsi Azərbaycan sərhədi boyunca uçdu 5 Dekabr 2021, 15:47 Brüssel masasında nələr var: Bakı İrəvana nələri DİQTƏ EDƏCƏK? 5 Dekabr 2021, 15:31 Gəncədə ağır qəza: ölənlər var 5 Dekabr 2021, 15:16 Gürcüstandan Ermənistana keçid qaydaları dəyişdi 5 Dekabr 2021, 15:12 Şabranda qardaş bacısını öldürdü 5 Dekabr 2021, 15:02 Federasiyadan seyf OĞURLADILAR 5 Dekabr 2021, 14:58 Göyçayda polis viruslu xəstələri saxladı 5 Dekabr 2021, 14:52 Marş "Leyptsiq"dən ayrıldı 5 Dekabr 2021, 14:44 Tanınmış şair dünyasını dəyişdi 5 Dekabr 2021, 14:35 Rusiyada koronavirus statistikası 5 Dekabr 2021, 14:23 Suriyadakı ABŞ bazasına hücum 5 Dekabr 2021, 14:15 Gəncədə "avtoş"lar saxlanıldı 5 Dekabr 2021, 14:12 Virus xəstəsi məsuliyyətə cəlb edildi 5 Dekabr 2021, 14:08 Nazir ekspertlərlə görüşdü 5 Dekabr 2021, 13:58 Türkiyədə evləri su basdı 5 Dekabr 2021, 13:51 Hindistanda atışma: ölənlər var 5 Dekabr 2021, 13:44 Avstraliya parlamenti bağlandı 5 Dekabr 2021, 13:40
    SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?